Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq. Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.

Daha çox

“Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər”

“Bakıda bəzi yollar var ki, bu yollar sürücüləri istər-istəməz cərimələrlə üz-üzə qoyur. Bu halların yaşanmasının əsas səbəbləri arasında yol nişanlarının kifayət qədər aydın və vaxtında yerləşdirilməməsi, bəzi küçələrdə hərəkət istiqamətinin tez-tez və xəbərdarlıq edilmədən dəyişdirilməsi, sürücülərin yeni qaydalardan yetərincə məlumatlı olmaması və bəzi hallarda kameraların olduqca strateji, lakin mübahisəli mövqelərdə yerləşdirilməsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bir çox sürücü, xüsusilə şəhərdə yeni hərəkət edənlər və ya əraziyə bələd olmayanlar, bilmədən qaydanı pozur və cərimələnirlər. Bu problemin qarşısını almaq üçün bir…

Daha çox

“Sərnişinlər bəzən avtobusda özlərini saunada otururmuş kimi hiss edirlər”

“Bakının ictimai nəqliyyat sistemində, xüsusilə yay aylarında ən çox narazılıq doğuran məsələlərdən biri avtobusların içərisinin istixana şəraitini xatırlatmasıdır. Sərnişinlər bəzən avtobuslarda sanki saunada otururmuş kimi hiss edirlər. Bu hal təkcə narahatlıq yaratmaqla qalmır, eyni zamanda insanlar üçün sağlamlıq baxımından da ciddi risklər doğurur – xüsusən yaşlılar, uşaqlar və ürək-damar problemi olan şəxslər üçün”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri kondisioner sistemlərinin işləməməsi və ya ümumiyyətlə olmamasıdır. Bir çox köhnə avtobus modellərində kondisioner sistemi quraşdırılmayıb: “Yeni…

Daha çox

Siqaret, siqar, yoxsa qəlyan? – Zərərlilik dərəcəsi

Peşəkar qəlyançı Mirsadiq Hüseynovun SİA-ya müsahibəsini təqdim edirik: – Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Sonra İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ölkəmizə necə gəlib? – Artıq illərdir ki, bu sahədə fəaliyyət göstəririk – təxminən 23 ildir bu işlə məşğuluq. Əvvəllər bizim bir televiziya verilişimiz də olmuşdu. Hətta bir kanalımız da var idi. Kamil Zeynallı ilə birlikdə birgə veriliş hazırlamışdıq. O verilişdə biz qəlyan haqqında danışmışdıq. Bildirmişdik ki, qəlyan ilk dəfə Hindistanda yaranıb. Çox insanlar əvvəllər qəlyanı zərərli bir şey…

Daha çox

Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Quba Elektrik Şəbəkəsində yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər,…

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi…

Daha çox

Bu günə olan hava PROQNOZU

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 35-40% proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.…

Daha çox

Naxçıvanda “Murovdan gələn səda” kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid İbrahim Vəlizadənin doğum günü münasibətilə onun həyatına və döyüş yoluna həsr edilmiş “Murovdan gələn səda” kitabının təqdimat mərasimi olub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Məmməd Babayev çıxış edərək Azərbaycanın qalib olduğu haqq savaşında şəhidlərimizin unudulmaz fədakarlıqlarından söz…

Daha çox

Valideyn və uşaq arasında münasibət necə olmalıdır?

Valideyn və uşaq arasındakı münasibətlərdə problemlər getdikcə artmaqdadır. Uşaqların tərbiyəsində çətinliklər, qarşılıqlı anlaşmazlıqlar və hörmətsizlik halları ailə mühitində gərginlik yaradır. Bu vəziyyət həm valideynlərin, həm də uşaqların həyatına mənfi təsir göstərir. Bəs vətəndaşlar bu barədə nə düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib. Şəhər sakini Ülviyyə İmanova: “Mən həmişə düşünürəm ki, uşaqla münasibət sadəcə nəzarət, qayda-qanun qoymaqla olmur. Uşağın qəlbinə yol tapmaq, onu dinləmək, hisslərini anlamaq daha önəmlidir. İndi elə bir dövrdə yaşayırıq ki, uşaqlar əvvəlki kimi deyil. Onlar daha çox məlumatlı, daha açıq fikirlidirlər. Biz isə çox vaxt öz…

Daha çox

Gecikmiş deyil, dəqiq seçim

Son illərdə dünyada və Azərbaycanda 30 yaşdan sonra ailə quran insanların sayı artmaqdadır. Ənənəvi olaraq insanlar daha gənc yaşlarda evlənməkdə idi, lakin indi təhsil, karyera və şəxsi inkişaf kimi faktorlar bu yaş həddini yuxarıya çəkir. 30 yaşdan sonra evlənməmək müxtəlif səbəblərlə bağlıdır: fərdi seçimlər, sosial və iqtisadi amillər, habelə münasibətlərdə dəyişən tələblər. Bu yaş qrupu üçün evlilik təkcə sosial statusdan daha çox emosional uyğunluq, iqtisadi sabitlik və həyat yoldaşı ilə uyğunluq kimi faktorlara bağlıdır. Bundan əlavə, 30 yaşdan sonra insanlar həyat təcrübəsi qazandığından münasibətlərdə daha seçici olurlar. SİA mövzu ilə…

Daha çox