İyunun 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində keçirilən “Qərbi Azərbaycan investisiya imkanlarına dair” beynəlxalq konfransda iştirak edib. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən bildirilib. Konfransda Qərbi Azərbaycan valisi-ostandarı Reza Rahmani investisiya imkanları barədə geniş məlumat verib. Qərbi Azərbaycanın investisiya imkanları ilə bağlı çıxış və müzakirələr dinlənilib, videotəqdimatlar olub, əməkdaşlıq məsələləri müzakirə edilib. Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin…
Daha çoxCategory: Sosial
Artıq taksi sürücüləri cərimələnməyəcəyək
Avtobus zolaqları paytaxtın bir çox yerlərində şəhərdaxili avtobusların rahat maneəsiz hərəkətinə şərait yaratsa da, taksilər və minik avtomobilləri üçün sərnişinləri mindirib-düşürməklə bağlı müəyyən çətinlik yaradırdı. Artıq bu problem də aradan qaldırıldı və avtobus zolaqlarında minmə düşmə məntəqəsi yaradıldı. Bəs maraqlıdır sürücülər bu yerlərə daxil olarkən nələrə diqqət etməlidir? SİA-nın məlumatına görə, daha ətraflı AZƏRTAC-ın videosüjetində.
Daha çoxMilli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir
İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə dair videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib…
Daha çox137 boş iş yeri, 3000 manatadək əməkhaqqı
İyunun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində təşkil olunan əmək yarmarkasında 16 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 137 boş iş yeri təqdim edilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, işaxtaranlara təklif edilən əməkhaqqı 400-3000 manat aralığında olub. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal, ticarət, bankçılıq və kənd təsərrüfatı sahələri əhatə edib. Yarmarkada turizm sahəsi üzrə 1, istehsal üzrə 2, satışı üzrə 6, bankçılıq üzrə 2 və aqrar sahə…
Daha çoxSöhbət təkcə gülüşdən getmir
Son günlər süni intellekt vasitəsilə ağsaqqalların və ağbirçəklərin adından danışdırılan, amma heç də onlara yaraşmayan videolar sosial şəbəkələrdə yayılmağa başlayıb. Söhbət təkcə gülüşdən getmir – bu videolar uzun illərin təcrübəsini, hörmətini və dəyərini lağa qoyur. Bəs görəsən, cəmiyyət bu məsələyə necə baxır? Gənclər, orta və yaşlı nəsil bu süni videolar və ümumilikdə ağsaqqal dəyərləri haqqında nə düşünür? Bu mövzu ilə bağlı SİA-da vətəndaşların fikrlərini öyrənməyə çalışıb. Paytaxt sakini Əbdül Məmmədov: “Ağsaqqal olmaq bir məsuliyyətdir. Amma indi görürəm ki, sosial şəbəkələrdə bizim kimi insanları süni intellektlə danışdırırlar – həm də elə…
Daha çoxişğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. SİA xəbər verir ki, agentlikdən bildirilib ki, videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcə də ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb. Qeyd edək ki, Nüvə tədqiqatları departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının quraşdırılması və təmiri, nüvə kriminalistikası sahəsində xidmət göstərir və radiasiya və nüvə texnologiyalarını tətbiq edərək ölkəmizdə radiasiya təhlükəsizliyinə tövhə verir. Departament tərəfindən mineral sular, qida və sənaye məhsullarının…
Daha çoxAzərbaycanda sosial müavinətlər artırılır
Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat; – ailə başçısını itirməyə görə 140 manat; – müddətli həqiqi hərbi xidmət hərbi…
Daha çoxEstetik əməliyyat etdirmək zəruridirmi?
Son onilliklərdə estetik cərrahiyyə tibbin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. Texnoloji irəliləyişlər, cərrahi metodların təkmilləşməsi və insanların öz bədənlərinə olan münasibətində baş verən dəyişikliklər bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırmışdır. Estetik müdaxilələr bir çox hallarda tibbi zərurətdən irəli gəlməsə də, onların sosial və psixoloji təsirləri danılmazdır. Bəs vətəndaşlar bu barədə nələr düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib. Şəhər sakini Aydın Əhmədli: “Son vaxtlar estetik əməliyyatlar bir dəb halını alıb. Xüsusilə gənclər, bəzən heç ehtiyac olmadığı halda, öz görünüşlərini dəyişdirməyə çalışırlar. Bu, məncə, həm psixoloji, həm də sosial…
Daha çoxValideynlər uşaqları dinləyirmi, yoxsa yalnız nəzarət edirlər?
“Bu gün bağçalarda və məktəblərdə valideynlər uşaqlarını onlayn sistemlə, kameralar vasitəsilə izləməyi üstün tuturlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, bu nəzarət anlayışı artıq bəzi hallarda xəstəlik səviyyəsinə çatıb: “Valideyn uşağın həyatının hər bir anına nəzarət etmək istəyir. Amma bu, gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Uşaq böyüyüb şəxsiyyət kimi formalaşmağa başlayanda, azadlıq istəyəndə, artıq dərk edəndə ki, o nəzarət altında olmaq istəmir, bu zaman həm uşaq, həm də valideyn üçün travmatik vəziyyətlər yarana bilər. Valideyn özünü pis hiss edəcək, tək qalacaq, övladına qarşı…
Daha çoxTürk dünyası hədəflərinə birlikdə nail olmalıdır
Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. SİA xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib. Onun sözlərinə görə, biz bu gün əldə olunan inkişaf mərhələsini nəzərə alaraq işimizi çiyin-çiyinə davam etdirməliyik: “Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. Qazaxıstan Respublikasında keçiriləcək növbəti iclasda bugünkü aparılan müzakirələr nəzərə alınacaq”.
Daha çox