…Həm yol, həm də yaşayış xərcləri ilə bağlı qiymətlər qalxıb. Soçi ölkə daxilində ən bahalı yay tətilləri siyahısına başçılıq edir. SİA-nın məlumatına görə, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti və “Delfin” turoperatorunun baş direktoru Sergey Romaşkinin sözlərinə görə, artım təxminən 13-14 faiz təşkil edib. İyun ayında iki nəfərlik 3 ulduzlu oteldə yerləşmə 9 min civarında olacaq. İyul və avqust aylarında sırasıyla 11 min və 13 minə yüksəlməsi gözlənilir. Nəticədə, iyun ayında on günlük bir tur üçün təxminən 90 min rubl ödəməli olacaqsınız. Soçiyə gediş haqqı da artıb. İyun ayında Moskvadan Soçiyə…
Daha çoxCategory: Turizm
Yaponiyada turizm artdıqca giriş qaydaları sərtləşir…
Yaponiyaya səyahət daha çox tənzimlənəcək. Ölkə hökuməti müalicə xərclərini ödəmək və yerli xəstəxanaların yükünü azaltmaq üçün turistlərdən tibbi sığorta almağı tələb etmək niyyətindədir. SİA-nın məlumatına görə, Yaponiya hökuməti bütün xarici turistlər üçün yeni məcburi qayda tətbiq etməyə hazırlaşır: özəl tibbi sığorta. 2026-cı ildən etibarən qüvvəyə minə biləcək tədbir ödənilməmiş tibbi ödənişlərlə bağlı artan problemi həll etmək və ölkənin səhiyyə sistemindəki maliyyə yükünü azaltmaq məqsədi daşıyır. Hökumət, xarici ziyarətçilərin tibbi yardım aldıqları, lakin ödənişlərini ödəmədən getdikləri hallarla məşğul olmaqdan yorulduğunu söyləyir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, cəmi bir ay ərzində 90-a…
Daha çox“Turizm həm də beynəlxalq əlaqələri gücləndirir”
“Dövlətlər turizm siyasətində iqtisadi artım, iş yerlərinin yaradılması, infrastrukturun inkişafı, mədəni irsin və ətraf mühitin qorunmasına və təşviqinə önəm verirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, turizm həm də beynəlxalq əlaqələri gücləndirir, yeni əməkdaşlıq sahələrini genişləndirməyə kömək edir: “Viza rejiminin ləğvi və ya sadələşdirilməsi isə səyahətləri, işgüzar əlaqələri asanlaşdırır, ölkələr arasında mədəni mübadiləni təşviq edir. Eyni zamanda qarşılıqlı potensial investorlar, biznes tərəfdaşları və tədqiqatçılar üçün yeni imkanlar açır. Təcrübə göstərir ki, səyahət edən şəxslər də bronlaşdırma müddətlərinin qısalmasına, məhdud planlaşdırma tələb edən istiqamətləri seçməyə üstünlük…
Daha çoxTurizm ÜDM-nin dəyəri 11,5 milyard manata çatdırılacaq
2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun ÜDM-də istehsalı 11,5 milyard manata çatacaq. SİA-nın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib. Onun sözlərinə görə, bu dövrə qədər turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 %-ə, turizm üzrə daxilolmaların isə 7,4 milyard manata yüksələcəyi proqnozlaşdırılır. K. Quluzadə əlavə edib ki, 2030-cu ilədək regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 %-ə, turizm sənayesinin muzdlu əmək…
Daha çoxAzərbaycanda yay turizm mövsümünə start verilib
Azərbaycanda yay turizm mövsümünə start verilib. SİA xəbər verir ki, Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay turizm mövsümünün açılışı münasibətilə media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib. Mediaturun məqsədi yay turizminin inkişafı və təbliğinə dəstək vermək, Dövlət Turizm Agentliyi tərəfindən bu istiqamətdə görülən işləri, ölkənin mövcud turizm destinasiyalarını və göstərilən xidmətləri ictimaiyyətə tanıtmaqdan ibarətdir. Tədbir çərçivəsində iştirakçılara “Şahdağ” Turizm Mərkəzində həyata keçirilən infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlar barədə məlumat verilib.
Daha çox“İnkişaf perspektivləri ilə bağlı gözləntilər əsasən müsbətdir”
“Azərbaycan turizmi ilə bağlı Dövlət Turizm Agentliyinin 2023–2026-cı illər üzrə turizm strategiyası mövcuddur. Bu strategiyada sənayenin inkişafı, gəlmə turizmi və həmçinin daxili turizmlə bağlı əsas istiqamətlər qeyd olunub. Dövlət tərəfindən istənilən sahə üçün ilk növbədə sənayenin qurulması və dayanıqlı olması prioritet hesab olunur. Daha sonra isə bu sənayedə fəaliyyət göstərən şirkətlər, qurumlar və müəssisələr sosial və iqtisadi baxımdan öz fəaliyyətlərini həyata keçirərək sahəyə dəstək göstərir və xidmət təklif edirlər”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib. Kənan Hənifəyev sözlərinə belə davam edib: “Sənayenin beş il ərzində inkişaf perspektivləri…
Daha çoxTürk otelləri otaq qiymətlərinin hər dəqiqə dəyişdiyi sistemi işə salır.
…Türkiyə mehmanxanaları hava yollarından nümunə götürərək dinamik qiymətqoyma tətbiq edirlər. İndi otaq qiymətləri rezervasiya zamanı dəyişə bilər ki, bu da tətilin planlaşdırılmasını çətinləşdirir. Bu mövsüm Türkiyə otelləri turistlər üçün əlavə çətinliklər yarada biləcək yeni qiymət sistemi tətbiq edir. İndi yaşayış yerlərinin qiyməti tələbdən asılı olaraq real vaxt rejimində dəyişəcək – aviaşirkətlərin çoxdan istifadə etdiyi prinsipə əsasən… SİA-nın məlumatına görə, söhbət “dinamik qiymət” adlanandan gedir: turist rezervasiya edərkən, bir otağın qiyməti kəskin arta bilər – 20 faizə qədər. Bu, tətil planlaşdırma prosesini daha az proqnozlaşdırıla bilən edir. Yenilik xüsusilə turoperatorların işini…
Daha çoxYay turizminin inkişafında qarşılaşılan əsas çətinliklər nələrdir?
Yay gələndə insanlar bir az nəfəs almaq, təbiətlə bir az daha yaxın olmaq, şəhərin səsindən, istilərdən uzaqlaşmaq istəyirlər. Elə bu səbəbdən də yay turizmi həm psixoloji, həm də iqtisadi baxımdan çox vacib dövr sayılır. Azərbaycanda yay aylarında istirahət etmək istəyən insanlar üçün kifayət qədər müxtəlif və maraqlı seçimlər mövcuddur. SİA mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü kimi turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşayiət olunur: “Yay aylarında istər daxili turistlər, istərsə də xarici turistlər daha…
Daha çoxAntalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin
Hər il milyonlarla insan Türkiyə Rivieralarının parlaq ulduzu sayılan Antalyaya günəşli çimərlikləri və büllur kimi təmiz suları üçün səfər edir. SİA xəbər verir ki, lakin bu sahil cazibəsindən kənarda Antalya eyni zamanda dünya miqyasında məşhur yürüş marşrutlarına sahib olan bir cənnətdir. Yürüş həvəskarları bu gözəl şəhərə qədim abidələrdən keçən, təbii gözəlliklərlə dolu mənzərəli yolları kəşf etmək üçün gəlirlər. Bu marşrutlar şəhəri tamam fərqli baxış bucağından tanımaq və bölgənin təbiətini, mədəniyyətini və tarixini daha dərindən hiss etmək üçün bənzərsiz imkan yaradır. Likya Yolu: Antalyanın Qədim Sahil Marşrutu Türkiyənin ilk uzunməsafəli yürüş…
Daha çoxRusiyalı qadın Kubada 400 min rubla tətil etməkdən məyus olub…
…Rusiyalı turist Kubada hər şey daxil olmaqla bahalı tətilindən narazı qalıb. O, otelin Kuba mədəniyyətindən uzaq olduğunu, yemək və atmosferdən məyus olduğunu söyləyib. Deməli, SİA-nın məlumatına görə, Kubada hər şey daxil olmaqla istirahət üçün 400 min rubl ödəyən rusiyalı turist səfərdən məyus olub. Qadının dediyinə görə, onu ən çox əsəbləşdirən əsl Kuba ab-havasının olmamasıdır – otel yerli mədəniyyətdən qopmuşdur və əsl rəng əvəzinə tipik beynəlxalq musiqi və dekorasiyalarla simasız bir kurorta bənzəyirdi. Onun sözlərinə görə, müəssisə süni ətrafı olan “beton divarlar” kimi görünürdü. Yeməklər də xoşagəlməz təəssürat buraxıb: turist yeməklərin…
Daha çox