Türkiyədəki iğtişaşlar rusiyalı turistləri dayandıra bilməyib..? …İstanbulda iğtişaşlar və nümayişlərlə bağlı xəbərdarlıqlara baxmayaraq, kurort zonalarında vəziyyət sakit olduğu üçün Sibirdən Türkiyəyə turist axını stabil olaraq qalır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Novosibirsk Turizm Təşkilatları Assosiasiyasının icraçı direktoru Svetlana Fomenko bildirib. O, qeyd edib ki, iqtisadi, siyasi və iqlim faktorlarının təsirinə baxmayaraq, uçuşlar adi qaydada həyata keçirilir, turizm zonalarında sakitlik hökm sürür. Türkiyəyə səfər etməyi planlaşdıran turistlərə ayıq-sayıq olmaları və insanların çox olduğu yerlərdən uzaq durmaları tövsiyə olunur. Əsas odur ki, təhlükəsizliyi laqeyd qoyaraq…
Daha çoxCategory: Turizm
İturupda turistlər qaynayan gölün üzərində yumurta qaynada bilərlər
…İturup üzərindəki balneoloji kompleksə gələn turistlərə qaynayan gölün üzərində yumurta qaynatmağın yolları göstərilib. Pişirmə prosesində qabıq demək olar ki, tamamilə yumurtadan çıxır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, turizm kompleksi Baranski vulkanının yaxınlığında tikilib. Termal bulaqlar sağlamlıqlarını yaxşılaşdırmaq üçün Kuril adalarına gələn səyahətçilər üçün cazibə nöqtəsinə çevrilib. …Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Kseniya Kolçina “Rossiya 1” telekanalının efirində qeyd edib ki, göllərdən biri qaynayır. İçindəki suyun temperaturu 120 dərəcəyə çatır. Bundan əlavə, suyun tərkibində turşu var. Göldə üzmək, təbii ki, təhlükəlidir. Bununla belə, gölün üstündəki platformada…
Daha çoxBakı və Sofiyada Bolqarıstan və Azərbaycanın turizm imkanlarının təqdimatı keçirilə bilər
Bolqarıstanın turizm naziri Miroslav Borşoş Azərbaycanın bu ölkədə səfiri Hüseyn Hüseynovla turizm sahəsində ikitərəfli münasibətlərin inkişafının imkanlarını müzakirə edib. SİA-nın Bolqarıstanın Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, tərəflər turizm sahəsində mübadilə prosesinin inkişafı üçün tədbirləri nəzərdən keçiriblər. Görüşdə Bakı və Sofiyada 2025-ci ildə Bolqarıstanın və Azərbaycanın turizm imkanlarının təqdimatının keçirilməsi təklif olunub. Nazirliyin xəbərində qeyd olunub ki, Bolqarıstan Azərbaycanla əməkdaşlığın dərinləşməsi üçün səylərini davam etdirəcək. Səfir H.Hüseynov turizm sahəsində əlaqələrin dərinləşməsinin üstünlüklərini vurğulayaraq, bildirib ki, Azərbaycan və Bolqarıstanın bu sferada böyük potensialları var.
Daha çox“İnsanları ticari əlaqələr düşündürür”
“Azərbaycanda kinoteatrların işləməməsi, həmin yerlərin ya olmaması, ya da biznes məqsədi ilə digər qurumlara çatması ilə əlaqədardır. Bu da istər-istəməz təəssüf hissi doğurur. İstirahət mərkəzləri müəyyən yerlərdə mövcuddur, amma onların qiyməti heç də əlçatan deyil. Yerli vətəndaşlar üçün qiymət bahalı olduğundan, insanların orada istirahət etməsinin qarşısını kəsir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun sözlərinə görə, kinoteatrlarla olan məsələ Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməlidir. Respublikanın mərkəzində olan tamaşaların müxtəlif yerlərdə, truppa tərəfindən qastrol səfərlərində nümayiş etdirilməsi SSRİ dövründə mövcud idi: “İnsanlar asudə vaxtını yaxşı keçirməsi üçün müxtəlif yerlərdə…
Daha çox300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,1 % azdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,7 % azalıb. Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ini kişilər, 32,5 %-ini qadınlar…
Daha çoxTürkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq
Türkiyənin Şanlıurfa şəhərində yerləşən və dünyanın ən qədim arxeoloji abidələrindən biri sayılan Karahantəpə – Neolit dövrü məkanı qoruyucu dam örtüyü ilə təchiz ediləcək. SİA xəbər verir ki, bu layihə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və ölkə boyunca qazıntı və bərpa işlərini bütün fəsillər ərzində davam etdirməyi hədəfləyən “Gələcək üçün İrs” proqramı çərçivəsində icra olunur. Son dam örtüyü təşəbbüsü Karahantəpənin minilliklər boyu qorunub saxlanılmış irsini mühafizə edəcək və onun gələcək nəsillərə ötürülməsini təmin edəcək. Təxminən 5,000 kvadratmetr sahəni əhatə edəcək bu dam örtüyü tarixi məkanı təbii təsirlərdən qorumaq…
Daha çoxBƏƏ rusiyalı turistləri Türkiyənin “əlindən alır”..?
…Əvvəllər Türkiyədə istirahətə üstünlük verən rusiyalı turistlər istirahət üçün getdikcə BƏƏ-yə üz tuturlar. Nəticədə Dubay pandemiyadan sonra Rusiyadan gələn turist axınını geri qaytarmaqla yanaşı, COVID-19-dan əvvəlki rəqəmləri də iki dəfə üstələyib. SİA-nın məlumatına görə, hazırda əmirliklərdə rusdilli müştərilər üçün nəzərdə tutulan otellərin sayı Türkiyədəkindən çoxdur. Qeyd edilməlidir ki, Türkiyə hələ də Rusiyadan COVID-19-dan əvvəlki turist axınına qayıda bilməyib. Nəticədə, bu gün BƏƏ-də rusiyalı turistlər üçün nəzərdə tutulan otellər Türkiyədən daha çoxdur – 299-a qarşı 377. Bundan əlavə, dövlət portallarında və ictimai yerlərdə rus dili mövcud olmağa başlayıb və Visit Dubai…
Daha çoxBakı aeroportu gücləndirilmiş rejimdə işləyəcək
Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə martın 20-31-də fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək. SİA Aeroporta istinadən xəbər verir ki, bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq. Sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən…
Daha çoxSülh üçün 3 şərt
“Ukrayna mənim məsləhətlərimə əməl etsəydi, bu gün ölkə bütöv olardı” – Con Mearsheimer “Le Figaro” Con Mearsheimerə istinadən xəbər verir ki, Tramp üç şərt yerinə yetirildiyi təqdirdə Ukraynada atəşkəs sazişi imzalayacaq. Ukrayna Qərbdən təhlükəsizlik zəmanəti almadan neytral olmalı, ərazisinin əhəmiyyətli hissəsini verməli və silahsızlaşdırılmış dövlətə çevrilməlidir. Amerikalı siyasi elmlər professoru Qərbin Ukraynadakı vəziyyətə görə məsuliyyət daşıdığını qeyd edib. Onun bu fikrini Donald Trampın mövqeyi və Vladimir Putinin son bəyanatları dəstəkləyir. Son iki müsahibəsində Mearsheimer mövcud vəziyyətlə bağlı təhlilini təkrarlayır. “Ukraynadakı vəziyyətə görə Qərb məsuliyyət daşıyır”. Bu sözləri hələ 2015-ci ildə…
Daha çoxBayramda yerli, yoxsa xarici turizm? – EKSPERT AÇIQLADI
Bayramda yerli, yoxsa xarici turizm? – EKSPERT AÇIQLADI
Daha çox