Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, iyulun 1-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Daha çoxCategory: Sosial
DSMF-nin sədri BSTA-nın Bürosunun üzvü seçilib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bürosunun 130-cu iclası keçirilib. İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev açıq səsvermə yolu ilə BSTA-nın Bürosunun üzvü seçilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iki gün davam edən iclasda assosiasiyanın idarəçiliyində və xidmətlərinin təşkilində büronun əhəmiyyəti vurğulanıb. Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, assosiasiyaya üzvlük vəziyyəti və yeni müraciətlər barədə məlumat verilib. İclasda BSTA-nın Prezidentinin və Baş katibinin fəaliyyəti, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq,…
Daha çox“Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil,..”
“Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar tarix yalnız mətbuat tariximizin deyil, həm də milli maarifçilik və ictimai fikir tariximizin mühüm mərhələsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan milli mətbuatı o dövrdən bu günə qədər xalqımızın maariflənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının yayılmasında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək müxtəlif tarixi dövrlərin çətin…
Daha çoxBaş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla siyahıya Azərbaycan Milli Elmlər Akademiyası üzrə hissəsinə Respublika Seysmoloji Xidmət Mərkəzi əlavə edilib.
Daha çoxDaxili İşlər Nazirliyi araşdırmalara başlayıb…
“Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsi ilə bağlı… 2025-ci ilin fevralında “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb. SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. Əlavə məlumat veriləcək.
Daha çoxMüzəffər Ordumuz milli sərvətimizdir
Dövlət yaratmaq üçün əsas və vacib şərtlər: ərazi, əhali və milli dəyərlər. İstənilən dövlətin təhlükəsizliyinin qorunması asılılığı isə lider və orduya bağlıdır. Güclü, qüdrətli və taktik imkanlara malik olmaq hər bir milli ordunun funksiyasıdır. Bunla belə,ordunun gücü ilk müdafiə xarakterli olmalıdır. Tarixi proseslər göstərir ki, işğalçılığı və təcavüzkar məqsədləri qarşısında vəzifə kimi qoyan ordular tez ya gec biabırçı məğlubiyyətə düçar olurlar. Lider realist, iradəli və praqmatik olduqda dövlətin təhlükəsizliyi üçün hədəflər vaxtında müəyyən olunur, digər təsisatlar kimi ordu da təhlükəsizlik üçün zəruri tədbirlər görməyi vaxtında və layiqincə bacarır.Müasir və müstəqil…
Daha çox“Texniki nasaz olan avtomobillər çox ciddi təhlükə yaradır”
“Texniki nasaz avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Belə nəqliyyat vasitələri qəza ehtimalını artırmaqla yanaşı, digər sürücülərin və sərnişinlərin həyatını da təhlükə altına atır. Ən çox rast gəlinən hallar arasında əyləc sistemində nasazlıq, işıqlandırma vasitələrinin işləməməsi, sükan idarəetməsində problemlər və mühərrik nasazlıqları yer alır”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, bu cür nasazlıqlar sürücünün nəqliyyat vasitəsini idarə etməsini çətinləşdirir və yolda gözlənilməz vəziyyətlərə səbəb olur: “Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun ortasında dayanması və ya hərəkətə…
Daha çoxSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-dan iyulun 1-də keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu…
Daha çoxTaksilərdə kondisioner məcburidir?
Taksilərdə kondisioner məcburidir? İsti yay günlərində taksi ilə gedərkən kondisionerin işləməsi sərnişin üçün sadəcə rahatlıq deyil, bəzən hətta zərurətə çevrilir. Amma görəsən, bu sistemin işlək olması rəsmi olaraq məcburidirmi? Bu sual həm Azərbaycanda, həm də digər ölkələrdə aktualdır. Gəlin, bu mövzuya geniş və anlaşıqlı şəkildə baxaq. SİA mövzu ilə bağlı araşdırma aparıb. Azərbaycanda vəziyyət necədir? Son illərdə Azərbaycanda taksilərlə bağlı qaydalar xeyli sərtləşdirilib. Əsas məqsəd sərnişinlərə daha keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdir. Məhz bu səbəbdən 2024-cü ildə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bütün taksilər kondisioner sistemi ilə təchiz olunmalıdır. Qanun…
Daha çoxİspaniya rekord dərəcədə istilərlə üzləşib
İspaniya rekord dərəcədə istilərlə üzləşib. İyunun 28-də Əndəlüsün Huelva El-Qranado əyalətində havanın temperaturu 46 dərəcəyə yüksəlib. SİA xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, Montoro və Fuentes-de-Andalucia bələdiyyələrində termometrlər müvafiq olaraq 44 və 43,9 dərəcəni göstərib. Meteoroloqlar yaxın günlərdə regionda temperaturun daha da yüksələcəyi barədə xəbərdarlıq edib. Ekspertlərin sözlərinə görə, bu meteoroloji müşahidələr dövrü ərzində iyun ayında ölkədə qeydə alınan ən yüksək temperaturdur. Qeyd edək ki, bir müddət öncə, Fransa güclü qasırğanın təsirinə məruz qalıb. Sürəti saniyədə 38 metrə çatan küləklər yeddi gün davam edən 40 dərəcəlik istilərdən sonra…
Daha çox