“Yuxular sadəcə gecə baş verən təsadüfi görüntülər deyil”

“Yuxular insanın əsrlər boyu maraq dairəsində olan, bəzən sirli, bəzən isə izaholunmaz görünən bir fenomen olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. O bildirib ki, insanın keçirdiyi duyğular və psixoloji vəziyyəti yuxuların məzmununu birbaşa təsir edir: “Məsələn: Stress və narahatlıq dövrlərində insanlar daha tez-tez qarabasma, qaçma, təqib olunma və ya idarəedilməz situasiyalarla bağlı yuxular görür. Travma keçirmiş şəxslər posttravmatik stres pozuntusu (PTSP) fonunda eyni qorxulu hadisəni təkrarən yuxuda görə bilər. Pozitiv emosiyalar isə daha canlı, xoş və yüngül məzmunlu yuxularla müşahidə olunur. Bu baxımdan, yuxular bəzən insanın…

Daha çox

Yalançı xəstəlik və ya Münhauzen sindromu

“Münhauzen sindromu psixiatrik pozuntudur. Bu problemdən əziyyət çəkənləri əbəs yerə simulyant, fırıldaqçı, “professional xəstə” və ya “xəstəxana birəsi” adlandırmırlar. Onlar tibb müəssisələrinə düşmək üçün hər yola əl atırlar. Həmin meyil çox vaxt keçirilmiş ağır xəstəlikdən, yaxın adamın itkisindən, sevgilisindən ayrılandan sonra və ya tənhalıqdan yaranır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildiri məlumat verib. Psixoloqun sözlərinə görə, həkim həmin xəstəliyin sirli Münhauzen sindromu adlandırıldığını deyib: “İlk dəfə bu xəstəlik İngiltərənin Mərkəzi Middleseks Xəstəxanasının zehni müşahidə şöbəsinin müdiri, endokrinoloq və hematoloq Riçard…

Daha çox

Ölkənin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Xidmətdən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 millimetrdir. Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 metrədək güclənir. Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan Muxtar Respublikasında 35,…

Daha çox

Sosial Xidmətlər Agentliyinin mətbuat konfransı keçirilir

Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Agentliyin İdarə Heyyətinin sədri Vüqar Behbudov ötən dövr ərzində sosial müdafiə sahəsində gördüyü işlər, əldə olunan nəticələr və gələcək hədəflər barədə geniş məlumatları media nümayəndələrinə çatdırıb. Həmçinin tədbirdə Agentliyin regional və beynəlxalq əməkdaşlıq layihələri, vətəndaşların sosial rifahının yaxşılaşdırılması sahəsində atılan addımlar və xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər də diqqətə çatdırılıb. Mətbuat konfransında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Sosial Xidmətlər Agentliyi gələcəkdə də sosial sahədə səmərəli fəaliyyətini davam etdirməyi,…

Daha çox

5 ildə valideyni itirmiş 283 şəxsə ev verilib

“Son 5 ildə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 5 ildə yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilib: “3 580 vətəndaşa evdə səyyar xidmət göstərilib. Onların arasında 100 yaşı olan şəxslər var”. Sədr əlavə edib ki, 2023-25-ci illərdə cəzasının bitməsinə 3 ay qalmış 844 nəfərə sosial adaptasiya tədbirləri görülüb.

Daha çox

300-dən çoz şagirdin dərsə davamiyyəti bərpa olunub

“Son iki ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 2 ildə Agentlik və MÜTDA bu sahədə tədbirlərini davam etdirir.

Daha çox

Ölkədə 444 nəfər uşaq evində yaşayır

“Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 1077 nəfər nazirliyin tabeliyinə verildikdən sonra onlara sosial xidmətlər göstərilib: “Bundan başqa hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb”.

Daha çox

Bu günədək 737 uşaq övladlığa verilib

Bu günədək 737 uşaq övladlığa verilib. SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, onlardan 371-i oğlan, 186-sı qızdır.

Daha çox

Əmək yarmarkalarında daha 60 vakansiya təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. SİA xəbər verir ki, agentlik Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Daha çox

Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunur

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 mm-dir. Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir. Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25…

Daha çox