Dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinliklər diqqətə çatdırılıb. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə danışıb. Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil: ” Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb…
Daha çoxCategory: Sosial
TDT-nın Ailə və Sosial Siyasət üzrə ekspertlərin görüşü olub
Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində ekspertlərin görüşü baş tutub. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan müvafiq sahə üzrə ekspertlər bir araya gəliblər. Görüşdə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda müzakirələr aparılıb. Ekspertlər ailə institutunun gücləndirilməsi, sosial siyasətin inkişafı və ortaq yanaşmaların formalaşdırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər. Qeyd edək ki, bu kimi görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından…
Daha çoxQurtuluş günümüz – Zəfər günümüz!
Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinə ən önəmli inkişaf mərhələsi kimi daxil olmuşdur. Ulu Öndərin istər sovetlər dönənində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdü. Etiraf olunmalıdır ki, Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə üz-üzə idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə olunmaması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən…
Daha çoxSabahın havası açıqlanıb
Sabahın havası açıqlanıb
Daha çoxSabah Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq
Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir. Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır. Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Daha çoxDİN vətəndaşlara çağırış edir
Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır. “İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 1141, 500, 400, 336, 132 AZN və 1113 ABŞ dolları məbləğlərinin ələ keçirildiyi müəyyən olunub. Vətəndaşlara bir daha xatırladılır ki:…
Daha çoxGələn həftə Yay fəsli daxil olacaq
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək. Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.…
Daha çoxAzər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq. Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.
Daha çox“Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər”
“Bakıda bəzi yollar var ki, bu yollar sürücüləri istər-istəməz cərimələrlə üz-üzə qoyur. Bu halların yaşanmasının əsas səbəbləri arasında yol nişanlarının kifayət qədər aydın və vaxtında yerləşdirilməməsi, bəzi küçələrdə hərəkət istiqamətinin tez-tez və xəbərdarlıq edilmədən dəyişdirilməsi, sürücülərin yeni qaydalardan yetərincə məlumatlı olmaması və bəzi hallarda kameraların olduqca strateji, lakin mübahisəli mövqelərdə yerləşdirilməsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bir çox sürücü, xüsusilə şəhərdə yeni hərəkət edənlər və ya əraziyə bələd olmayanlar, bilmədən qaydanı pozur və cərimələnirlər. Bu problemin qarşısını almaq üçün bir…
Daha çox“Sərnişinlər bəzən avtobusda özlərini saunada otururmuş kimi hiss edirlər”
“Bakının ictimai nəqliyyat sistemində, xüsusilə yay aylarında ən çox narazılıq doğuran məsələlərdən biri avtobusların içərisinin istixana şəraitini xatırlatmasıdır. Sərnişinlər bəzən avtobuslarda sanki saunada otururmuş kimi hiss edirlər. Bu hal təkcə narahatlıq yaratmaqla qalmır, eyni zamanda insanlar üçün sağlamlıq baxımından da ciddi risklər doğurur – xüsusən yaşlılar, uşaqlar və ürək-damar problemi olan şəxslər üçün”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri kondisioner sistemlərinin işləməməsi və ya ümumiyyətlə olmamasıdır. Bir çox köhnə avtobus modellərində kondisioner sistemi quraşdırılmayıb: “Yeni…
Daha çox