Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olunub

25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib. Müzakirələr zamanı qrup tərəfindən təqdim edilən təkliflər ətraflı şəkildə nəzərdən keçirilib. Sənəddə qanunvericiliyin müxtəlif sahələrində mövcud olan boşluqlar, hüquqi uyğunsuzluqlar və tətbiqdə müşahidə edilən çətinliklər qeyd olunub, onların aradan qaldırılması üçün konkret mexanizmlər və alternativ yanaşmalar irəli sürülüb. Hazırlanmış təkliflərin əksəriyyəti idarə əməkdaşları tərəfindən müsbət qarşılanıb. Bildirilib ki, sənəddə əks olunan məsələlər praktiki təcrübəyə və mövcud hüquqi reallıqlara əsaslandığı üçün onların tətbiq olunma imkanları yüksəkdir. Bununla yanaşı,…

Daha çox

BRAVO yerli bazarda modern marketçilik ənənəsini gücləndirir

Şirkət BRAVO BREND məhsulları ilə “Doğru Seçim” ənənəsini davam etdirir. SİA xəbər verir ki, Azərbaycanın sürətlə inkişaf edən pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, öz daxili məhsul xətti BRAVO BREND ilə istehlakçılara yüksək keyfiyyətli və sərfəli məhsullar təqdim etmək istiqamətində fəaliyyətini uğurla davam etdirir. Şirkət müştəri məmnuniyyətini, keyfiyyətə olan kompromissiz yanaşmanı və əlçatan qiymət siyasətini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən edib. BRAVO BRAND məhsulları alıcılara gündəlik ehtiyaclarını qarşılayan, beynəlxalq standartlara uyğun və əlçatan qiymətlərlə təqdim olunan geniş çeşidli məhsullar təklif edir Məhsul çeşidləri qida məhsulları, təmizlik vasitələri və gündəlik istifadə…

Daha çox

İyunun sosial yardımları bu gün ödənilib

Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün ödəyib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, iyunun 5-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyunun 21-də isə digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.

Daha çox

Narkotiklə Beynəlxalq Mübarizə Günüdür

İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını dünya miqyasında narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin rəmzi günü kimi elan edib. Bu günün əhəmiyyəti ilk növbədə ictimai diqqəti narkotik probleminin miqyasına, bu bəlanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu fəsadlara yönəltməkdən ibarətdir. Eyni zamanda, bu gün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da cəlb olunduğu genişmiqyaslı maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsi üçün mühüm…

Daha çox

Azərbaycanda Məhərrəm ayı başladı

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. SİA xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə…

Daha çox

Təhsil işçiləri üçün istirahət mərkəzindən yenilik

“Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb. SİA xəbər verir ki, burada hər şey Sizin rahatlığınız üçündür – gözəl təbiət, səmimi münasibət, sakit və rahat mühit. Əziz təhsil işçiləri! Sizin üçün nəzərdə tutulan bu istirahət mərkəzində təbii gözəlliklər və rahat mühit könlünüzü oxşayacaq. Bu mövsümdə ATİAHİ ailəsinin hər bir üzvünü sevgi və qayğı ilə qarşılayırıq. İstirahətiniz rahat və mənalı keçsin!

Daha çox

Naxçıvana Gürcüstandan 1000-ə yaxın arxiv sənədi gətirilib

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, bölmənin mətbuat xidmətindən bildirilib ki, iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb. İsmayıl Hacıyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə məlumat verib. Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində cari ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair yarımillik hesabatın…

Daha çox

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Təltif…

Daha çox

Marnelidə gənc soydaşlarımız üçün yeni mərkəz yaradılıb

Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində gənc və yeniyetmə soydaşlarımız üçün yeni mərkəz – “Kür Tədris və İnkişaf Mərkəzi” yaradılıb. Bu mərkəz həm də “Gələcəyə açılan elm qapısı” adlandırılır. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mərkəzin təsisçisi Savalan Osmanlı deyib ki, mərkəzin adında Kür çayının adının olması təsadüfi deyil. “Kür çayının sahilində yerləşən kəndlərin elmi, mədəni, mənəvi və sosial inkişafı üçün qurulan bu mərkəz adı kimi axıb, gələcək nəsillərə həyat verməyi hədəfləyir. Elmə sahib olan yeni nəslin yetişməsi qürur yerimizin olması deməkdir. Biz bu yola geri dönməmək üçün çıxmışıq. Yolumuz aydındır:…

Daha çox

“Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır”

İyunun 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə YAP Qaradağ rayon təşkilatının, QMƏVŞAİB Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının şöbə müdiri Adil Haqverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, QMƏVŞAİB-ın Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, “N” saylı hərbi…

Daha çox