İctimai asayışın keşiyində…
Daha çoxCategory: Sosial
Əhliman Gənciyevə qarşı zorakılıq tətbiq olunub
Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz qalıb. Onun sözlərinə görə, Gənciyevə elektrik şok cihazları və digər ağır əşyalarla işgəncələr verilib. Aldığı xəsarətlər nəticəsində bir müddət xəstəxanaya yerləşdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, istintaqın həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmasına baxmayaraq, müdafiə tərəfi ədalətin bərqərar olunmasına çalışır. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamlarla razı deyil və göstərilən təzyiqlərə baxmayaraq, özünü təqsirli saymayıb. Vəkil qeyd edib ki, müdafiə tərəfi onun…
Daha çoxKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti iyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikası, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam və Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metrədək təşkil…
Daha çoxAbşeron çimərliklərində gözlənilən HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti olacaq. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Daha çoxAzərbaycana leysan yağacaq, dolu düşəcək
Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Daha çoxSabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Daha çoxSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir…
Daha çoxBu gün 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…
Daha çox"Günahsız qardaşlarımın qanı yerdə qalmayacaq"…
“Günahsız qardaşlarımın qanı yerdə qalmayacaq”…
Daha çoxHeydər Əliyev adına Hərbi İnstitutun buraxılış mərasimi keçirilib
İyunun 28-də Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimi keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli…
Daha çox