Faktiki hava açıqlanıb

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda…

Daha çox

Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.

Daha çox

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif…

Daha çox

Bu gündən sosial müavinətlər və təqaüdlər artırıldı

Bu gündən Azərbaycanda sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixdə imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş…

Daha çox

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Qohum evliliyini qadağan edən qanun bu gündən – iyulun 1-dən qüvvəyə minir. SİA bildirir ki, Prezident İlham Əliyev 23 iyun 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.

Daha çox

Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə zorakılığa məruz qalmasına dair Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasına dair bəyanat yayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəyanatda deyilir: “Biz – Azərbaycan vətəndaş cəmiyyətinin səsi olaraq, son zamanlar Rusiyada azərbaycanlıların etnik mənsubiyyətinə görə qətl və zorakılığa məruz qalmasının sistemli xarakter aldığını müşahidə edir, bunu hiddətlə qarşılayırıq. 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı məhkəmə mühakiməsi olmadan törədilmiş qətl və zorakılıqlar etnik və dini dözümsüzlük, irqi ayrı-seçkilik və faşizm nümunəsidir. Faktlar,…

Daha çox

“Gənclərlə” layihəsi çərçivəsində Azər Aydəmir ilə görüş keçirilib

“İRƏLİ” İctimai Birliyi və “LİBRAFF” Kitab mağazaları şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərlə” layihəsinin növbəti görüşü baş tutub. SİA xəbər verir ki, layihənin növbəti qonağı tanınmış aktyor və ssenarist Azər Aydəmir olub. O, öz yaradıcılıq yolundan bəhs edərək, aktyorluq sənətinin incəlikləri və peşəkar kino sahəsində qazandığı təcrübələr haqqında fikirlərini bölüşüb. Yerli film sənayesinin bu günü və gələcəyi ilə bağlı maraqlı məqamları vurğulayan Azər Aydəmir, son dövrlərdə əldə edilmiş uğurlardan, müasir kino sənayesinin inkişafı üçün həyata keçirilən dövlət tədbirlərindən bəhs edib, gənc auditoriyaya motivasiya verən çıxışı ilə yadda qalıb. Tədbir…

Daha çox

14 fevral, yoxsa 30 iyun?

“Sevgililər Günü” insan münasibətlərində sevgi və romantikanın ön plana çıxdığı, cütlüklərin bir-birinə olan hisslərini ifadə etdiyi xüsusi bir gündür. Ənənəvi olaraq bu bayram bir çox ölkədə 14 fevral tarixində qeyd olunur və bu tarix Roma dövründə yaşamış xristian şəhid Müqəddəs Valentin ilə əlaqələndirilir. Bu gün bir çox cəmiyyətlərdə güllər, hədiyyələr və romantik jestlərlə zəngin bir bayrama çevrilmişdir. Lakin zamanla, bəzi mədəniyyətlər və cəmiyyətlər alternativ tarixlərdə də sevgi bayramlarını qeyd etməyə başlamışlar. Məsələn, bəzi ölkələrdə və ya ictimai qruplarda 30 iyun tarixi də “ikinci sevgililər günü” və ya sadəcə “alternativ sevgi…

Daha çox

İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq

Bu ilin iyul ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. İyul ayının birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə,…

Daha çox

Sabah çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, iyulun 1-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Daha çox