İstanbul Qüllələri: Möcüzələri kəşf edin

İstanbul iki qitəni birləşdirən, turistlərin unudulmaz bir səyahət keçirəcəyi möhtəşəm bir şəhərdir. SİA xəbər verir ki, bu şəhər öz gözəlliyi və möhtəşəm aurası ilə turistləri heyran edir. Tarixi Yarımada və Qızıl Buynuz tərəfindən əhatələnmiş Bosfor boğazı, gündüz də, gecə də nəfəs kəsən mənzərələr və şəhərin tarixi ilə zəngin unikal silueti ecazkar bir səyahət vəd edir. Bu siluetə xüsusi bir gözəllik qatan memarlıq nümunələri arasında möhtəşəm İstanbul qüllələri diqqət çəkir. Hər biri şəhərin fərqli bir nöqtəsində yerləşən bu qüllələr həm tarix, həm də memarlıq baxımından bənzərsizdir. Onlar təkcə gözəllikləri ilə yox,…

Daha çox

Türkiyə dayanıqlı kulinariyaya qucaq açır

Türkiyə, uğurla həyata keçirilən Dayanıqlı Turizm Proqramı çərçivəsində qida və içki xidməti göstərən müəssisələrin dayanıqlılıq sertifikatı almasını nəzərdə tutan yeni təşəbbüslə, kulinariyadada dayanıqlılığa güclü bağlılığını nümayiş etdirir. SİA xəbər verir ki, bununla yanaşı, cəmi iki il ərzində 10 restoran MICHELIN Yaşıl Ulduzuna layiq görülmüş və coğrafi işarəli məhsulların sayı artmaqdadır. Türkiyə zəngin kulinariya irsini müasir ekoloji yanaşmalarla birləşdirərək, qastronomik dayanıqlılıq sahəsində iddialı bir yola qədəm qoyub. 19,000-dən çox təsdiqlənmiş və sertifikatlaşdırılmış yerləşmə obyektləri ilə dayanıqlı turizm sahəsində artıq öncül mövqedə olan Türkiyə, qida və içki xidməti göstərən müəssisələr üçün Dayanıqlı…

Daha çox

Bayram günlərində otellər hansı qiymətləri təklif edir?

Yeni ilin gəlişi ilə əlaqədar olaraq, insanlar istirahət üçün müxtəlif məkanlar seçir. Bəziləri bölgələrimizdə, bəziləri isə xaricdə dincəlməyə üstünlük verir. Bəs görəsən daxili və xarici turların qiyməti necədir? Mövzu ilə bağlı SİA-ya danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni illə əlaqadər olaraq qarşıda bayram günləri var: “Artıq qış mövsümü açıq elan olunub. Bununla bağlı tətil günlərində istirahətə tələbat artır. İstər ölkə daxilində istərsə də, xaricdə insanlar istirahətlərini təşkil edirlər. Öncədən planlayırlar. Artıq ölkə daxilində olan böyük otellərdən biz təklifləri, kampaniyaları görürük. Düzdür, qiymətlər müxtəlifdir. İki nəfər üçün 2 gecə…

Daha çox

Türkiyənin qış möcüzələrini kəşf edin

Dünyanın ən çox ziyarət edilən beş ölkəsindən biri olan Türkiyə, dörd mövsümü tam gözəlliyi ilə yaşaya biləcəyiniz nadir ölkələrdən biridir. SİA xəbər verir ki, Yaz və yay fəsillərindən başqa, qış da Türkiyənin qarla örtülmüş sehrli gözəlliklərini kəşf etmək üçün ideal zamandır. Dünya səviyyəli xizək kurortlarında müxtəlif qış idman növlərindən tutmuş isti və rahat məkanlarda dincəlməyə qədər, Türkiyə unudulmaz qış tətili üçün sonsuz macəralar təqdim edir. Gəlin, Türkiyədə sizi hansı qış məcaralarının gözlədiyini öyrənək. Xizək və qış idmanlarının həyəcanı Türkiyədə qış tətillərindən tam zövq almağın ən yaxşı yolu, möhtəşəm dağlar üzərində…

Daha çox

Memar Sinanın tikdiyi 77 məscid

Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya tarixi üçün bir irsdir. Bu məscidlər zəngin mədəniyyətin imzası və burada hakim olan böyük imperiyaların qalığıdır. SİA xəbər verir ki, Türkiyə mədəniyyətinin, tarixinin zənginliyini məscidləri ziyarət etməklə görmək mümükündür. Məhz bu səbəbdəndir ki, Türkiyəyə səfər edən turistlərin böyük hissəsi tarixi və mədəni irsin qorunmasının özündə əks etdirən bu məscidləri ziyarət edirlər. Türkiyəyə səfərimiz çərçivəsində biz də bir neçə məscidi ziyarət etmək şansımız oldu. Tarixlə mədəniyyətin, inamla etiqadın təcəssümünü məhz məscidlərə ziyarətimiz zamanı bir daha şahid olduq. Türkiyə sözsüz…

Daha çox

“Turların qiyməti kəskin artıb”

Yeni il bayramı yaxınlaşdıqca, insanlar istirahətini harada keçirəcəklərini düşünürlər. Bəziləri evdə ailələri ilə, bəziləri isə ölkədaxili yaxud ölkəxaricində qeyd etməyi planlaşdırırlar. Bəs bayram qabağı turların qiymətləri necədir, insanlar razı qalırlarmı? Bu barədə SİA-ya açıqlamasında “Madina” Turizm Agentliyinin rəhbəri Hüseyn Quliyev deyib. O bildirib ki,Yeni il ərəfəsində bir sıra ölkədaxili və ölkəxarici turlar baş tutur. Bu turlar digər turlardan əsasən Yeni ilə yığılmış xüsusi proqramla seçilirlər: “Ölkədaxili turlara daha çox üstünlük verilən regionlar Qəbələ, Quba-Qusar və Lənkaran-Lerik zonasıdır. Ölkəxarici turlara isə ən çox gedilən Türkiyənin bir sıra şəhərləri və Rusiyanın paytaxtıdır.…

Daha çox

Yeni İl günü Bakıdakı otellərdə QİYMƏTLƏR

Məlumdur ki, Yeni il yaxınlaşdıqca bir çox insan yeni il proqramlarını hazırlamağa başlayıb. Lakin bir çoxları da bu barədə qərarsızdır. Hər kəs bu Yeni il gecəsini ən yaxşı şəkildə keçirmək istəyir. Son zamanlar otellər təklif etdikləri imkanlarla bu baxımdan bir addım öndədir. Otellərdə keçirilən Yeni il gecələri günlərlə danışılır və enerjiləri aylarla davam edir. Bu baxımdan bir çox insanlar Yeni il gecəsi otelləri axtarır. Bəs, Yeni il gecəsini oteldə qeyd etməyin üstünlükləri nələrdir? SİA mövzu ilə bağlı araşdırma aparıb. – İlk növbədə qeyd etməkdə fayda var ki, Otellərdə keçirilən Yeni…

Daha çox

Məhkumların peşə bacarığını artırmaq məqsədi daşıyan layihənin hesabatı

Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin 12 avqust tarixindən etibarən həyata keçirilən pilot layihə üzrə hesabat təqdim olunub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Hesabata əsasən, 12 avqust – 19 dekabr tarixlərində 9 müxtəlif cəzaçəkmə müəssisəsində ümumilikdə 96 məhbusa təlim keçirilib və müvafiq sertifikatlar təqdim olunub. Layihədə Azərbaycan mətbəxinə həm nəzəri, həm də təcrübə baxımından bələd olan beş aşpaz və texnoloq ekspert və təlimçi qismində cəlb olunub. Onlar məhkumlara aşpazlıq kursları keçib, onları yeni…

Daha çox

Tarix, təbiət və mədəniyyətin qovuşduğu şəhər Bursa

Türkiyənin ən böyük 4-cü şəhəri, Osmanlı İmperatorluğunun ilk paytaxtı olaraq böyük tarixi əhəmiyyətə malik olan Bursa şəhəri turistlərin son illər ərzində ən çox səfər etdiyi şəhərlərdən biridir. SİA xəbər verir ki, Bursa meşələrin çoxluğuna görə “Yaşıl Bursa” adlandırılır. 130 il Osmanlıya paytaxtlıq edən şəhərdə altı sultanın məzarı var. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin…

Daha çox

Bu il Azərbaycana səfər edən əcnəbilərin sayı artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. SİA xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında əks olunub. “Ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb ki, müvafiq ölkələr üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb (müvafiq olaraq 18 faiz, 14 faiz, 7 faiz və 30 faiz). Gəlmə sayı üzrə ilk beşlikdə…

Daha çox