Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər…
Daha çoxCategory: Sosial
40 kiloqrama yaxın narkotik vasitə götürülüb
İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də DİN-in əməkdaşları tərəfindən…
Daha çoxBakıda kontakt karate üslubları üzrə yay seminarı keçirilir
Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı keçirilir. SİA xəbər verir ki, Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan seminarda Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər rəsmilər iştirak edir. 500-ə yaxın idmançının yer aldığı seminar üç – Kyokuşinkay Karate, Kosiki-Kudo Karate və Aşihara Karate üslubu üzrə təşkil olunub. Seminar Şihan Allahverdi Rüstəmov və Rafael Bünyatov tərəfindən keçirilir. Tədbir 26 iyun – Silahlı Qüvvələr gününə həsr olunub.
Daha çoxAZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
Bu gündən milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir. SİA xəbər verir ki, bu barədə AZAL-dan bildirilir. Xatırladaq ki, reyslərin müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
Daha çox"Cəhənnəm istisi" gəlir
“Cəhənnəm istisi” gəlir
Daha çoxDanimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq
Danimarka “dipfeyk” (süni intellektin köməyi ilə yaradılmış foto, audio və videomaterialların real şəkildə əvəzlənməsi) problemini kökündən həll etmək qərarına gəlib. Ölkə hökuməti dünyada ilk dəfə olaraq hər bir vətəndaşın üzünü, səsini, hətta davranış tərzini onun şəxsi əqli mülkiyyəti kimi tanımağı təklif edib. SİA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat verib. Əgər şəxsin rəqəmsal surəti – istər üz, istər səs, istərsə də davranış – neyron şəbəkələrdən istifadə edilməklə yenidən yaradılıbsa və razılıq olmadan internetdə dərc olunubsa, belə “dipfeyk”in müəllifi materialı silmək məcburiyyətində qalacaq. Bundan əlavə, zərərçəkmiş təzminat ala…
Daha çoxArzu və Leyla Əliyevalar körpələr evində
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva körpələr evinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, bununla bağlı Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımı təqdim edirik:
Daha çoxXarkovda heykəltaraş Seyfəddin Qurbanovun xatirə lövhəsinin açılıb
İyunun 27-də Ukraynanın Xarkov şəhərində görkəmli heykəltaraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub. SİA xəbər verir ki, xatirə lövhəsi ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltaraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub. 2021-ci ildə həyatı faciəvi şəkildə yarımçıq kəsilən Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov tərəfindən irəli sürülüb. 2023-cü ilin noyabrında Xarkov Şəhər Şurası xatirə lövhəsinin qoyulması qərarını verib. Tədbirdə sənətçinin yaxınları, həmkarları, tələbələri iştirak ediblər. Tədbirdə Xarkov şəhərinin meri İqor…
Daha çoxBolnisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Arıxlı İcma Mərkəzi”ndə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub. SİA xəbər verir ki, əvvəlcə mərkəzdə təhsil alan şagirdlər Azərbaycanın və Gürcüstanın dövlət himnlərini ifa ediblər. Şəhidlərin xatirəsi ehtiramla yad olunub. Mərkəzin rəhbəri Çinarə Nəbiyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və Gürcüstan 1918-ci ilin may ayında, demək olar ki, eyni vaxtda ilk demokratik respublika qurublar. Ordu quruculuğu da demək olar ki, eyni vaxta təsadüf edir. Onun sözlərinə görə, 107 illik tarixə malik olan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində…
Daha çox