Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Daha çoxCategory: Sosial
Sabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Daha çoxSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir…
Daha çoxBu gün 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…
Daha çox"Günahsız qardaşlarımın qanı yerdə qalmayacaq"…
“Günahsız qardaşlarımın qanı yerdə qalmayacaq”…
Daha çoxHeydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimi keçirilib
İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimi keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli…
Daha çoxAMADA gənc voleybolçulardan ibarət millinin üzvləri üçün seminar keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycanın gənc voleybolçulardan ibarət millisinin üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib. İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı,…
Daha çoxTürkiyədə meşə yanğınları səbəbindən 17 yaşayış məntəqəsi təxliyə olunub, bir çox ev yanıb
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir. SİA xəbər verir ki, ölkənin Sakarya vilayətinin Taraklı rayonundakı meşəlik ərazidə iyunun 27-dən başlayan və Bilecik istiqamətinə yayılan yanğının nəzarət altına alınmasına çalışılır. Alovun söndürməsi üçün işlər davam etdirilir. Ərazidə 17 yaşayış məntəqəsi təxliyə olunub, kənd və qəsəbələrdə yaşayan 300-dən çox şəxs təhlükəsizlik məqsədilə ərazidən çıxarılıb. Hazırda yanğına 1 İHA, 4 təyyarə, 11 helikopter, 200-dən artıq yanğınsöndürmə vasitəsi və yüzlərlə işçi heyəti ilə müdaxilə edilir. Bölgədə bir çox evin yararsız hala düşdüyü, yanğında bəzi heyvanların tələf olduğu bildirilir. Ölkənin Balıkesir və Manisa vilayətlərində…
Daha çoxTürkiyənin 47 vilayətində meşə massivlərinə girişə müvəqqəti qadağa qoyulub
Türkiyənin Meşə Yanğınları ilə Mübarizə Komissiyası ölkənin 47 vilayətində meşə massivlərinə girişi müvəqqəti olaraq qadağan edib. SİA xəbər verir ki, qərar Türkiyənin onlarla vilayətinin valiləri tərəfindən dəstəklənib. Komissiyanın qərarına əsasən, Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınları təhlükəsi ilə bağlı anomal istilər fonunda Qara dəniz sahil zolağının 11 vilayətində, Mərmərə dəniz bölgəsinin 10 vilayətində, Egey dənizinin sahil zolağının 8 vilayətində, Aralıq dənizi sahil hissəsinin 8 vilayətində, Cənub-Şərqi Anadolu bölgəsinin üç vilayətində, Şərqi Anadolu regionunun iki vilayətində və İç Anadolu bölgəsinin beş vilayətində yaşıllıq massivlərinə girişin qadağan edilməsi barədə qərar qəbul edilib. Qeyd…
Daha çoxPakistanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb. Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi. Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.
Daha çox