“30 yaşdan yuxarı insanların (burada həm qadınlar, həm də kişilər nəzərdə tutulur) ailə qurmaması bəzən onların şəxsi qərarı olmur. Bu prosesə ailə üzvlərinin, xüsusilə valideynlərin təzyiqi də təsir göstərir. İnsan zamanla bu təzyiqlərin və həyat təcrübəsinin təsiri ilə düşünməyə başlayır ki, artıq ailə qurmaq məsuliyyətindən uzaqlaşır. Bunun nəticəsində isə bəzi insanlar öz daxili düşüncələrini “elektrik almıram”, “ona qarşı hisslərim yoxdur” kimi ifadələrlə əsaslandırmağa çalışırlar. Amma əslində bu cümlələrin arxasında dərin psixoloji suallar gizlənir: “Niyə ailə qurmalıyam?”, “Ailə mənə nə verəcək?”, “Bu addım mənim həyatımda nəyi dəyişəcək”? Bu sözləri SİA-ya açıqlamasında…
Daha çoxCategory: Sosial
“Avtobuslarda bütün fəsillərdə havalandırma sistemi işlək vəziyyətdə olmalıdır”
“Ümumiyyətlə, ictimai nəqliyyata, o cümlədən marşrut avtobuslarına dair müəyyən tələblər var”. Bu sözləri SİA-ya açıqlamasında nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu tələblərdən biri də odur ki, avtobuslarda bütün fəsillər boyu normal havalandırma sistemi işlək vəziyyətdə olmalıdır. Qışda isitmə, yayda isə sərinlətmə sistemi mütləq işləməlidir və sərnişinlərin komfortunu təmin etməlidir. Kondisionerlərin konkret tarixlərlə bağlı işləməsi şərt deyil. Məsələn, may ayında hava isti olarsa, kondisioner işləməlidir. Əgər iyul ayında hava sərin və 20°C-dirsə, ehtiyac yoxdursa, işləməyə bilər. Əsas məsələ sərnişinlər üçün komfortun təmin olunmasıdır. Bu, həm də…
Daha çoxAzərbaycanla BƏƏ əməkdaşlığı müzakirə edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib. B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. O…
Daha çoxDMX rəisi dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti dəfə görüşüb. SİA xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Məlumata əsasən, görüşdə mentorluq proqramı çərçivəsində görülmüş işlərə nəzər salınıb, bu sahədə Şahlar Məmmədovun qazandığı yeni biliklər, növbəti addımlar və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovun mentorudur. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il…
Daha çoxƏnənəvi peşə, rəqəmsal uğur: ayaqqabı tikməkdən milyonluq baxışa
Ayaqqabı yalnız geyim deyil, bir sənət nümunəsidir — Şahin Əliyev üçün isə həyat tərzidir. SİA xəbər verir ki, o, illərlə bu sənətə sadiq qalıb, tikdiyi ayaqqabılar bu gün bir çox mağazalarda satılır və onlayn sifarişlə də müştərilərə çatdırılır. Özü kamera qarşısında görünməyə üstünlük verməsə də, TikTok-da paylaşdığı əl işləri minlərlə izləyicinin diqqətini çəkib və saysız-hesabsız rəylər qazanıb. TikTok onun üçün sadəcə bir reklam aləti deyil – bu platforma ona sənətini bölüşmək, müştərilərlə daha yaxın ünsiyyət qurmaq və kiçik sexini tanınan bir brendə çevirmək imkanı yaradıb. Məqaləmizdə Şahin Əliyevin ustalığının hekayəsindən,…
Daha çoxBayram günlərində bəzi rayonlarda güclü külək əsəcək
İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çoxAzərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib
Prezident İlham Əliyev Milli Məclisin iyunun 3-də qəbul etdiyi Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, bununla da Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib. Yeni qanun “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və…
Daha çoxİqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə 4-cü müavin təyin edilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədrinə yeni müavin təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Əziz Xəlilova həvalə olunub. O, indiyə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb. Yeni təyinatla İZİA-nın sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Daha çoxİyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur
İyunun 25-də BMT-nin Dənizçi Günü qeyd olunur. SİA təşkilatın məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə bu əlamətdar günün mövzusu “Mənim təcavüzdən azad gəmim”dir. Dənizçi Günü Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə qeyd olunur. Onun qeyd edilməsi haqqında qərar IMO-ya üzv dövlətlər tərəfindən 2010-cu ildə Manilada (Filippin) keçirilən konfransda qəbul edilib. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab edilib. 2025-ci ildə bu əlamətdar gün mürəkkəb beynəlxalq vəziyyət…
Daha çoxAQTA sədri Abşeronda vətəndaşları qəbul edəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. SİA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib. Qeyd edilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. “Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar…
Daha çox