“Ermitaj” muzeyi təxliyə edildi

[ad_1] Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyi təxliyə olunub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, muzeyə gələn ziyarətçilər və işçilər evakuasiya edilib. Buna səbəb isə muzeyə ziyarətçilərin təhlükədə olması barədə məlumatın daxil olması olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binanı yoxlayır. Qeyd edək ki, evakuasiya səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər. [ad_2]

Daha çox

Əlcəzair strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib

[ad_1] Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ərəb dünyasında sülh və təhlükəsizliyi gücləndirmək üçün Ərəb Dövlətləri Liqası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında strateji tərəfdaşlıq əlaqələri qurmağa çağırıb. SİA xəbər verir ki, iki təşkilat arasında əməkdaşlığa həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı Attaf regional sabitliyin əsaslarını dəstəkləmək üçün məqsədli və səmərəli tərəfdaşlığın zəruriliyini vurğulayıb. O, Fələstin probleminin ədalətli və yekun həlli, ərəb ölkələrinin işlərinə kənar müdaxilələrin dayandırılması və ərəb dünyasını sarsıdan böhranların həllinə yönəlmiş siyasi proseslərin canlandırılması da daxil olmaqla, bir sıra əməkdaşlıq sahələrini müzakirə edib. Nazir, həmçinin…

Daha çox

AZAL təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək məbləğ AÇIQLANDI

[ad_1] Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə 5 milyon təngə (təxminən 16 min manat) veriləcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. O bildirib ki, həmin ailələrə sosial yardımlar göstərilib və lazım məbləğlər verilib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar…

Daha çox

Moskva və dörd bölgə güclü pilotsuz təyyarə hücumu altında…

[ad_1] İlin əvvəlindən bəri ən kütləvi basqının yeni təfərrüatları… …Partlayış səsləri Moskva yaxınlığında, eləcə də Rusiya Federasiyasının Kursk, Bryansk, Belqorod və Ryazan vilayətlərində eşidilir. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Glavred” məlumat yayıb. Cümə günü, yanvarın 24-nə keçən gecə Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb. Moskvanın üç hava limanı fəaliyyətini dayandırıb. Bu barədə Sobyanin Telegram-da yazıb. …Müdafiə Nazirliyinin Kolomna şəhər rayonunda və Ramenskoye şəhər dairəsində. Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan pilotsuz təyyarələrin hücumunu dəf edib.…

Daha çox

Bir trilyon tonluq aysberq pinqvin və suitiləri təhdid edə bilər

[ad_1] …Təxminən bir trilyon ton ağırlığında olan dünyanın ən böyük aysberqi A23a Britaniyanın Cənubi Corciya adasına yaxınlaşaraq yerli ekosistem və dənizçilər üçün təhlükə yaradır. Nyu-Yorkdan təxminən üç dəfə böyük olan aysberq adaya dəydikdə parçalana bilər və pinqvinlərin və suitilərin qidaya çıxışını təhlükə altına qoya bilər. Dənizçilər artıq ehtiyat tədbirləri görürlər: Cənubi Corciya hökumət gəmisinin kapitanı Saymon Uollesin sözlərinə görə, buz kütlələri ilə toqquşmanın qarşısını almaq üçün projektorlar bütün gecəni yandırılır. SİA-nın məlumatına görə, aysberqin hekayəsi 1986-cı ildə Antarktidadakı Filçner buzlaqından qopduğu zaman başlayır. Uzun müddət A23a stasionar, yəni sahil yaxınlığında…

Daha çox

“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər

[ad_1] “Boko Haram” silahlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində azı 20 nəfəri öldürüblər. SİA xarici mediaya istinadla xəbər verir ki, silahlılar tərəfindən Gədan Qarı kəndinə qəfil hücum nəticəsində ölənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər. Qeyd edək ki, 2009-cu ildən “Boko Haram” qruplaşması əvvəlcə Nigeriya, daha sonra Niger, Çad və Kamerun ərazisində fəaliyyətə başlayıb. Yaraqlılar islam dövlət yaratmaq məqsədilə hərbi postlara və polis məntəqələrinə, mülki şəxslərə hücum edirlər. [ad_2]

Daha çox

Maya Sandu Avropa və G7 ölkələri səfirləri ilə enerji böhranını müzakirə edib

[ad_1] Moldova Prezidenti Maya Sandu Avropa dövlətlərinin və G7-yə üzv ölkələrin, o cümlədən ABŞ, Kanada və Yaponiyanın Moldovada akkreditə olunmuş səfirləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Maya Sandu ölkəsinin qarşısında duran əsas problemləri, enerji böhranının vətəndaşların həyat səviyyəsinə birbaşa təsirini qeyd edib. Bu baxımdan o, Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz səylərini yönəltdiyini vurğulayıb. Prezident beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, bu yardımın Moldovanın sabitliyi, eləcə də bütün regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Maya Sandu ədliyyə islahatları məsələsinə də toxunaraq, bunun təkcə Avropa İttifaqına…

Daha çox

Türkiyə Ordusunun zabiti İraqda həlak oldu

[ad_1] Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Pənçə-Kaplan” əməliyyat bölgəsində ağır yaralanan kiçik zabit Ufuk Akıncı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Nazirlik şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib. [ad_2]

Daha çox