Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma edib. SİA məlumatı təqdim edir: “Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir. Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəin ki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından…
Daha çoxCategory: Sosial
Sabah 37 dərəcə isti olacaq
Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman…
Daha çoxCOP30-dək əsas məqsəd tərəflər arasında etimadı bərpa etməkdir
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyətində “çatdırılma onilliyi”nin başlanğıcını qoyub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev London İqlim Həftəsi çərçivəsində keçirilən “COP30-a aparan yol: NDC-lərin iddialılığı və Bakı-Belem Yol Xəritəsi” mövzusunda görüşdə deyib. M.Babayev qeyd edib ki, COP29 zamanı yeni maliyyə hədəfi müəyyən edilib, yüksək etibarlı karbon bazarlarının qaydaları razılaşdırılıb və Paris Sazişinin icra mexanizmləri tam şəkildə təsdiq olunub. M.Babayev inkişaf etməkdə olan ölkələrin Bonn konfransındakı narahatlığını vurğulayaraq bildirib…
Daha çox“Qərbi Azərbaycana Qayıdış – Türk dünyası”…
Türkiyənin Manisa şəhərində “Qərbi Azərbaycana Qayıdış – Türk dünyası” mövzusunda tədbir keçirilib. Mərasim Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi və Manisa Azərbaycan Mədəniyyət Evinin birgə layihəsi əsasında, Manisa Azərbaycan Evinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), Manisa Dostlar Məclisi, Etkinlik-Sen Manisa Vilayət Təşkilatı və Yunus Emire Bələdiyyəsi tərəfindən təşkil olunub. SİA xəbər verir ki, tədbirdə TADDEF-in sədri Mehmet Kıyas Azeritürk, Media Araşdırmaları və Monitorinq Mərkəzinin rəhbəri Zaur Qəriboğlu, Manisa Azərbaycan Mədəniyyət Evi Dərnəyinin rəhbəri Seyfəddin Ayaqyay, şair-yazıçılar Tuğrul Keskin və Müslüm Oğuz…
Daha çoxSilahlı Qüvvələr Günü Laçında hərbçilərin yürüşü ilə qeyd edilib
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hərbi yürüş Laçın şəhəri mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş ediblər. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər.
Daha çoxParisdə azərbaycanlı partizanların xatirəsi anılıb
Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilimiş tədbir keçirilib. Tədbirdə Azərbaycanın, eləcə də Fransanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi ehtiramla yad edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Fransa Müqavimət Hərəkatında bu ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinə həsr edilmiş tədbir təşkil olunub və foto-sərgi açılıb. Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev və Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlılarla bağlı araşdırmalar aparmış…
Daha çoxSilahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixindən, ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin misilsiz xidmətləri sayəsində vahid komandanlıq prinsipi ilə idarə…
Daha çoxBerlin şəhərində yerləşən “Şəhidlik” məscidi ziyarət olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidini ziyarət edib. SİA-nın məlumatına görə, Dövlət Komitəsindən bildirilib ki, nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib. Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın…
Daha çoxBakıda soyuducuda narkotik saxlayan ata və oğul tutulub
Narkotik maddələr satan ata və oğlu ifşa edilib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, onlar narkotikləri soyuducuda saxlayıblar. Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar. Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb. D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar. Faktla bağlı cinayət işi…
Daha çoxMEDİA Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə təlim proqramı davam edir
Medianın İnkişafı Agentliyi və“Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən və iyunun 23-dən start götürən “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramı uğurla davam edir. SİA xəbər verir ki, bugünkü təlimdə “Euronews” telekanalının Baş Sosial Media Redaktoru Fatih Yetim tərəfindən “Sosial media və youtube kanallarının idarə edilməsi” mövzusunda sessiya keçirilib. Təlim zamanı iştirakçılara sosial media platformalarının effektiv idarə olunması, rəqəmsal auditoriyanın analizi, kontent strategiyasının qurulması və video platformalar üçün uyğunlaşdırılmış xəbər istehsalı barədə ətraflı məlumat verilib. Təlim müddətində peşəkar ekspertlərin rəhbərliyi altında gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media…
Daha çox