Gecikmiş deyil, dəqiq seçim

Son illərdə dünyada və Azərbaycanda 30 yaşdan sonra ailə quran insanların sayı artmaqdadır. Ənənəvi olaraq insanlar daha gənc yaşlarda evlənməkdə idi, lakin indi təhsil, karyera və şəxsi inkişaf kimi faktorlar bu yaş həddini yuxarıya çəkir. 30 yaşdan sonra evlənməmək müxtəlif səbəblərlə bağlıdır: fərdi seçimlər, sosial və iqtisadi amillər, habelə münasibətlərdə dəyişən tələblər. Bu yaş qrupu üçün evlilik təkcə sosial statusdan daha çox emosional uyğunluq, iqtisadi sabitlik və həyat yoldaşı ilə uyğunluq kimi faktorlara bağlıdır. Bundan əlavə, 30 yaşdan sonra insanlar həyat təcrübəsi qazandığından münasibətlərdə daha seçici olurlar. SİA mövzu ilə…

Daha çox

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Xəzər Universitetinin tələbələri ilə görüşüb

Bu gün Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Manihur Özdemir Göktaş Azərbaycana səfəri çərçivəsində “Şəxsiyyət, mənsubiyyət və ideallar: multikultural dünyada öz dəyərlərinlə yol almaq” adlı proqram çərçivəsində Xəzər Universitetinin tələbələri ilə görüşüb. SİA xəbər verir ki, tədbir iki dövlətin, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi başlayıb. Tədbirdə çıxış edən dosent Elmar Nüsrətoğlu Quliyev qeyd edib ki, Xəzər Universiteti Azərbaycanda ilk orkestra otağı olan universitetdir. Bununla yanaşı orkestrın müşayiəti ilə bir sıra özəl parçalar oxunaraq qonaqların və tələbələrin könlünü oxşayıb, ardınca rəqs nümayiş olunub. Həmçinin Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”…

Daha çox

Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bu barədə SİA-ya Komitədən məlumat verilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Daha çox

Əmlakın çıxarışı yoxdursa, başqa sənədlər keçərli hesab edilir?

“Mülkiyyət hüququ hər bir vətəndaşın Azərbaycan Respublikasının Konstitusiya ilə təsbit olunmuş əsas hüquqlarından biridir və bu hüquq qanunla qorunur”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Burosunun vəkili Aysel Əhmədova deyib. Aysel Əhmədova sözlərinə belə davam edib: “Bu hüququn rəsmi şəkildə tanınması və qorunması üçün isə onu təsdiq edən hüquqi sənədin olması vacibdir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən çıxarış –…

Daha çox

“Peşəkar jurnalistika standartlarının zəifliyi də belə hallara gətirib çıxarır”

“Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır: “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Şəxsin…

Daha çox

“Erkən müayinələr görmə qüsurları riskini azaldır”

“Texnologiyanın həyatımıza inteqrasiya olunması, xüsusilə də uşaqların planşet, telefon və kompüter kimi ekranlı cihazlara uzunmüddətli məruz qalması göz sağlamlığına zərər verən əsas risk faktorlarından birinə çevrilib. “Dijital dünya” istifadəsində artım, görmə qüsurlarının daha erkən yaşlarda və daha yüksək tezliklə müşahidə olunması, “dijital göz yorğunluğu” sindromu (göz əzələlərinin yorulması, qızartı, quru göz, bulanıq görmə, baş ağrısı və göz ətrafında ağrı) yaranması ilə nəticələnir. Gözdə yaranan bu problemlər göz xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir”. Bu barədə SİA-ya İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyindən bildirilib. Agentlikdən bildirilib ki, uşaqlarda ekran asılılığı refraksiya qüsurlarının daha…

Daha çox

“Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinə yekun vurulub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyi “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinə yekun vurub. SİA xəbər verir ki, təlimlərin keçirilməsindən sonra 2025-ci il 03-10 iyun tarixlərində layihə çərçivəsində atıcılıq, paintball yarışları və rəsm sərgisi keçirilib. Keçirilən tədbirlər çərçivəsində yarışların və sərginin qalibləri mükafatlandırılıb, onlara kuboklar, medallar, hədiyyələr və sertifikatlar təqdim olunub. Təşkilat sədri Vüsalə Əliyeva bildirib ki, yarışlarda və sərgidə iştirak edən gənclər bir daha zərərli vərdişlərlə bağlı fikirlərini və iradələrini nümayiş etdiriblər. Keçirilmiş tədbirlərin nəticələri onu göstərir ki, bu cür layihələrinin davamlı olması məqsədəuyğundur.…

Daha çox

Adaptasiya çətinliyi yoxsa psixoloji gərginlik?

“Tətildən sonra bəzi insanlar üçün işə adaptasiya prosesi müəyyən çətinliklər yarada bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, bu, əsasən psixoloji baxımdan daha həssas insanlara aiddir. Xüsusilə də “tükənmişlik sindromu”ndan əziyyət çəkənlər və ya işdən əlavə şəxsi qayğıları olanlar bu çətinliyi daha çox hiss edirlər: “Belə insanlar üçün işin yaratdığı psixoloji və fiziki yük istirahətdən sonra daha aydın hiss olunur və onlar tətildən qayıtdıqda özlərini daha aqressiv, yorğun və ya motivasiyasız hiss edə bilirlər. Əslində, hər kəs öz xarakterini və imkanlarını bilməlidir. İnsan çətin vəziyyətlərdə…

Daha çox

“Ölkədə orta təbəqənin zəifləməsi də sosial struktur baxımından ciddi problemdir”

“Son bir əsr yarımdır ki, Azərbaycanda sosial bərabərlik məsələsi ilə bağlı ya rəsmi səviyyədə, ya da ümumilikdə ictimai müstəvidə müxtəlif cəhdlər və mübarizələr aparılır”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, xüsusilə XX əsrin əvvəllərində dəfələrlə həm düşüncədə, həm də ictimai həyatda təzahür edən üsyanlar, çevrilişlər və inqilabların başlıca səbəbi məhz sosial bərabərlik uğrunda aparılan mübarizə idi: “Əslində, bu proseslərin kökü daha qədim dövrlərə –…

Daha çox