Azərbaycanda Məhərrəm ayı başladı

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. SİA xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə…

Daha çox

Təhsil işçiləri üçün istirahət mərkəzindən yenilik

“Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb. SİA xəbər verir ki, burada hər şey Sizin rahatlığınız üçündür – gözəl təbiət, səmimi münasibət, sakit və rahat mühit. Əziz təhsil işçiləri! Sizin üçün nəzərdə tutulan bu istirahət mərkəzində təbii gözəlliklər və rahat mühit könlünüzü oxşayacaq. Bu mövsümdə ATİAHİ ailəsinin hər bir üzvünü sevgi və qayğı ilə qarşılayırıq. İstirahətiniz rahat və mənalı keçsin!

Daha çox

Naxçıvana Gürcüstandan 1000-ə yaxın arxiv sənədi gətirilib

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, bölmənin mətbuat xidmətindən bildirilib ki, iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb. İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə məlumat verib. Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində cari ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair yarımillik hesabatın…

Daha çox

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Təltif…

Daha çox

Marnelidə gənc soydaşlarımız üçün yeni mərkəz yaradılıb

Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz – “Kür Tədris və İnkişaf Mərkəzi” yaradılıb. Bu mərkəz həm də “Gələcəyə açılan elm qapısı” adlandırılır. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mərkəzin təsisçisi Savalan Osmanlı deyib ki, mərkəzin adında Kür çayının adının olması təsadüfi deyil. “Kür çayının sahilində yerləşən kəndlərin elmi, mədəni, mənəvi və sosial inkişafı üçün qurulan bu mərkəz adı kimi axıb, gələcək nəsillərə həyat verməyi hədəfləyir. Elmə sahib olan yeni nəslin yetişməsi qürur yerimizin olması deməkdir. Biz bu yola geri dönməmək üçün çıxmışıq. Yolumuz aydındır:…

Daha çox

“Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır”

İyunun 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə YAP Qaradağ rayon təşkilatının, QMƏVŞAİB Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının şöbə müdiri Adil Haqverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, QMƏVŞAİB-ın Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, “N” saylı hərbi…

Daha çox

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək

2025-ci il iyunun 25-də “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən…

Daha çox

Ombudsman Almaniyanın Federal müvəkkili ilə görüşüb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniyada bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ombudsman Aparatından verilən məlumata görə, görüşdə müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib. Səbinə Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə…

Daha çox

Bayram günlərində “802” vətəndaşlara xidmət göstərəcək

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə iyunun 26-29-da, yəni bayram günlərində “802” qaynar xətt xidməti vatsap üzərindən fəaliyyətini davam etdirəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İşçi Qrupundan məlumat məlumat verilib. Bildirilib ki, vətəndaşlar (055) 600 08 02 vatsap nömrəsi vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

Daha çox

Əmək yarmarkalarında 60 vakansiya təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirdə iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Daha çox