Şri-Lankanın Mərkəzi əyalətinin Kotmale şəhərində avtobusun aşması nəticəsində 15 nəfər ölüb. Bu barədə SİA “Sinxua” agentliyinə istinadən xəbər verir. Daha 20 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərin rayon xəstəxanalarına çatdırıldığı qeyd edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.
Daha çoxCategory: Dünya
Albaniyada parlament seçkiləri keçirilir
Bu gün Albaniyada parlament seçkiləri keçirilir. SİA -nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq. Əsas mübarizə hazırkı Baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiya və sabiq prezident və keçmiş Baş nazir Sali Berişa lideri olduğu Demokrat Partiya arasında gedir. 80 yaşlı mühafizəkar Sali Berişa partiyasının daxil olduğu müxalif alyansa rəhbərlik edir. Əgər 2013-cü ildən ölkəni idarə edən 60 yaşlı Edi Rama 2030-cu ilə qədər Avropa İttifaqına qəbulu hədəf seçibsə, əsas rəqibinin rəhbərlik etdiyi müxalif koalisiyanın şüarı “Böyük Albaniya”dır. Bu, ABŞ Prezidenti Donald Trampın…
Daha çoxNigeriyada hərbi əməliyyatlar – 11 terrorçu lider məhv edildi
Nigeriyada hökumət qüvvələrinin son antiterror əməliyyatları nəticəsində 11 terrorçu lider zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Məhəmməd Badaru açıqlama verib. Nazirin sözlərinə görə, ölkənin şimalında “ən çox axtarılan” terrorçulardan biri kimi tanınan Bello Turji davam edən əməliyyatlar nəticəsində qaçıb və hazırda axtarışdadır.
Daha çoxTramp Kəşmir probleminin həllinə çalışacaq
ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllinə çalışacaq. SİA-nın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib. ABŞ Prezidenti Pakistan və Hindistan rəhbərliyinin hazırkı qarşıdurmanı dayandırmağın vaxtı çatmasını anlayacaq müdrikliyə və iradəyə malik olması ilə qürur duyduğunu vurğulayıb: “Milyonlarla günahsız insan ölə bilərdi. Fəxr edirəm ki, ABŞ bu tarixi qərarın qəbulunda sizə kömək edə bildi”. Hər iki ölkə ilə ABŞ arasında ticarətin genişlənməsini istədiyini nəzərə çatdıran Donald Tramp Kəşmir probleminin həlli üçün hər iki tərəflə çalışacağını qeyd edib.
Daha çoxABŞ razılıq verdi
ABŞ Almaniyanın Ukraynaya “Patriot” HHM kompleksləri üçün 100 raket və 125 uzaqmənzilli raket verməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ Konqresindəki mənbəyə istinadən məlumat yayıb. “Kritik dərəcədə vacib olan silahlar Amerika Birləşmiş Ştatlarında istehsal olunur və Amerika hökumətinin razılığı olmadan – hətta başqa ölkənin mülkiyyətində olsa belə – ixrac edilə bilməz”, – məlumatda vurğulanıb.
Daha çoxSudan həbsxanasında 20 nəfər ölüb, 50 nəfər yaralanıb
Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeyd şəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli iqtidar orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, ölənlər və yaralananların hamısı məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysir bu hadisədə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) günahlandırıb. “Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyi cinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbi cinayətdir”, – o bildirib və əlavə edib ki, ÇRQ şənbə günü səhər saatlarında Əl-Obeyd xəstəxanasına da dronla zərbə endirib. Hadisənin…
Daha çoxİran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə dialoqu davam etdirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada ABŞ ilə dördüncü danışıqlar raundunun başlanmasından bir gün öncə bildirib. “Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – o söyləyib. O, bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmağa çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcək. Qeyd edək ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən…
Daha çoxPapa XIV Leo kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Kardinallar Kollegiyasının üzvlərinə müraciətində kilsənin yeni sənaye inqilabına və süni intellektin inkişafına cavab verməsinin vacibliyini qeyd edib. SİA xəbər verir ki, Roma Papası kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb. “Bu gün kilsə başqa bir sənaye inqilabına və süni intellektin inkişafına cavab olaraq, öz sosial təlim xəzinəsini bütün bəşəriyyətə təqdim edir”, – deyə o bildirib. XIV Leo ad seçiminin səbəbini açıqlayan Roma Katolik Kilsəsinin rəhbəri bu adın kilsənin insan ləyaqətinə və sosial ədalətə olan daimi sadiqliyini əks etdirdiyini deyib. Bundan başqa, Papa XIV…
Daha çoxİrəvanda partlayış baş verdi
Ermənistanın paytaxtı İrəvanda “Toyota” markalı avtomobildə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. Mayın 10-da saat 21:08-də Popov küçəsində avtomobildən partlayış səsi eşidilib. Hadisə nəticəsində yanacaq sızması qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsindən bir nəfər xilasedici cəlb edilib. Xilasedicilər gələnədək bir nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib. Əraziyə gələn müvafiq xidmətlər yanacaq sızmasının qarşısını alıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Daha çoxDünyaca məşhur şirkət 5 min iş yerini bağlayır
Yaponiyanın elektronika nəhəngi “Panasonik” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır. SİA Yaponiya mediasına istinadən xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür. “Panasonik” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı…
Daha çox