Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi icrasına başladığı “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib. SİA xəbər verir ki, 2025-ci il 19 may – 13 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunun gəncləri üçün informasiya təhlükəsizliyi, sosial media, hibrid müharibələr, ideoloji savaşlar və SMM bacarıqları, eləcə də sosial şəbəkələrin Facebook, İnstagram, Teleqram, X, Tiktok, Youtube kimi seqmentlərinin, bloggerliyin əsasları, fəaliyyət prinsipləri, UX – user experience və Uİ – dizayn konsepsiyasının, saytlardan istifadənin, admin panelin idarə olunmasının, məlumatların yerləşdirilməsinin, fotoşop və ona bağlı olan digər…
Daha çoxCategory: Sosial
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun qeyri-iş günü olacaq
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun tarixlərində qeyri-iş günü olacaq. SİA xəbər verir ki, bu barədə xidmət məlumat yayıb. “Milli Qurtuluş Günü ilə əlaqədar 15 iyun tarixində, Silahlı Qüvvələri Günü ilə əlaqədar isə 26 iyun tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq”, – məlumatda bildirilir.
Daha çox“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) Bakı – Dubay – Bakı J2 011/012 (13 iyun) Bakı – Tehran – Bakı J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün…
Daha çoxBakının bəzi yollarında tıxac yaranıb
Bakının bəzi yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Daha çox10-dan çox beynəlxalq reys Bakı aeroportuna endi
İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda, bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular daxil olub. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında aşağıdakı beynəlxalq reyslər Bakı hava limanına uğurla eniş edib: ”AJet” – İstanbul–Tehran (Boeing 737) ”Fly Dubai” – Minsk–Dubay, Kazan–Dubay, Sankt-Peterburq–Dubay, Moskva–Dubay (Boeing 737) ”Air Arabia” – Moskva–Şarjah (Airbus A320) ”Jazeera Airways” – Maxaçqala–Küveyt, Moskva–Küveyt (Airbus A320) ”Etihad Airways”…
Daha çoxBu gün 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim…
Daha çoxBolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Arıxlı” İcma Mərkəzində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə Gürcüstan Xalq Müdafiəçisi Ofisinin (Ombudsman) Uşaq Departamentinin nümayəndəsi Lika Xvincilia, departamentin Kvemo Kartli üzrə təmsilçisi Murad Hüseynov, Darvaz kənd orta məktəbinin və İcma Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər. Bolnisi rayonunun “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbəri Rezo Həsənov Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunduğunu, bunun…
Daha çoxYardımlı və Masallı rayon sakinləri ilə görüş olub
İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Yardımlı və Masallı rayon sakinləri ilə görüşüb. SİA xəbər verir ki, əvvəlcə Fərid Qayıbov və digər rəsmi şəxslər Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Masallı Gənclər Evində keçirilən görüşdə vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib. Ardınca nazir Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.
Daha çoxMEK əməkdaşları Gəncədə keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər
Plenar iclasda Ş.Quliyeva MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə həmmüəlif olduğu “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında qorunan Nizami Gəncəvi irsinin dünya dillərindəki bəzi nümunələri” adlı məruzə ilə çıxış edib və dahi mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə MEK tərəfindən tərtib olunmuş biblioqrafik göstəricini Bölmənin Nizami Gəncəvi Mərkəzinə hədiyyə olaraq təqdim edib. Panel iclasında isə G.Məmmədovanın “Xəlil Yusiflinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında irsi”nə dair çıxışı dinlənilib. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxNümayəndə heyətimiz Urmiyada beynəlxalq konfransda iştirak edib
İyunun 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində keçirilən “Qərbi Azərbaycan investisiya imkanlarına dair” beynəlxalq konfransda iştirak edib. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən bildirilib. Konfransda Qərbi Azərbaycan valisi-ostandarı Reza Rahmani investisiya imkanları barədə geniş məlumat verib. Qərbi Azərbaycanın investisiya imkanları ilə bağlı çıxış və müzakirələr dinlənilib, videotəqdimatlar olub, əməkdaşlıq məsələləri müzakirə edilib. Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin…
Daha çox