Türkiyədə Rusiya və Ukraynadan gələn turistlər arasında toqquşmaların sayı azalıb Türkiyə kurortlarında rus və ukraynalı turistlərin açıq münaqişələrə girmə ehtimalı getdikcə azalır. Otelçilər qeyd edirlər ki, qonaqlar siyasi mövzulardan qaçmağa və bütün diqqətlərini tətilə yönəltməyə üstünlük verirlər. SİA-nın məlumatına görə, Türkiyə kurortları tədricən rus və ukraynalı turistlərin dinc yanaşı yaşayışına qayıdır. Otelçilərin sözlərinə görə, əgər 2022-2023-cü illərdə toqquşmalar müntəzəm olaraq baş verirdisə (himnin oxunması tələblərindən tutmuş animatorları boykot etməyə qədər), indi bu cür hadisələr təcrid olunub. Heyət qeyd edir ki, əksər qonaqlar şüurlu şəkildə siyasi…
Daha çoxCategory: Turizm
Rusiyalı bu dəfə Abxaziyada aldadılmasından danışıb…
Necə deyərlər, adın onların “qələminə düşməsin..? Deməli, rus mediyası son günlər ancaq Abxaziya haqqında maraqlı hekayələrə ye ayırır. Yenə deməli, turist kimi bəziləri geəldi və peşman olmadı, bəziləri isə xidmətdən, yeməklərin keyfiyyətindən, çimərliklərdən və hətta yerli sakinlərdən də narazı getdi. SİA-nın məlumatına görə, bu arada Rusiyadan gələn bir turist Abxaziyada hara pul xərcləyə biləcəyinizi söyləyib. “Zen”də “Səyahət haqqında Kutovoy” bloqunun müəllifi Aleksey Kutovoy səfərdən əvvəl məsələni araşdırıb, lakin mənfi rəylər ona mane olmayıb. Qaqrada sadə, açıq və yardımsevər insanlar görüb. Eyni zamanda, o qeyd edir ki, hər şey turistin özünün…
Daha çoxAbxaziyada yarıçılpaq ruslarla bağlı qalmaqal…
Abxaziya sakinləri rusiyalı turistlərdən razı qalmamalarının daha bir səbəbini açıqlayıblar. Məlum olub ki, yerli əhali qonaqların görünüşündən razı deyil. SİA-nın məlumatına görə, Suxumda hava limanının açılışından sonra Abxaziya rusların marağına səbəb olub. Ancaq bütün qonaqlar yerli əhalinin ürəyincə deyil. Belə ki, Abxaziya sakinləri ziyarətçilərin yarıçılpaq görünməsindən şikayətləniblər. İddialara görə, onlar açıq-saçıq çimərlik paltarında küçələrdə dolaşaraq ədəb qaydalarını pozurlar. …Bağışlayın, onların qısa tumanlarından hər şey düşür, deyə yerli sakinlərdən biri, Aida deyir. Eyni zamanda, ruslar şərhlərə aqressiv reaksiya verir və polis “çörək verənlərlə” münaqişə etmək istəməyərək onları cərimə etmir. Turistlərin başqa…
Daha çoxVenesiya turistlər üçün vergini artırır…
Venesiya kütləvi turizm səbəbindən ciddi çətinliklərlə üzləşir: hər gün şəhərə çoxlu sayda səyahətçi gəlir, iqtisadiyyata nəzərəçarpacaq töhfə vermədən görməli yerlərin qarşısında şəkil çəkdirmək, kanallar boyunca gəzmək və pulsuz həzz almaqla məhdudlaşır. SİA-nın məlumatına görə, Piazza San Marco assosiasiyasının prezidenti və zərgərlik mağazasının sahibi müəyyən kateqoriyalı turistlər üçün – ilk növbədə bir günə gələn və xərclərdən yayınanlar üçün 100 avro rüsum tətbiq etməyi təklif edir. Onun sözlərinə görə, Venesiya turizmin yeni forması ilə üz-üzə qalıb: çoxları şəhərin mədəni dəyərini dərk etmədən və alış-veriş etmədən sadəcə olaraq “yoxlanmaq” üçün gəlirlər. Xüsusilə alış-verişin…
Daha çoxİstirahət zonalarında həftəsonu niyə boş yer tapılmır? – EKSPERT AÇIQLADI
İstirahət zonalarında həftəsonu niyə boş yer tapılmır? – EKSPERT AÇIQLADI
Daha çoxKazino turizmin inkişafına yeni imkanlar yarada bilər
“Sea Breeze” kimi dünya miqyaslı möhtəşəm istirahət mərkəzində kazinonun fəaliyyəti qeyri-leqal oyun biznesi və fırıldaqçılığa ciddi zərbə olardı Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi, sosial əlaqələrini genişləndirib. Bu baxımdan demək olar ki, bu gün dünyanın əksər ölkələri ilə iqtisadi-ticarət əlaqələri mövcuddur və bu əlaqələr daim genişlənir. Qurulan və həyata keçirilən əlaqələrin inkişafında turizm sahəsində görülən işlər müsbət qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, dünyada bəzi ölkələrində turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən hesab olunur. Daha doğrusu iqtisadi sferada turizmin payı hər zaman yüksək dəyərləndirilir. Elə ölkələr…
Daha çoxRuslar Abxaziyanı məyusluq və rotavirus ölkəsi adlandırırlar…
Abxaziyada istirahətdən sonra rus təəssüratlarını bölüşüb… …Tətillərini Abxaziyada keçirən ruslar bizə yaşamalı olduqları şəraitdən və ümumilikdə tətillərinin necə keçdiyindən danışdılar. Turistlərin sözlərinə görə, pis xidmətlə yanaşı, rotavirusla da mübarizə aparmalı olublar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı turistlər Abxaziyadakı tətillərdən getdikcə daha çox şikayət edirlər. Hətta təbii gözəllik və nisbətən təmiz dəniz də pis xidmət və yaşayış şəraitinin mənfi təəssüratlarını hamarlaya bilmir. Abxaziyada istirahət etmiş turistlərin diqqət çəkdiyi digər problem bağırsaq infeksiyalarıdır. Belə ki, turist Violettanın dediyinə görə, Qaqrada istirahətin ikinci gün bütün ailənin…
Daha çoxAzərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. SİA agentliyə istinadən xəbər verir ki, görüşdə F.Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib. Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb. Səfir ölkəsinin turizm naziri və Ümumdünya Turizm Təşkilatının Baş katibi adından Azərbaycan rəsmisini bu il 7-11 noyabrda Ər-Riyadda keçiriləcək Ümumdünya Turizm Təşkilatının Ümumi iclasına dəvət edib.
Daha çoxHesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb
Hesablama Palatası 2025-ci il üçün İş Planına əsasən Dövlət Turizm Agentliyində 2021–2024-cü illəri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib. SİA Palataya istinadən xəbər verir ki, audit dövlət vəsaitinin və dövlət əmlakının idarə olunmasının qanunvericiliyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyıb. Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb: Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib. Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri…
Daha çoxŞəkidə beynəlxalq təşkilatın qida festivalı təşkil ediləcək
Şəki şəhərində “Slou Fud” beynəlxalq təşkilatının “Terra Madre” qida festivalının yerli versiyası təşkil ediləcək. SİA xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Məlumata görə, tədbirin 5 min nəfəri əhatə edən 3 kv.metrlik arealda keçirilməsi planlaşdırılır. Festival zamanı Bakıdan, həmçinin Şamaxı, İsmayıllı, Lənkəran, Qəbələ və Qax rayonlarından, Şərqi Zəngəzur iqtisadi rayonundan qonaqların Şəkiyə gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması həyata keçiriləcək.
Daha çox