Röya yeni mahnısını təqdim etdi

Pop kraliça Röya Ayxan “Sevgin yaşayır” adlı yeni sinqlını təqdim edib. SİA xəbər verir ki, mahnının sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Ağaya məxsusdur. Bəstənin aranjimanı və miksi üzərində Caner Tepecik, masterinqi üzərində isə Çağlar Türkmen çalışıb. “Sevgin yaşayır” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.

Daha çox

“Ülviyyə Namazovanın Allahdan başqa heç kimdən qorxusu yoxdur!”

Müğənnilər Ülviyyə Namazova ilə Aysun İsmayılovanın qalmaqalına Rəqsanə İsmayılova da qoşulub. SİA-nın əldə etdiyi məlumata görə, Rəqsanə sosial media hesabında açdığı canlı yayımda qəzəblənib. O, qızı ilə dava edən həmkarına ismarıc göndərib: “Aysun uşaq deyil. Dünən Şəbnəm deyir ki, Aysun uşaqdır. Ülviyyə 100 ilin sənətkarıdır ki, Aysun onun yanında uşaq olsun? Ülviyyə kimdir ki? Üç gündür oxumağa gəlib. Ülviyyə Moskvaya gəlsə, onun üstündən sürüb keçərəm. Bilirlər ki, hər şeyə qadir insanam. Hansı ana övladını ata, arxasında durmaya bilər? Hansı ana deyə bilər ki, uşağım haqqında yaxşı edirlər, belə danışsınlar. Yenə…

Daha çox

Nərmin Kərimbəyova doğum günü münasibətilə yeni fotosessiya etdirib

Müğənni Nərmin Kərimbəyovanın doğum günü münasibətilə yeni fotosessiya etdirib. SİA xəbər verir ki, sənətçinin fotolarda illər öncə keçirdiyi əməliyyatından qalan çapıq izlərini də nümayiş etdirməsi diqqət çəkib. “40 yaşında özümə deyəcəyim budur: Özünə qarşı mərhəmətli ol. Sənin bir canın, bir ruhun, bir bədənin var”, – deyə Kərimbəyova fotonu şərh edib. Xatırladaq ki, N.Kərimbəyova 2022-ci ilin may ayında qardaşına donor olub və ona qaraciyərinin bir hissəsini verib. Yanvarın 24-də N.Kərimbəyovanın 40 illik yubileyidir. Müğənninin yeni fotosessiyasını təqdim edirik:

Daha çox

Xəyalə plastik əməliyyat etdirəcək

Aktrisa Xəyalə Quliyeva gözəlləşmək üçün bıçaq altına yatacaq. SİA xəbər verir ki, aktrisa plastik əməliyyat etdirəcək. O əvvəlcə səhhətində problem yaradan göbək yırtığından xilas olacağını, daha sonra isə bədənində plastik əməliyyatla bəzi dəyişikliklər etdirəcəyii deyib. Xatırladaq ki, aktrisa 2021-ci ildə də artıq çəkidən xilas olmaq üçün bıçaq altına yatmışdı.

Daha çox

Turanə Hüseynli Türkiyədəki tamaşadan kənarlaşdırıldı

Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərmək üçün İstanbula yollanmışdı. SİA xəbər verir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan “Yetersiz Bakiye – Hesap kesim” tamaşasının yeni quruluşunda rol alacağını açıqlamışdı. Hətta aktrisa, İstanbulda tamaşanın ssenarisinin oxuma məşqlərinə qatılmış və fotolarını sosial media hesabında paylaşmışdı. Tamaşa ilə bağlı maraqlı məqam diqqətdən qaçmayıb. Belə ki, yayımlanan posterdə Turanə Hüseynlinin fotosunun və adının olmaması ilə aktrisanın layihədən kənarlaşdırıldığı məlum olub.

Daha çox

Müğənni Sofiya Rotaru daşınmaz əmlakını satır

…Məşhurun ​​sərəncamında bir neçə mənzil var. Müğənni endirimlər edir, qiymətləri aşağı salır, lakin indiyə qədər planlaşdırdığı hər şeyi sata bilməyib. SİA-nın məlumatına görə, aktiv konsert karyerasından sonra müğənni Sofiya Rotaru daşınmaz əmlak satışı məsələsini həll etmək zərurəti ilə üzləşib. Sənətçi “mənzil məsələsi”ndən narahatdır və indi onun evini almağa razılıq verəcək alıcılar axtarır. Müğənni Yaltadakı iki mənzilini sata bilib və Krımın kəndindəki daçasını satışa çıxarsa da, lakin Moskvadakı daşınmaz əmlakında vəziyyət bir qədər pisdir. Müğənninin dediyinə görə, kapitalına alıcı tapa bilmir. Hətta mənzillərin qiymətinin aşağı salınması cəhdləri də fayda verməyib. …Çox…

Daha çox

“Biz heç vaxt belə xoşbəxt olmamışıq…”

Riçard Qir İspaniyada yaşamaq haqqında danışır …Hollivud aktyoru Riçard Qir daha əvvəl ABŞ-ı həmişəlik tərk etmək qərarına gəlib. O, vətəninə qayıtmaq istəyən həyat yoldaşı Alexandra Silvanın xatirinə İspaniyaya köçüb. SİA-nın məlumatına görə, bu yaxınlarda “Elle” ilə söhbətində Qir xarici ölkədə yaşamağın necə bir şey olduğunu danışdı. Aktyorun sözlərinə görə, o, həyat yoldaşı ilə indi əsl idil yaşayır. …Biz heç vaxt bu qədər xoşbəxt olmamışdıq! Bunu aktyor paylaşıb. Cütlük Madriddə 4 milyon dollarlıq köhnə malikanədə məskunlaşıb. Ev sakit ərazidə yerləşir. Yaxınlıqda ulduzların uşaqları üçün yaxşı məktəb…

Daha çox

Kseniya Borodina və Nikolay Serdyukov Rusiyanı tərk ediblər

…Teleaparıcı Kseniya Borodina toyuna hazırlaşmaq üçün Rusiyanı tərk edib. SİA-nın məlumatına görə, bu barədə 7Dney.ru nəşri yazır. …“Dom-2”nin ulduzu və sevgilisi Nikolay Serdyukov bir müddət əvvəl Bali adasında istirahətdən sonra vətənlərinə qayıdıblar. Amma məşhurlar məskunlaşmağa vaxt tapmamış, sosial şəbəkələrdə yenidən xarici şəhərlərin görüntüləri ilə öyünürdülər. Cütlük bu dəfə İstanbula gəlib. Bu səfərin məzuniyyətin davamıdır, yoxsa Borodina ilə Serdyukovun orada biznesi olub-olmadığı bilinmir. Çoxları sevgililərin toy hazırlıqlarına görə Türkiyəyə getdiyini güman edir. Axı, bu yaxınlarda Kseniya qarşıdan gələn bayramın yaratdığı bir çox narahatlıqdan şikayətlənmişdi. Borodina gəlinlik almaq üçün xaricə getməyə hazırlaşdığını…

Daha çox

Mask ilk dəfə uşaqlarının anası ilə görüntüləndi

Dünyanın ən zəngin insanı, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, “X” sosial platformasının sahibi İlon Mask ilk dəfə 3 övladının anası Şivon Zilislə ictimaiyyət qarşısına çıxıb. SİA xəbər verir ki, onlar Donald Trampın andiçmə mərasimindən sonra təşkil olunan şam yeməyində görüntüləniblər. Qeyd edək ki, “Neuralink” şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilis və İlon Maskın 2021-ci ildə əkiz, 2023-cü ildə isə 3-cü övladları dünyaya gəlib. Maskın əvvəlki münasibətlərindən isə əlavə daha 9 övladı var.

Daha çox

Moldova “Avroviziya 2025″dən imtina etdi

Moldova “Avroviziya 2025″dən imtina edib. SİA Moldova mətbuatına istinadən xəbər verir ki, TRM televiziya kanalı müğənnillər BACHO və Carnival Brain-i təmsilçi seçdiyini, lakin onların yalnız səyahət xərclərinin qarşılanağını bildirdikdən sonra qrup yarışmadan imtina edib. Digər müğənnilər də TRM-in qərarına etiraz edərək, təkliflə razılaşmayıblar. Nəticədə kanal müsabiqədən çəkilmə qərarı alıb.

Daha çox