Zəlzələdən sonra ölkəyə gələcək turistlərin azalacağı qorxusu…

…Banqkokda baş verən son zəlzələlərdən sonra Taylandlı otel sahibləri ciddi narahatlıqlarını ifadə edirlər. Tayland Otelçilər Assosiasiyasının prezidenti Tienprasit Çayapatranun, növbəti iki həftə ərzində xarici turistlərin gəlişinin 10-15 faiz, bəlkə də daha çox azalacağını proqnozlaşdırır. SİA-nın məlumatına görə, turizm sənayesinin nümayəndələrini xüsusilə narahat edən məsələ Tayland üçün əsas olan Çin bazarıdır. Çinli turistlər tətil zamanı onların təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansı hadisəyə çox həssas olurlar. …Assosiasiya qeyd edir ki, hələlik mütəşəkkil turist qrupları üçün çarter reyslərinin ləğvi olmayıb. Bununla belə, hələ bilet almamış fərdi səyahətçilər planlarını yenidən nəzərdən keçirə bilərlər.…

Daha çox

“Turizm otel kompleksləri üçün böyük bir təcrübə oldu”

“Hər il olduğu kimi ənənəvi olaraq bu ildə 10-12 günlük mart tətili günləri oldu. Bu mart tətili günlərində, xüsusən də yerli vətəndaşlar, turistlər bölgələrə daha çox üstünlük verdilər. Şəki-Qax-Zaqatala bölgəsi, eyni zamanda Qusar-Quba, yeni bir destenasiya kimi işğaldan azad olunmuş ərazilərimiz olan Qarabağ bölgəsinə, xüsusilə Şuşa-Laçın istiqamətində turistlərin aktivliyi müşahidə olunurdu. Mən hesab edirəm ki, işğal olunmuş ərazilərdə müəyyən qədər məhdudiyyət olsa da, portal məsələsi hələki qüvvədədir. Hesab edirəm ki, portal aradan qaldırıldıqdan sonra yerli turistlərin Qarabağ bölgəsinə intensiv axını baş tutacaq”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman…

Daha çox

Nə deyirsiniz deyin,.. yayda ən gəlirli istiqamət Türkiyədir…

…Türkiyə geniş otel çeşidi ilə rus turistləri cəlb edir. SİA-nın məlumatına görə, iki nəfərlik səyahət 107 min rubla başa gəlir: ucuz və keyfiyyətli! …Məhdud büdcə ilə yay tətili üçün Türkiyə, Misir, Tayland və Haynan ən gəlirli istiqamətlərdir. Bunu deyən rusiyalı ekspert, qeyd edib ki, Türkiyə geniş çeşidli otelləri ilə rus turistləri cəlb edir. İyun ayında Moskvadan yola düşməklə iki nəfərlik yeddi gecəlik səyahət və hər şey daxil olmaqla 4 ulduzlu oteldə yerləşmə 107 min rubldan, 5 ulduzlu oteldə isə 126 min rubla başa gələcək. Misirdə 4 ulduzlu oteldə 121,8 min…

Daha çox

Bayram günlərində milli parklara 6 mindən çox turist səfər edib

Bayram günlərində milli parklara 6 min 482 turist səfər edib. Bu barədə SİA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. O bildirib ki, ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir: “Artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır”. Xidmət rəisi vurğulayıb ki, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir: “Belə ki, bayram…

Daha çox

Antalya turizminin tacı Belek

Türkiyənin ən yaxşı turistik bölgəsi sayılan Antalyada cənnəti xatırladan bir məkan var. Bura Belekdir. Belek Türkiyənin Antalya vilayətinin Serik rayonunda yerləşən bir məhəllədir. 2024-cü ilin hesabatına görə onun Belekin 10 min 800 nəfər əhalisi var idi. SİA xəbər verir ki, Belek Türkiyənin turizm sənayesinin mərkəzlərindən biridir və otuzdan çox dörd və beşulduzlu otellərə və bir çox digər yerləşdirmə xidmətləri və əyləncə obyektlərinə ev sahibliyi edir. Şəhər və onun ətrafı yeddi bulaqdan alınan kurortları və mineral suları ilə məşhurdur. Belek Beynəlxalq Qolf Tur Operatorları Assosiasiyası (IAGTO) tərəfindən Avropada İlin Ən Yaxşı…

Daha çox

Ruslar Türkiyəyə səfərdən çəkindirilir…

…Martın 20-də Antalyada başlayan etiraz dalğası ilə əlaqədar polis 250 nəfəri saxlayıb, 6 nəfər nəzarətə götürülüb. SİA-nın məlumatına görə, rusiyalılara xəbərdarlıq edilib ki, Türkiyəyə səfər problemlə nəticələnə bilər. Antalyada başlayan etiraz dalğası ilə əlaqədar ruslara yaxın gələcəkdə Türkiyəyə səfər planlaşdırmağa dəyər olub-olmadığını düşünmək tövsiyə olunur. Məlumdur ki, polis artıq aksiyaya çıxan 250 nəfəri saxlayıb. 6 nəfər nəzarətə götürülüb. Buna görə də Rusiya konsulluğu mart-aprel aylarında İstanbula səfər etməyi planlaşdıranlara səfərlərini ləğv etməyi tövsiyə edir. Antalyaya və ya yaxınlıqdakı kurort zonalarına artıq yay turları almış və ya almaq niyyətində olan turistlərə…

Daha çox

Yunanıstana səfər üçün üç təhlükəli tarixlər…

…Bu tarixlərdə ölkədə müntəzəm olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir. Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanında inkişaf edir. SİA-nın məlumatına görə, Britaniyanın Xarici İşlər Nazirliyi 1 may, 17 noyabr və 6 dekabr tarixlərində Yunanıstana səfərdən çəkinməyi tövsiyə edir. Bu tarixlərdə ölkədə mütəmadi olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmalara və ictimai nəqliyyatın hərəkətinə mane olur. Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanı olan Sintaqmada inkişaf edir. Etirazçıları dağıtmaq üçün polis tez-tez gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. 2025-ci ilin martında Afinada etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları…

Daha çox

Bosniya və Herseqovina da ruslar üçün təhlükəsiz sayılır..?

2025-ci ildə ruslara açıq olan Avropa ölkələri… …Səyahət etmək üçün Türkiyədə təyyarə dəyişməli olacaqsınız. Alternativ olaraq, Serbiyadan avtobusa minə bilərsiniz. SİA-nın məlumatına görə, 2025-ci ildə rusiyalı turistləri qəbul edəcək Avropa ölkələrinin siyahısı təqdim olunub. Monteneqro bu siyahıdadır. Dünyanın ən təmiz dənizlərindən biri hesab edilən Adriatik dənizi ilə səyahətçiləri cəlb edir. Suyun şəffaflıq səviyyəsi 56 metrə çatır. Monteneqroya getmək üçün rusiyalı turistlər Serbiya və ya Türkiyədən uçmalı olacaqlar. Belqraddan Podqoritsaya avtobuslar və qatarlar işləyir. …“Starhit” yazır ki, yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi ilə Bosniya…

Daha çox

Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

Rusiyanın “Red Wings” aviaşirkəti aprel ayında Jukovski hava limanından Bakıya uçuşları bərpa edir. SİA xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Azərbaycanın paytaxtı Bakıya birbaşa müntəzəm uçuşların bərpa olunduğunu elan edir. İlk uçuş 27 aprel 2025-ci il tarixinə planlaşdırılır”, – deyə aviaşirkətdən bildirilib. Qeyd edilib ki, uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək, uçuş 16:20 (yerli vaxtla), geri dönüş 21:40 (yerli vaxt) olacaq. Bütün xəbərlər Facebook səhifəmizdə

Daha çox