Fransalı gənc İranda yoxa çıxdı

Monterloz İranda iyunun 16-dan itkin düşüb. SİA xəbər verir ki, bu haqda Fransa mənbələri məlumat yayıb. Bildirilib ki, onun barəsində hər hansı məlumat almaq mümkün olmayıb və bu, Monterlosun taleyi ilə bağlı narahatçılığı artırır. Qeyd edək ki, bir müddət əvvəl Fransa hökuməti vətəndaşlarına İrana getməmək barədə xəbərdarlıq edib.

Daha çox

Berlin-Münxen sürət qatarının marşrutunda yanğınla əlaqədar ciddi maneələr yaranıb

Berlin-Münxen istiqamətində hərəkət edən sürət qatarının marşrutu üzərindəki dəmir yolu keçidində baş verən yanğınla əlaqədar qatarların hərəkətində ciddi maneələr yaranıb. SİA Almaniya mətbuatına istinadla xəbər verir ki, yanğınla əlaqədar marşrutun bir hissəsi bağlanıb, qatarların marşrutu dəyişdirilib, səyahət müddəti əhəmiyyətli dərəcədə uzanıb və bəzi reyslər tamamilə ləğv edilib. Yanğın Oberfranken bölgəsində yerləşən Forşhaym və Bamberq şəhərləri arasındakı dəmir yolu keçidində baş verib. Polis yanğının qəsdən törədilməsi şübhəsi ilə istintaqa başlayıb. İlkin araşdırma nəticəsində yanğın nəticəsində keçidin üzərindəki relslərdə hərəkətin mümkün olmadığı müəyyənləşdirilib. Alman Dəmir Yolları (Deutsche Bahn) şirkətinin məlumatında sürət qatarlarının…

Daha çox

Milanda şiddətli fırtına ağacları aşırıb, ölən var

İtaliyanın şimalında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir. SİA xəbər verir ki, Milanda leysan yağışları nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Şiddətli fırtına səbəbindən ağaclar yollara və avtomobillərin üzərinə aşıb. 63 yaşlı qadın aşan ağacın altında qalaraq ölüb, iki nəfər isə yaralanıb. Bir neçə saatda Milana 35-45 millimetr yağıntı düşüb. Ehtiyat tədbiri olaraq parklar bağlanıb. Milan-Roma qatarına ildırım düşüb. Qatar dayanıb, sərnişinlər başqa qatara köçürülüb, xətdə 50 dəqiqəyədək gecikmə olub. Mülki müdafiə qüvvələri gün ərzində 150-dən çox müdaxilə edib. Florensiyada da ağaclar avtomobillərin üzərinə aşıb, küləyin…

Daha çox

Tonqa sahilində güclü zəlzələ qeydə alınıb

Tonqa Krallığının Tonqatapu adasının şərq sahilində 5,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri ada dövlətinin paytaxtı, 24 mindən çox insanın yaşadığı Nukualofa şəhərindən 60 km aralıda olub. Zəlzələnin ocağı təxminən 34 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.

Daha çox

Oradakı ailələrə 500 milyon funt-sterlinqlik dəstək veriləcək

Böyük Britaniya hökuməti İngiltərədəki bütün yerli bələdiyyələrdə ailə dəstək mərkəzlərinin yaradılacağını elan edib. SİA BBC-yə istinadla xəbər verir ki, yeni plan çərçivəsində “Best Start” (Ən Yaxşı Başlanğıc) adlı bu mərkəzlər valideynlərə, gənclərə və aztəminatlı ailələrə dəstək məqsədi daşıyır. 500 milyon funt-sterlinqlik layihə ilə yarım milyon uşağa kömək göstərilməsi hədəflənir. Təhsil naziri Bricet Fillipson bildirib ki, bu təşəbbüs ailələr üçün xilasedici bir vasitə olacaq. Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı, borc məsləhətləri və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək. 2026-cı ilin aprel ayınadək bu mərkəzlər bütün bələdiyyələrdə, 2028-ci ilin sonunadək…

Daha çox

Küveytdə külli miqdarda narkotik təsirli “tanbak” saqqızı müsadirə edilib

Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızı yüklənmiş iki konteyner müsadirə edilib. SİA “əl-Ray” qəzetinə istinadla xəbər verir ki, adı çəkilməyən Asiya ölkəsindən gətirilən bu yükün ümumi çəkisi 29 ton olub. İdxalı qadağan olunmuş məhsul 581 min ədəd kisədə yerləşdirilib. Küveytdə “tanbak” adlanan bu saqqız betel (və ya areka) ağacının fındığından hazırlanır. Cənub-Şərqi Asiya ölkələrində geniş istifadə edilən bu məhsulun tərkibindəki psixoaktiv maddə arekolin və nikotin stimullaşdırıcı və narkotik təsirləri ilə tanınır. Mütəxəssislərin fikrincə, bu maddənin davamlı istifadəsi ağız xərçənginin yaranma ehtimalını artırır.

Daha çox

Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb

Tianjin Universitetinin tədqiqatçıları natrium səviyyələrinin iynə və ya qan nümunəsi olmadan uzunmüddətli və dəqiq monitorinqini mümkün edən yeni qeyri-invaziv texnologiya təqdim ediblər. Tədqiqatçılar terahertz (THz) radiasiyasını və optoakustik (OA) aşkarlamanı birləşdirərək, qandakı natriumun real vaxtda ölçülməsinə imkan verən multispektral terahertz optoakustik sistem inkişaf etdiriblər. SİA “Science Daily” portalına istinadla xəbər verir ki, yeni texnologiya ənənəvi üsulları məhdudlaşdıran əsas problemlərdən biri – terahertz radiasiyasının suda güclü şəkildə udulması çətinliyini effektiv şəkildə aradan qaldırır. Nəticədə, bu metod canlı orqanizmlərdə suyun yaratdığı siqnal müdaxiləsini minimallaşdıraraq natrium ionlarının in vivo aşkarlanmasına imkan verir. Bu…

Daha çox

İngiltərədə ailələrə 500 milyon funt-sterlinqlik dəstək veriləcək

Böyük Britaniya hökuməti İngiltərədəki bütün yerli bələdiyyələrdə ailə dəstək mərkəzlərinin yaradılacağını elan edib. SİA BBC-yə istinadla xəbər verir ki, yeni plan çərçivəsində “Best Start” (Ən Yaxşı Başlanğıc) adlı bu mərkəzlər valideynlərə, gənclərə və aztəminatlı ailələrə dəstək məqsədi daşıyır. 500 milyon funt-sterlinqlik layihə ilə yarım milyon uşağa kömək göstərilməsi hədəflənir. Təhsil naziri Bricet Fillipson bildirib ki, bu təşəbbüs ailələr üçün xilasedici bir vasitə olacaq. Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı, borc məsləhətləri və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək. 2026-cı ilin aprel ayınadək bu mərkəzlər bütün bələdiyyələrdə, 2028-ci ilin sonunadək…

Daha çox

Lavrov İrana hücumları bir daha pislədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Arakçı ilə görüşündə İsrail və ABŞ-ın BMT Nizamnaməsinə zidd olaraq İran ərazisinə əsassız hərbi zərbələr endirməsini pisləyib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində nazirlərin görüşünün yekunlarına dair bəyanatında deyilir. “Rusiya tərəfi BMT Nizamnaməsi və beynəlxalq hüququn tələblərinə zidd olaraq İsrail və ABŞ-ın İran ərazisinə əsassız hərbi zərbələr endirməsini, o cümlədən ölkənin MAQATE-nin qarantı altında olan nüvə enerjisi infrastruktur obyektlərinin bombalanmasını pislədiyini bir daha təsdiqləyib”, – deyə Rusiya XİN məlumat yayıb.

Daha çox

İsrail “Qara Bayraq” əməliyyatına başladı

İsrail husilərə qarşı “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb. SİA xəbər verir ki, “Qara Bayraq” əməliyyatı çərçivəsində ordu husilərə məxsus infrastruktura – Hodeyda, Əs-Salif və Ras İsa limanlarına, Ras Katib elektrik stansiyasına, eləcə də təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilmiş və hazırda Qırmızı dənizdə istifadə olunan “Galaxy Leader” gəmisinə zərbələr endirib.

Daha çox