Tarixin sirlərini yaşadan turizm şəhəri – FOTOLAR
Daha çoxCategory: Turizm
Xoşbəxt Xankəndinin gecə mənzərəsi
Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, yenidən burda həyat canlanır. İndi Xankəndi gecələri gündüzü qədər gözəldir. Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhərin gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, közərəni, gur yananı da, səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.
Daha çoxBizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük
Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə seçilən bir bölgə var. Bura Boludur. Əslində Bolunun bütün ərazisi tarixi abidələrlə zəngin olsa da, turistlərin daha çox axın etdiyi Göynük haqqında sizə məlumat verəcəyik. Göynük 2017-ci ildə “Yavaş Şəhər – Cittaslow” elan edilib. SİA xəbər verir ki, Göynükün tarixi olduqca qədimdir. Tarixçilər qeyd edir ki, Roma Hərbi Yolu indiki Göynükdən, “Dədəstan” adı ilə məşhur olan ərazidən keçib. Göynükün məlum olan ən qədim adı “Koinon Gallicanon”dur. Bu qədim ərazi türk…
Daha çox