İyunun 11-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilən tədbirdə Orta Dəhlizin çoxölçülü xarakteri əhatəli şəkildə təhlil edilib. Geosiyasi sabitlik və regional təhlükəsizlikdən başlayaraq, mədəni inteqrasiya, rəqəmsal platformalar və enerji təhlükəsizliyi kimi məsələlər panelin əsas müzakirə mövzusu olub. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq…
Daha çoxCategory: Sosial
Dənizdə çimmək, yoxsa hovuzda? – SORĞU
Dənizdə çimmək, yoxsa hovuzda? – SORĞU
Daha çoxGənclərin Peşə Bələdçiləri gənclərinin peşə-ixtisas seçiminə dəstək tədbirləri keçirir
“Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında və paytaxtında gənclərin peşə təhsilinə yönləndirilməsi məqsədilə tədbirlər keçirilib. SİA xəbər verir ki, layihə gənclərin karyera seçimində düzgün istiqamətləndirilməsini, əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmasını və peşə təhsilinin üstünlükləri haqqında məlumatlandırılmasını hədəfləyir. Bu təşəbbüs gənclərə və onların valideynlərinə peşə təhsili müəssisələrinin qəbul qaydaları, ixtisasların perspektivləri və təhsilin gələcək karyera imkanlarına təsiri barədə ətraflı məlumatlar verilməsini təmin edir. Layihənin əsas istiqamətləri arasında yuxarı sinif şagirdlərinin peşə təhsilinə marağının artırılması, valideynlərin bu sahədə məlumatlandırılması və gənclərin öz potensiallarını kəşf etməsinə dəstək olmaq yer alır.…
Daha çox“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Unudulmaqda olan adət-ənənələr” adlı layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin məqsədi Azərbaycan xalqına məxsus qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulmağa başlayan mədəni irsimizin qorunması və yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir. Müasir dövrdə, xüsusilə qloballaşma prossesi fonunda, bir çox qədim adət-ənənələrimiz unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənc nəsillər bu dəyərlərdən uzaqlaşdıqca, milli kimlik zəifləyə bilər. Tədbirlər 2025-ci il ərzində…
Daha çox“Layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək”
“Bakı şəhərində metro artıq 57 ildir fəaliyyət göstərir və bu illər ərzində metronun fərqli inkişaf dövrləri olub. Müstəqillik illərində şəhərimiz sürətlə böyüyüb, lakin metro stansiyaları və xətləri bu sürətlə inkişaf etməyib. Şəhərin daxilində sıx məskunlaşan yerlərin əlaqələndirilməsi üçün mövcud metro şəbəkəsinin müəyyən istiqamətlərdə genişləndirilməsi vacibdir ki, bu da şəhər daxilindəki mobilliyə və hərəkətliliyə imkan yaratsın”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Onun sözlərinə görə, metro çox bahalı nəqliyyat növüdür; tikintisi və konseptual planı var. Bu plan fərqli xətlərin yaradılmasını nəzərdə tutur və Bakı şəhərinin baş planına…
Daha çoxDYP skuter sürənlərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır: – bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi…
Daha çoxŞeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibinə etiraz məktubu göndərib
Erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) tərəfindən bundan sonra dəstək verilməsin. SİA xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ÜKŞ Baş katibi Jerry Pilleyə etiraz məktubunda qeyd edilib. Məktubda qeyd edilib ki, Baş katibin erməni tərəfinin açıq-aydın təsiri altında verdiyi açıqlamalar Şuranın sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir: “Əminəm ki, ÜKŞ rəhbəri olaraq Siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, Sizin açıqlamalarınız da obyektiv…
Daha çoxBakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki AÇIQLANDI
Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.
Daha çoxDeputat 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün güzəştlərin olmasını təklif edib
Azərbaycanda 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib. O qeyd edib ki, erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunur: “Bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə…
Daha çoxTürk Dövlətləri Təşkilatında ailəni dəstəkləyən siyasətlər müzakirə olunub
Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir ailə mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi şəxslər və ziyalılar iştirak ediblər. İlk çıxışı edən Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş 2025-ci ilin Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə “Ailə ili” elan edildiyini bildirib. O qeyd edib ki, müasir dövrdə ailə institutunun zəifləməsi yalnız…
Daha çox