Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Daha çoxCategory: Turizm
Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan martın 18-20-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MITT 2025” (“Moscow International Travel & Tourism”) 31-ci beynəlxalq turizm və səyahət sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. MITT sərgisi MDB məkanında aparıcı turizm tədbiri sayılır, Rusiyadan və digər ölkələrdən olan turizm agentlərinə və turoperatorlara birbaşa əlaqə yaratmağa şərait yaradır, iştirakçılara məhsullarını geniş hədəf auditoriyasına çıxarmağa, satışın həcmini və qlobal əhatəsini artırmağa imkan verir.
Daha çoxÖlkəmizdə turizmin bugünkü vəziyyətinə ekspertin rəyi
Turizm hər il getdikcə daha geniş vüsət almağa başlayır.Pandemiyadan sonra öz fəaliyyətini bərpa edən sahə yenidən canlanmağa başlayıb.Bəs ölkəmizdə hazırda turizmin vəziyyəti hansı yerdədir? Məsələ ilə bağlı turizm eksperti Ceyhun Aşurov SİA-ya açıqlama verib. Ekspert bildirib ki,2024-cü ili turizmin bərpası ili hesab edə bilərik: “2024-cü il demək olar ki,turizm bazarı bərpa oldu.Təxminən 1.4 milyard insanın səyahəti qeydə alınıb. Bu 2019 ilə eyni səviyyədə olsa da gəlirlər 2019-dan yüksəkdir.2019-cu ildə bu rəqəqm 1.5 milyard idisə 2024-cü ildə bu 1.6 milyarddır.Hətta bəzi ölkələr COVİD-dən öncəki rəqəmləri də üstələyə biliblər”. Ekspertin fikrincə ölkəmizdə…
Daha çoxAzərbaycan beynəlxalq turizm sərgisinə qatılacaq
Azərbaycan martın 4-6-da Almaniyanın paytaxtında keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək. SİA-nın məlumatına görə, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Berlin Sərgi Meydanında təşkil olunacaq tədbirdə Agentliyin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları nümayiş etdiriləcək.
Daha çoxTürkiyənin turizm cənnəti Fəthiyə
Türkiyənin bütün bölgələri ilin bütün fəsillərində turizm üçün əlverişlidir. SİA xəbər verir ki, maraqlıdır ki, son illər Ümumdünya Turizm Təşkilatı da Türkiyənin turizm üçün ən gözəl və münbit şərait olduğunu açıq etiraf edir. Pandemiyadan sonra turizmin yüksək səviyyədə artım tempinin əsas səbəbi isə turistlərin üçün yaradılan şəraitdən irəli gəlir. Həmçinin türk mətbəxinin gözəlliyi və tarixi abidələrin çoxluğu, çimərliklərin çoxluğu Avropa ölkələrinin, həmçinin Rusiya, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən turistlərin axınına səbəb olub. Türkiyənin ən gözəl bölgələrindən biri olan Fəthiyə haqqında bu yazımızda oxucularımızı tanış edəcəyik. Fəthiyə Türkiyə Muğla əyalətinin 13 bölgəsindən…
Daha çoxBakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək
BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, müqavilə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüş zamanı təsdiqlənib. Görüşdə Azərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına üzvlüyə namizədliyi irəli sürülüb, COP29 çərçivəsində “Turizm günü” ilə bağlı ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgə fəaliyyət planları müzakirə edilib.…
Daha çoxAntalyanın irsi: Qədim yaşayış məskənləri
Türkiyə turizm cənnətidir. Hər il milyonlarla turist bu qədim ölkəni ziyarət edir. SİA xəbər verir ki, Türkiyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təəssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd…
Daha çoxHindistandan Azərbaycana gələn turistlərin sayı artıb
2024-cü ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gələnlərin 27,8 %-i Rusiya Federasiyası, 16,2 %-i Türkiyə, 9,3 %-i Hindistan, 8 %-i İran, 4,2 %-i Gürcüstan, 3,7 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3,1 %-i Pakistan, hər birindən 1,8 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 %-i Çin, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla…
Daha çoxAzərbaycanda qış turizm mövsümünə start verilib
Dekabrın 14-də Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib. SİA xəbər verir ki, mediatur Azərbaycanın qış turizm imkanlarını tanıtmaq, mövcud və yeni məhsulları nümayiş etdirmək, daxili turizmə olan marağı artırmaq, insanları qış turizminə təşviq etmək, turizm sənayesinin inkişafı sahəsində ən son yenilikləri nümayiş etdirmək, o cümlədən “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyıb. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə…
Daha çoxTürkiyənin turizm şirkətləri üçün Azərbaycana tanışlıq səfəri
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, iştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub. Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib. Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389…
Daha çox