[ad_1] Amerikanın CNN telekanalı yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb. Media orqanı hazırda biznesini qlobal rəqəmsal auditoriyaya yönəldir. Bu baxımdan, ixtisarlar telekanala istehsal xərclərini azaltmağa və işçilərdən ibarət komandaları birləşdirməyə kömək edəcək. Mənbələrin məlumatına görə, CNN tanınmış simaları işdən çıxarmayacaq. Bundan əlavə, bəzi televiziya şouları pula qənaət etmək üçün Nyu-York və Vaşinqtondan istehsalının daha ucuz başa gələcəyi Atlantaya köçürülə bilər. Qeyd edək ki, hazırda CNN-də 3500-ə yaxın işçi çalışır. [ad_2]
Daha çoxCategory: Dünya
"Netflix” qiymətləri artırır
[ad_1] “Netflix” qiymətləri artırır [ad_2]
Daha çoxFilippində 5,7 bal gücündə zəlzələ baş verib
[ad_1] Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 3,5 min nəfər əhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. [ad_2]
Daha çoxGüclü maqnit qasırğası olacaq
[ad_1] Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi plazma buludunun Yerə çırpılması səbəbilə 24 yanvarda maqnit qasırğası gözlənilir. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata görə, cümə günü, günün ikinci yarısında qasırğanın baş verməsi proqnozlaşdırılır. Qasırğa G2 səviyyəsində olacaq. Bundan əlavə, qütb parıltılarının müşahidə olunma ehtimalı var. [ad_2]
Daha çoxİtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ-də birincidir
[ad_1] İtaliya Avropa İttifaqına (Aİ) üzv 27 dövlət arasında ötən il kənd təsərrüfatında ən yüksək əlavə dəyərə malik ölkə olub. SİA xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, 2024-cü ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,4 faiz, əlavə dəyər isə 3,5 faiz artıb. İl ərzində kənd təsərrüfatı sektorunda 42,4 milyard avroya bərabər əlavə dəyər formalaşıb. Buna əsasən bitkiçilik və heyvandarlıqda istehsal həcminin artması öz təsirini göstərib. İtaliyanın Baş naziri Ciorcia Meloni kənd təsərrüfatındakı artım tendensiyasını və əlavə dəyər göstəricisini tarixi rekord adlandırıb. Qeyd edək ki, keçən il…
Daha çoxMiddlton kral ailəsinin bu ənənəsini pozmaq istəyir
[ad_1] Uels şahzadəsi Keyt Middlton kral ailəsindən olan oğlanların “İtonda oxumaq” ənənəsini pozmağa qərar verib. SİA xəbər verir ki, bu barədə “Tatler” məlumat yayıb. Belə ki, oğlu 11 yaşlı şahzadə Corc hazırda Berkşirdəki “Lambbrook” məktəbində təhsil alır, lakin, o, 13 yaşı tamam olanda məktəbi dəyişməli olacaq. Keyt bütün övladlarının eyni məktəbə getməsini arzuladığı üçün İtonu seçmək istəmir. Uilyam və Harri qardaşları, eləcə də kral ailəsinin digər üzvləri İtonu bitiriblər. Şahzadənin üç məktəb variantını – “Marlborough College”, “Highgate School” və “University College School”u nəzərdən keçirdiyi bildirilir. [ad_2]
Daha çoxQonşu ölkədə dollar kəskin bahalaşdı
[ad_1] İranda dolların məzənnəsi rekord həddə yüksəlib. SİA xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Məlumata görə, son günlər İran milli valyutası dollar qarşısında sürətlə dəyər itirir. Hazırda Tehran birjasında 1 ABŞ dolları 83035 tümənə mübadilə olunur. [ad_2]
Daha çoxTramp Rusiyaya ultimatum verdi
[ad_1] ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. “Rusiyaya zərər vermək fikrim yoxdur. Mənim Rusiya xalqına sevgim var və prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam. Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və bu işdə iştirak edən digər ölkələrə satdığı hər məhsula yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, – Amerika lideri qeyd edib. Tramp Rusiya tərəfinə yaxşılıq etməyə hazır olduğunu bildirib.…
Daha çoxFaciənin baş verdiyi hotel söküləcək
[ad_1] Türkiyənin Kartalkaya dağ-xizək kurortunda 79 nəfərin ölümü ilə nəticələnən güclü yanğının baş verdiyi “Grand Kartal” hotelinin sökülməsinə qərar verilib. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hotelin sökülməsi ilə bağlı qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin mütəxəssislərinin apardığı ekspertizanın nəticələrinə əsasən verilib. Onlar binanın əsas konstruksiyalarına ciddi ziyan dəydiyini müəyyən edərək, onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər. Qeyd edək ki, 12 mərtəbəli hotel 1978-ci ildə tikilib. [ad_2]
Daha çoxABŞ-ın ÜST-dən çıxması ilə bağlı heç bir sənəd almamışıq
[ad_1] BMT Katibliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasından ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə rəsmi məktub hələ də almayıb. SİA xəbər verir ki, bunu BMT Baş katibinin sözçünün müavini Fərhan Haq deyib. “Biz ABŞ-ın ÜST-dən çıxması ilə bağlı məlumatdan xəbərdarıq, lakin hələlik heç bir sənəd almamışıq”, – deyə o bildirib. Qeyd edək ki, yanvarın 21-də Tramp ABŞ-ın ÜST-dən çıxması haqqında sərəncam imzalayıb. [ad_2]
Daha çox