“Yaz fəsilində depressiyaya düşən insanlar psixo-həssas insanlardır. Psixo-həssas insanlar ümumiyyətlə hər şeyə qarşı həssasdır. Çünki fəsilin dəyişimi insanları depressiyaya salmaz. Ümumiyyətlə belə bir hal yoxdur. Elmdə belə bir diaqnoz yoxdur ki, mən gedim nevroloqa, psixoloqa və mənə belə bir diaqnoz qoysun ki, səndə fəsil depressiyası var. Yəni belə bir şey yoxdur. Çünki insan doğulandan fəsillərin üç aydan bir bir-birini dəyişməsi normal bir şeydir”. Bunu SİA-ya açıqlamasına psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, insan doğulandan fəsillər arasında düzən var: “Bu belədir. Psixo-həssas travması deyil. Hansısa psixoloq söz gəlişi, reytinq xatirinə,…
Daha çoxCategory: Sosial
Bakıda Beynəlxalq Demokratlar Birliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində “Qurani-Kərim”dən ayələr səsləndirilib, şəhidlərimizə Allahdan rəhmət dilənib. SİA-nın verdiyi məlumata görə, iftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın ictimai-siyasi xadimləri, həmçinin qazilər və şəhid ailələri, eləcə də tələbələr iştirak ediblər. Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada yaradılıb. Hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə fəaliyyətini davam etdirir. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin…
Daha çoxAilə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə…
Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmə keçirilib. SİA xəbər verir ki, komitənin sədri Hicran Hüseynova tədbiri açaraq bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. Beş il əvvəl isə Ali Baş Komandan İlham…
Daha çoxBakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib
ADA Universitetində “Dünyada İtalyan Dizayn Günü” adlı tədbirin 9-cu buraxılışı keçirilib. Builki tədbir “Bərabərsizliklər – Daha Yaxşı Bir Həyat üçün Dizayn” mövzusuna həsr edilib. SIA xəbər verir ki, İtaliyanın Bakıdakı səfirliyinin, İtaliya Ticarət Agentliyinin, ADA Universitetinin və Milan Politexnik Universitetinin birgə əməkdaşlığı ilə təşkil edilən tədbir davamlı inkişafın aparıcı qüvvəsi kimi ərazilərin potensialını vurğulamaq məqsədilə təşkil edilib. Tədbiri ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekanının müavini Nora Labardini açıb. Daha sonra səfir Luka Di Cianfrançesko çıxış edib. Səfir salamlama nitqində İtaliya-Azərbaycan Universitetinin ikitərəfli əməkdaşlığın aparıcı qüvvəsi kimi əhəmiyyətini xatırladıb və…
Daha çox“Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır”
“Azərbaycanın qadın sahibkarlığı ilə bağlı təcrübəsi özünəxas və unikaldır. Azərbaycan qısa müddət ərzində müstəqilliyini bərpa edib, yəni 30 ildən artıq müstəqillik dönəmi var”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş “Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu” adlı yan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Sovet İttifaqından çıxmış bir ölkə kimi Azərbaycan hələ də bəzi istiqamətlərdə onun standartlarının qalıqları ilə mübarizə…
Daha çox13-cü günün duası
Sabah Ramazan ayının 13-cü günüdür. SİA xəbər verir ki, imsak saat 05:30-da, iftar isə saat 19:00-dadır. 13-cü günün duası: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”. Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya…
Daha çoxBakının bir çox yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. “20 Yanvar” dairəsində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə…
Daha çox“Novruz dünya bayramları içində öz yerini tutan bayramdır”
“Novruz bayramı Azərbaycan xalqının taleyində və tarixində ən mühüm bayramlardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, hər şeydən əvvəl Novruz bayramı təbiətin oyanışı günlərinə təsadüf edir: “Qışdan sonra təbiətin oyanması, eyni zamanda insanların arzularının oyanması deməkdir. Bu mənada Azərbaycan xalqı min illər boyu bu Novruz bayramını keçirmiş, arzu və istəklərini bu bayramda ifadə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Çar Rusiyasından qurtulandan sonra Azərbaycandakı milli bayramlardan biri də Novruz bayramı idi. 1919-1920-ci illərdə bu bayram Azərbaycan xalqı tərəfindən dövlət səviyyəsində keçirilmişdir. 1920-ci ilin…
Daha çoxAzercell məhkum qadınlar üçün “Kitab Klubu” təşkil etdi
Lider mobil operator Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi görüş keçirdi Azercell-in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi “Kitab Klubu” layihəsi çərçivəsində növbəti görüş baş tutdu. Beynəlxalq Qadınlar Günü ərəfəsindətəşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirildi.Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olundu. Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışdı. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının…
Daha çoxMilli Observatoriya ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) arasında əməkdaşlıq məqsədilə Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, Memorandum, Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və Təhsildə Keyfiyyət Təminat Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanıb. Tədbirdə Elnur Səfərli, əmək və məşğulluq, sosial müdafiə sahələrində Milli Observatoriyanın fəaliyyətini təqdim edib. O, həmçinin bildirib ki, Observatoriya, ali təhsil müəssisələri və təhlil-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edərək, ali və peşə təhsil müəssisələrinin…
Daha çox