Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X sosial şəbəkəsində yazıb. …Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid… Mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Rusiyanın…
Daha çoxCategory: Dünya
Bosniya və Herseqovinada zəlzələ olub
Bosniya və Herseqovinada 3,8 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Episentri Bileça rayonundan 20 kilometr şimal-şərqdə, Nikşiç şəhərindən 26 kilometr qərbdə olan zəlzələnin ocağı beş kilometr dərinlikdə yerləşib. Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.
Daha çoxFransa Rusiya-Ukrayna danışıqlarında iştirak şərtlərini açıqlayıb
Avropa ölkələri İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak etmək istəyərlər,.. ancaq bu şərtlə ki, atəşkəs əldə olunsun… SİA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib. O, Rusiya prezidenti Vladimir Putinin danışıqlara hazır olması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib. Barronun sözlərinə görə, Avropa ölkələri Ukraynada uzunmüddətli sülhə gətirib çıxaracaq müzakirələrə başlamağa hazırdır. Nazirin qeyd etdiyi kimi, Fransa “istəklilər koalisiyası” və eləcə də ABŞ ilə birlikdə Ukraynada mümkün atəşkəsin monitorinqi ilə bağlı təşəbbüsləri artıq müzakirə edib. Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti…
Daha çoxRubio gələn həftə Türkiyəyə səfər edəcək…
ABŞ dövlət katibi Marko Rubio Şimali Atlantika Alyansının qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün mayın 14-16-da Türkiyənin Antalya şəhərinə səfər edəcək. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Bəyanatda deyilir ki, Rubio NATO-nun təhlükəsizlik prioritetlərini, o cümlədən müttəfiqlərin müdafiə investisiyalarının artırılması və Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasını müzakirə etməyi planlaşdırır. Mayın 11-də gecə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb…
Daha çoxAİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb. SİA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiosunun efirində deyib. “Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib”, – o deyib.
Daha çoxMacarıstan milli azlıqlarla bağlı Ukrayna ilə danışıqları təxirə salır
Macarıstan milli azlıqlarla bağlı Ukrayna ilə mayın 12-nə planlaşdırılan danışıqları təxirə salıb. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyi məlumat yayıb. “Əvvəllər Budapeştdə tərəflər Macarıstandan gələn 11 tövsiyəni nəzərdən keçirmək üçün ekspert qruplarının işi barədə razılığa gəliblər. Ukrayna nümayəndə heyəti ilk aralıq nəticələri mayın 12-də gözləyirdi”, – nəşr yazır. Bundan əlavə, məsləhətləşmələrin Ukrayna nümayəndə heyətinin artıq gəldiyi Ujqorodda keçirilməli olduğu bildirilir. Görüşün hansı tarixə dəyişdirildiyi açıqlanmayıb. Qeyd edilir ki, Macarıstanın Ukraynaya qarşı çoxlu tələbləri var. Buraya xüsusilə, macar dilindən sərbəst istifadə, regional və milli səviyyədə siyasi…
Daha çoxABŞ-İran danışıqları ekspert qruplarının məsləhətləşmələri ilə paralel aparılacaq
ABŞ-İran danışıqlarının dördüncü raundu texniki məsləhətləşmələrə paralel olaraq keçiriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib. Bəqayi deyib ki, iki ölkənin nümayəndə heyətləri Tehranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını da müzakirə edəcəklər. Onun sözlərinə görə, İranın texniki qrupun ekspertlərindən ibarət nümayəndə heyəti danışıqlar zamanı lazımi məsləhətləşmələr aparmaq üçün Maskatdadır. Bəqayi qeyd edib ki, Maskatda danışıqlar yerli vaxtla günorta saatlarında başlayacaq. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçi artıq Omana uçub.
Daha çoxPutinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara dair təklifini qeyri-kafi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə “Frans Presse” (AFP) agentliyi məlumat yayıb. “Vladimir Putinin Kiyev və onun avropalı müttəfiqlərinin tələb etdiyi 30 günlük atəşkəsə cavab olaraq Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təklifi ilk addımdır, lakin kifayət deyil”, – Makron deyib. AFP Fransa prezidentinin sözlərindən sitat gətirir: “Şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır”. Makron əlavə edib ki, Putin çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.
Daha çoxŞri-Lankada avtobus aşıb, 15 nəfər ölüb, 20 nəfər yaralanıb
Şri-Lankanın Mərkəzi əyalətinin Kotmale şəhərində avtobusun aşması nəticəsində 15 nəfər ölüb. Bu barədə SİA “Sinxua” agentliyinə istinadən xəbər verir. Daha 20 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərin rayon xəstəxanalarına çatdırıldığı qeyd edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.
Daha çoxAlbaniyada parlament seçkiləri keçirilir
Bu gün Albaniyada parlament seçkiləri keçirilir. SİA -nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq. Əsas mübarizə hazırkı Baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiya və sabiq prezident və keçmiş Baş nazir Sali Berişa lideri olduğu Demokrat Partiya arasında gedir. 80 yaşlı mühafizəkar Sali Berişa partiyasının daxil olduğu müxalif alyansa rəhbərlik edir. Əgər 2013-cü ildən ölkəni idarə edən 60 yaşlı Edi Rama 2030-cu ilə qədər Avropa İttifaqına qəbulu hədəf seçibsə, əsas rəqibinin rəhbərlik etdiyi müxalif koalisiyanın şüarı “Böyük Albaniya”dır. Bu, ABŞ Prezidenti Donald Trampın…
Daha çox