[ad_1] Suriyanın şimalında yerləşən “Fərat qalxanı” əməliyyat bölgəsində aşkarlanan bölücü terror təşkilatı PKK/YPG-dən 2, İraqın şimalında isə “Pəncə-Kilid əməliyyatı və Qara bölgələrində müəyyən edilən 2 PKK terrorçusu zərərsizləşdirilib. SİA-nın məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda “Terrorçular onları gözləyən sondan qaça bilməz və qaça bilməyəcək! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında yerləşən “Fərat qalxanı” əməliyyat bölgəsində aşkarlanan bölücü terror təşkilatı PKK/YPG-dən 2, İraqın şimalında isə “Pəncə-Kilid” əməliyyatı və Qara bölgələrində müəyyən edilən 2 PKK terrorçusunu zərərsizləşdirib” ifadələrdən istifadə edilib. Bütün xəbərlər Facebook səhifəmizdə [ad_2]
Daha çoxCategory: Dünya
ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək
[ad_1] ABŞ Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək. SİA xəbər verir ki, bunu ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib. Tramp qanunsuz miqrant axınını dayandırmaq üçün oraya qoşun göndərəcəyini bildirib. “Bununla da biz Amerikanın tam bərpasına və sağlam düşüncə inqilabına başlayacağıq”, – ABŞ Prezidenti qeyd edib [ad_2]
Daha çoxTramp ABŞ-ı növbəti dəfə Paris İqlim Sazişindən çıxarıb
[ad_1] Prezident Donald Tramp ABŞ-ın Paris İqlim Sazişindən çıxması prosedurunu rəsmi şəkildə başladan fərman imzalayıb. SİA-nın məlumatına görə, yeni and içmiş prezident fərmana “Capitol One Arena”dakı çıxışından sonra tərəfdarlarının qarşısında imza atıb. Qeyd edək ki, Donald Tramp ilk prezidentliyi dövründə ABŞ-ı sözügedən sazişdən çıxarmışdı. Prezident Co Baydenin vəzifəyə başladığı ilk ildə ölkəsini yenidən sazişə daxil etmişdi. [ad_2]
Daha çoxSenat Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib
[ad_1] ABŞ Senatı Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib. SİA-nın məlumatına görə, səsvermə Donald Trampın prezident kimi and içməsindən bir neçə saat sonra keçirilib. Səsvermə zamanı 99 yekdil səslə Marko Rubio yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək səviyyəli rəsmisi olub. Marko Rubio 2011-ci ildən Respublikaçılar Partiyasının Florida ştatından olan senatoru kimi fəaliyyət göstərir. [ad_2]
Daha çoxTramp Panama kanalına nəzarəti bərpa edəcəyinə söz verib
[ad_1] ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib. SİA xəbər verir ki, o, bu barədə inauqurasiya mərasimində çıxışı zamanı bildirib. “Panama öz kanalına nəzarəti Çinə verdi, indi ABŞ onu geri alacaq”, – Tramp deyib. Qeyd edək ki, ABŞ Prezidenti Panama kanalı ilə bağlı hələ bu ayın əvvəlində açıqlama verərək, nəzarətin Panamaya verilməsinin “axmaqlıq olduğunu” söyləmişdi. Onun fikrincə, Panama kanalın ona təhvil verilməsindən sonra müqavilənin bütün bəndlərini pozub. O, Panama hakimiyyətinin ABŞ-dən hərbi gəmilərin keçməsinə görə həddən artıq pul tələb etdiyini vurğulayb. [ad_2]
Daha çoxCon Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib
[ad_1] Con Ratklifin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizədliyi Senatın Kəşfiyyat Komitəsi tərəfindən təsdiqlənib. SİA-nın məlumatına görə, bu barədə komitənin sədri Tom Kotton açıqlama verib. O bildirib ki, Ratklifin namizədliyinin lehinə 14, əleyhinə 3 səs verilib. Lehinə səs verənlərin Demokratlar Partiyasının nümayəndələri olduğu qeyd olunub. [ad_2]
Daha çoxBritaniya Rusiyanın 2024 itkisini açıqladı
[ad_1] Rusiya son aylarda Ukraynada müharibə başlayandan bəri hər zamankından daha çox itki verib. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Britaniya Müdafiə Nazirliyi Rusiyanın illik canlı qüvvə itkilərini açıqlayıb: 2022-ci ildə – 105,960 2023-cü ildə – 252,940 2024-cü ildə – 429,660. Qeyd edək ki, Ukrayna 2024-cü il üçün Rusiyanın canlı qüvvə itkisinin 434 minə yaxın olduğunu bildirmişdi. Bulardan 140 mini ölən, qalanı isə yaralananlardır. [ad_2]
Daha çoxTramp ABŞ-nin 47-ci prezidenti kimi and içib
[ad_1] ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb. SİA xəbər verir ki, mərasim təxminən min nəfərin yerləşə biləcəyi Konqresin mərkəzi salonu olan Rotondada 40 ildən sonra ilk dəfə baş tutub. Respublikaçı Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib. Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir. Trampla yanaşı, 40 yaşlı Ceyms Devid Vens də vitse-prezident kimi and içib.…
Daha çoxTürkiyədə partiya sədri saxlanıldı
[ad_1] Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdağ ifadə verməsi üçün İstanbula aparılır. Qeyd edək ki, bundan əvvəl onun barəsində prezidenti təhqir etmək ittihamı ilə istintaq başladılıb. Türkiyə Cəza Məcəlləsinin 299-cu maddəsinə əsasən, prezidenti təhqir etmə cinayəti 1 ildən 4 ilə qədər həbslə cəzalandırılır. [ad_2]
Daha çoxABŞ ərazisini genişləndirəcək
[ad_1] ABŞ ərazisini genişləndirəcək və Marsı tədqiq edəcək. SİA xəbər verir ki, bunu ABŞ-ın 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib: “Birləşmiş Ştatlar bir daha özünü böyüyən, rifahını artıran, ərazisini genişləndirən, şəhərlər salan, ümidləri ilhamlandıran, amerikalı astronavtları göndərməklə bayrağını Mars planetinə qədər yeni üfüqlərə daşıyan, öz taleyinin ardınca gedən bir dövlət kimi görəcək”. Tramp vurğulayıb ki, prioritet azad, firavan xalq yaratmaqdır və Amerika tezliklə daha böyük, daha güclü olacaq. [ad_2]
Daha çox