Bolnisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Arıxlı İcma Mərkəzi”ndə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub. SİA xəbər verir ki, əvvəlcə mərkəzdə təhsil alan şagirdlər Azərbaycanın və Gürcüstanın dövlət himnlərini ifa ediblər. Şəhidlərin xatirəsi ehtiramla yad olunub. Mərkəzin rəhbəri Çinarə Nəbiyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan və Gürcüstan 1918-ci ilin may ayında, demək olar ki, eyni vaxtda ilk demokratik respublika qurublar. Ordu quruculuğu da demək olar ki, eyni vaxta təsadüf edir. Onun sözlərinə görə, 107 illik tarixə malik olan Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində…

Daha çox

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başa çatıb…

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar. Azərbaycan güləş yığmasının sabiq üzvü, ikiqat olimpiya mükafatçısı, üçqat dünya, dördqat Avropa çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar həmin idman növünün ən…

Daha çox

Son beş ayda əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin 5 ayında əlilliyi olan 16,5 min uşağa reabilitasiya xidmətləri göstərilib. SİA xəbər verir ki, Nazirliyin Ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 11,4 min nəfəri ambulator, 813 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Daha çox

Avtomobillərdə uşaqların daşınması qaydaları ilə bağlı DYP xatırlatma edib

Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma edib. SİA məlumatı təqdim edir: “Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir. Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəin ki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından…

Daha çox

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman…

Daha çox

COP30-dək əsas məqsəd tərəflər arasında etimadı bərpa etməkdir

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyətində “çatdırılma onilliyi”nin başlanğıcını qoyub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev London İqlim Həftəsi çərçivəsində keçirilən “COP30-a aparan yol: NDC-lərin iddialılığı və Bakı-Belem Yol Xəritəsi” mövzusunda görüşdə deyib. M.Babayev qeyd edib ki, COP29 zamanı yeni maliyyə hədəfi müəyyən edilib, yüksək etibarlı karbon bazarlarının qaydaları razılaşdırılıb və Paris Sazişinin icra mexanizmləri tam şəkildə təsdiq olunub. M.Babayev inkişaf etməkdə olan ölkələrin Bonn konfransındakı narahatlığını vurğulayaraq bildirib…

Daha çox

“Qərbi Azərbaycana Qayıdış – Türk dünyası”…

Türkiyənin Manisa şəhərində “Qərbi Azərbaycana Qayıdış – Türk dünyası” mövzusunda tədbir keçirilib. Mərasim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi və Manisa Azərbaycan Mədəniyyət Evinin birgə layihəsi əsasında, Manisa Azərbaycan Evinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), Manisa Dostlar Məclisi, Etkinlik-Sen Manisa Vilayət Təşkilatı və Yunus Emire Bələdiyyəsi tərəfindən təşkil olunub. SİA xəbər verir ki, tədbirdə TADDEF-in sədri Mehmet Kıyas Azeritürk, Media Araşdırmaları və Monitorinq Mərkəzinin rəhbəri Zaur Qəriboğlu, Manisa Azərbaycan Mədəniyyət Evi Dərnəyinin rəhbəri Seyfəddin Ayaqyay, şair-yazıçılar Tuğrul Keskin və Müslüm Oğuz…

Daha çox

Silahlı Qüvvələr Günü Laçında hərbçilərin yürüşü ilə qeyd edilib

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hərbi yürüş Laçın şəhəri mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş ediblər. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər.

Daha çox

Parisdə azərbaycanlı partizanların xatirəsi anılıb

Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilimiş tədbir keçirilib. Tədbirdə Azərbaycanın, eləcə də Fransanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi ehtiramla yad edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Fransa Müqavimət Hərəkatında bu ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinə həsr edilmiş tədbir təşkil olunub və foto-sərgi açılıb. Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev və Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlılarla bağlı araşdırmalar aparmış…

Daha çox

Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə…

Daha çox