Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır

Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. SİA xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib. Onun sözlərinə görə, biz bu gün əldə olunan inkişaf mərhələsini nəzərə alaraq işimizi çiyin-çiyinə davam etdirməliyik: “Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. Qazaxıstan Respublikasında keçiriləcək növbəti iclasda bugünkü aparılan müzakirələr nəzərə alınacaq”.

Daha çox

Ailə qurmaq üçün indi daha çox nə əskikdir – maddiyyat, yoxsa anlayış?

“Azərbaycanda milli və maddi ailə sistemində ciddi problemlər yaşanır və bu, həm hüquqi, həm sosial, həm iqtisadi, həm də geosiyasi və ekoloji – ən əsası isə irsi və genetik səbəblərlə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, uzun müddət Sovet dövründə biz qapalı bir sistemdə yaşamışıq. Dünyada baş verən bir çox dəyişikliklər, xüsusən ərzaq təhlükəsizliyi ilə bağlı risklər, dəyişdirilmiş qidaların SSRİ-yə buraxılmaması, təbii qidalanma,…

Daha çox

Sabah hava necə olacaq?

“İyunun 13 və 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək”. Bu barədə SİA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, havanın maksimal temperaturu 26-30 dərəcə isti təşkil edəcək: “Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli, leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 31-37, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.

Daha çox

“Səmaya Səyahət” maarifləndirici tədbir

Abşeron rayonu Güzdək qəsəbəsinin tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Səmaya Səyahət” adlı maarifləndirici tədbir keçirdik. SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib. Deputat bildirib ki, tədbirin məqsədi uşaqların hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyə olunmaları, dünyagörüşünün zənginləşdirilməsi, habelə gənc nəslin aviasiyanın maraqlı və məsuliyyətli dünyasını yaxından kəşf etməsinə şərait yaratmaq, onları bu sahənin incəlikləri və peşəkar inkişaf imkanları ilə tanış etməkdir. Tədbir zamanı öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti…

Daha çox

Gənclər niyə özlərini gizlədir?

Bəzən elə olur ki, bir insanı evdə görürsən – sakit, itaətkar, sanki özünü sıxan biri. Sonra həmin adamı dostları ilə danışqan, açıq fikirli, tam fərqli biri kimi görürsən. Sanki bir bədəndə iki ruh var. Bir evdə iki fərqli insan yaşayır. Valideynlərinin tanıdığı övladla dostlarının tanıdığı gənc eyni adam deyil. Bu hal get-gedə daha da yayılır. Niyə? Gənclər niyə özlərini gizlədir? SİA mövzu ilə bağlı araşdırma aparıb. Bəzən bu fərqlilik qorxudan doğur. Gənc düşünür ki, əgər evdə öz fikrini açıq desə, qəbul olunmayacaq. Əgər evdəki “normal” çərçivədən bir addım kənara çıxsa,…

Daha çox

Sabah Babəkin dörd kəndində işıq olmayacaq

Babək rayonunun kəndlərində elektrik enerjisinin verilişində sabah qısamüddət fasilə olacaq. SİA xəbər verir ki, iyunun 13-də 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Bununla əlaqədar Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində iyunun 13-də saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.

Daha çox

İnsanları qəlyan çəkməyə nə vadar edir?

Qəlyan üzrə mütəxəssis Murad Tağıyevin SİA-ya müsahibəsini təqdim edirik: – İnsanları qəlyan çəkməyə nə vadar edir? Sulu qəlyan insanları daha çox söhbətə, yoxsa düşüncəyə çəkir? – Bu, əslində, bir növ tarixi və Şərq mədəniyyətdir. Xüsusilə, Yaponiyada bu ənənəyə daha çox rast gəlinir. Çay süfrəsi zamanı qonağa qəlyan təqdim olunardı və əgər qonaq bunu qəbul etməsəydi, bu, hörmətsizlik kimi qiymətləndirilə bilərdi. İkinci məsələ olaraq onu qeyd etmək lazımdır ki, qəlyanın müalicəvi əhəmiyyəti olduğu iddia olunub. Onun icadı Hindistanın Pakistanla sərhədə yaxın bir kəndində baş verib. Həmin kəndin adı dəqiq tarixə düşməsə…

Daha çox

15 iyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib

11 iyun 2025-ci il tarixində Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan başlanan müstəqillik, sabitlik və inkişaf yolu” mövzusunda təntənəli ümumrayon tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və fəal gənclər iştirak ediblər. Tədbir Ulu…

Daha çox

Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev iyunun 20-də, saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla…

Daha çox