İsveçrə mediasının da diqqəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Sülh Sammiti və imzalanan razılaşmalara yönəlib. SİA xəbər verir ki, İsveçrə Teleradiosu (SRF), həmçinin “Neue Zürcher Zeitung“, “Blick“, “Tagesanzeiger“, “20 Minuten“, “Le Temp“ kimi aparıcı gündəlik qəzetlər onillərdən bəri davam edən bir münaqişədə ciddi irəliləyiş əldə olunduğunu bildirirlər. Diqqətə çatdırılıb ki, cümə günü Ağ evdə bir araya gələn Azərbaycan və Ermənistan liderləri sülh razılaşması yolunda mühüm əhəmiyyətə malik Birgə Bəyannaməyə imza atıblar. “Neue Zürcher Zeitung“ yazır ki, bununla…
Daha çoxCategory: Dünya
Gürcüstan mediası Azərbaycan və Ermənistan liderlərinin ABŞ-dakı görüşündə əldə olunan razılaşmaya böyük diqqət yetirib
Gürcüstanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət yetirib. SİA xəbər verir ki, “imedinews.ge, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 9-da silsilə materiallar yayıblar. Xəbər materiallarında xüsusi diqqət Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi…
Daha çoxBakı ilə İrəvan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir. SİA xəbər verir ki, bunu həmin ölkənin Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib. Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb. Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub. “Prezident Kasım-Jomart Tokayev qeyd edib ki,…
Daha çoxPutin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Prezident Vladimir Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq. Bu barədə SİA Rusiya mətbuatına istinadən xəbər verir. Qeyd olunur ki, indiyədək heç bir Rusiya bu ştata səfər etməyib. Statistik məlumatlara görə, orta amerikalı həyatı boyu on yarım ştata səfər edir, lakin hər onuncu adam heç vaxt öz ştatından kənara səyahət etməyib və ABŞ sakinlərinin yalnız 12 %-i Alyaskaya səfər edib. Rusiya prezidenti sonuncu dəfə 2015-ci ildə ABŞ-yə səfər edib. Putin və Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyib. Onun sözlərinə görə,…
Daha çoxTürkan anasının doğum gününü belə təbrik etdi
“Sən bizim başımızın tacısan”. SİA xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə anasının ünvanına yazıb. O, anasının doğum günün təbrik edib: “Ana, səni nə qədər çox sevdiyimizi bilirsən. Sən bizim başımızın tacısan. Allah sənə uzun ömür, can sağlığı, sevgi dolu həyat versin. Hər zaman bizimlə ol. Nə yaxşı ki, bizim vicdanlı, tərbiyəli anamızsan. Başımızın tacı, gözümüzün nuru anam! Hər zaman quru kölgən bizimlə olsun. Doğum günün mübarək.
Daha çoxMarko Rubiodan tarixi sazişlə bağlı ilk açıqlama
Azərbaycan və Ermənistanın razılaşması ABŞ-nin investisiyaları üçün yeni qapılar açır. SİA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio ABŞ, Azərbaycan və Ermənistan arasında üçtərəfli sənədin imzalanması barədə danışarkən deyib.
Daha çoxAİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
Aİ Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır. SİA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen birgə bəyanatda bildiriblər. Vurğulanır ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə bu sənədi imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır. “İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində nizamlı və davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında…
Daha çoxTramp Putinlə məşhur məkanda görüşəcəyini açıqladı
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünün “məşhur məkanda” baş tutacağını bildirib. SİA xəbər verir ki, jurnalistlərə açıqlama verən Tramp Putinlə görüşlərə başlayacağını və daha sonra onların harada keçiriləcəyini açıqlayacağını bildirib. “Biz Rusiyadan başlayacağıq və yeri açıqlayacağıq. Düşünürəm ki, bu, bir çox səbəblərə görə çox populyar bir məkan olacaq. Amma bir az sonra bunu elan edəcəyik. Sadəcə, indi etdiyimiz işin əhəmiyyətinə görə bunu indi etmək istəmirəm”, – Tramp deyib.
Daha çoxFransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir
Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir. Bu barədə SİA Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı – İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır. “ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir”,…
Daha çoxABŞ-də universitetində atışma olub
ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub. SİA xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının”, – məlumatda deyilir. Hadisə yerində polis əməkdaşları işləyir.
Daha çox