57,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-fevral aylarında 57,4 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 18,5 min şəxs münasib işlərlə təmin olunub, 816 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Həmin dövrdə Agentlik tərəfindən 653 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 37,4 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Daha çox

Azercell mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

Şirkət Mülki Müdafiə Gününə həsr olunmuş konfransda iştirak etdi 1 mart -Ümümdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda konfrans keçirilib. “Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamentinin Biznesin Dayanıqlılığı şöbəsinin rəhbəri Anar Mirzəyev tədbirdə “Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi” mövzusunda təqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladə hallara hazırlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər haqqında danışıb. Qeyd edək ki, Azercell 2021-ci ildən etibarən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir.…

Daha çox

Təhsilə görə möhlət verilə bilər

“Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər: ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin qanunda işləyən və iş yeri olan vətəndaşın hərbi xidmətdən azad olunması və…

Daha çox

Metro qatarının nasazlıq səbəbi NƏDİR?

Dünən “Bakı Metropoliteni” QSC-NİN “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib. SİA bunun səbəbini öyrənmək üçün “Bakı Metropoliteni” QSC- yə sorğu ünvanlayıb. Sorğunun cavabı olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır: “Hər bir hadisə mütləq qaydada tekniki tərəfdən araşdırılır. Buna uyğun olaraq müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat verəcik”.

Daha çox

“Beynimiz tanış olanı sevir”

“Eyni Mahnını Dinləmək və Eyni Filmi Təkrar İzləmək: Beynimiz Nə Üçün Bu Dövrə Düşür? Bu məsələni aydınlaşdırmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. Onun sözlərinə görə, bəzi mahnıları dəfələrlə dinləyirik və eyni filmi, serialı təkrar izləyirik, bunu bir neçə variantda izah etmək olar: “Bu, sadəcə vərdişdirmi, yoxsa beynimizin daha dərin psixoloji mexanizmləri ilə əlaqədardır? 1. Beynin Tanışlığa Olan Sevgisi Beynimiz tanış olanı sevir. Yeni bir şey öyrənmək enerji tələb edir və müəyyən dərəcədə stress yaradır. Ancaq artıq bildiyimiz və hisslərini əvvəlcədən təxmin edə bildiyimiz musiqi və…

Daha çox

Qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz fədakarlığı , mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmişlər. Qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli tövhələr vermişdir. Analarımız gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. 44 günlük “Vətən Müharibəsi ” , 2023 cü ilin sentyabrında aparılan antiterror əməliyyatları zamanı müzəffər ordumuzun igid əsgər və zabitlərinin göstərdikləri şücaət bunun bariz nümünəsi kimi qiymətləndirilir.…

Daha çox

Ədliyyə Nazirliyi bələdiyyə üzvləri üçün seminar-müşavirə keçirib

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən sonuncu seçkilərdən sonra formalaşmış Bakı bələdiyyələrinin və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirələr keçirilib. Bu barədə SİA-ya Ədliyyə nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəsinin Milli Məclisdə müzakirəsi zamanı yerli özünüidarəetmənin problemləri ilə bağlı deputatlar tərəfindən qaldırılmış məsələlər müzakirə olunaraq onların icrası istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, bələdiyyələrin hüquqi maarifləndirilməsi və onlara fəaliyyətlərinin qanunauyğun qurulmasına metodoloji köməklik göstərilməsi üzrə tədbirlər barədə ətraflı məlumat verilərək belə…

Daha çox

“Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib”

“Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. O bildirib ki, qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur: “Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib. Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır. Ölkəmizdə qadınlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir. Müasir dövrümüzə qlobal problemlərə qadının baxışı böyük önəm kəsb edir, qadınların təşəbbüsləri dəstəklənir. İqtisadi…

Daha çox

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri Vilayət Eyvazov Lənkəran rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Lənkəran Şəhər Rayon Polis ŞöbəsindəLənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə…

Daha çox

Bakı, Sumqayıt və Abşeron üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını qrafikdən əvvəl ödəyib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.

Daha çox