Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,77 % artaraq 73,45 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,76 % artaraq 72,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir. Bildirilib ki, “Xocahəsən” və “Sulutəpə” əhali orta təzyiqli qaz xətləri üzərində tənzimləyicinin yer səthindən dayaqlar üzərinə qaldırılması və quraşdırılması, eləcə də Yasamal rayonu, Kənar Dairəvi 38 ünvanında qaz sızmasının ləğvi məqsədilə iyunun 13-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin, Yasamal rayonu üzrə isə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev,…

Daha çox

“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi icrasına başladığı “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib. SİA xəbər verir ki, 2025-ci il 19 may – 13 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunun gəncləri üçün informasiya təhlükəsizliyi, sosial media, hibrid müharibələr, ideoloji savaşlar və SMM bacarıqları, eləcə də sosial şəbəkələrin Facebook, İnstagram, Teleqram, X, Tiktok, Youtube kimi seqmentlərinin, bloggerliyin əsasları, fəaliyyət prinsipləri, UX – user experience və Uİ – dizayn konsepsiyasının, saytlardan istifadənin, admin panelin idarə olunmasının, məlumatların yerləşdirilməsinin, fotoşop və ona bağlı olan digər…

Daha çox

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun tarixlərində qeyri-iş günü olacaq. SİA xəbər verir ki, bu barədə xidmət məlumat yayıb. “Milli Qurtuluş Günü ilə əlaqədar 15 iyun tarixində, Silahlı Qüvvələri Günü ilə əlaqədar isə 26 iyun tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq”, – məlumatda bildirilir.

Daha çox

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) Bakı – Dubay – Bakı J2 011/012 (13 iyun) Bakı – Tehran – Bakı J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün…

Daha çox

Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

10-dan çox beynəlxalq reys Bakı aeroportuna endi

İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: ”AJet” – İstanbul–Tehran (Boeing 737) ”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737) ”Air Arabia” – Moskva–Şarjah (Airbus A320) ”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320) ”Etihad Airways”…

Daha çox

Bu gün 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim…

Daha çox

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Arıxlı” İcma Mərkəzində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər. Bolnisi rayonunun “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbəri Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunduğunu, bunun…

Daha çox

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Yardımlı və Masallı rayon sakinləri ilə görüşüb. SİA xəbər verir ki, əvvəlcə Fərid Qayıbov və digər rəsmi şəxslər Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Masallı Gənclər Evində keçirilən görüşdə vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib. Ardınca nazir Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.

Daha çox