Dünya liderləri Trampı təbrik edir

[ad_1] Dünya liderləri ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edir. SİA xəbər verir ki, bır sıra dövlət başçıları “X” hesablarında növbəti prezidentlik müddətində Trampa uğur arzulayıblar. Trampı təbrik edənlər arasında Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Pakistanın Baş naziri Şahbaz Şərif, İsrail Prezidenti Benyamin Netanyahu, Ukrayna Prezidenti Volodimir Zelenski, İspaniyanın Baş naziri Pedro Sançes, Avstraliyanın Baş naziri Entoni Albaneze var. [ad_2]

Daha çox

Bayden son anda ailə üzvlərini əfv etdi

[ad_1] Co Bayden ABŞ prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc edilib. Bayden qardaşı Ceymsi və həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv etdiyini bildirib. “Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, – Bayden deyib [ad_2]

Daha çox

Serbiya Balkan regionunun ən güclü ordusuna malikdir

[ad_1] Serbiya ordusu Balkan regionunun ən güclü ordusudur. SİA xəbər verir ki, mərkəzi ofisi ABŞ-da yerləşən “Global Fire Power” təşkilatının məlumatına görə, Serbiya ordusu dünyanın ən güclü orduları siyahısında gücünə görə 63-cü sırada qərarlaşıb. Hərbi neytrallığı ilə tanınan Serbiya müdafiə sahəsinə ən çox investisiya yatıran region ölkəsidir. Son on ildə Serbiya həm yeni silah sistemləri almaqla, həm də şəxsi heyətə sərmayə yatırmaqla hərbi xərclərini əhəmiyyətli dərəcədə artırıb. Buna görə də, region ölkələri ilə müqayisədə irəliləyişə nail olub. ölkə 2024-cü ildə hərbi büdcənin 37,9 faizini məhz investisiyalara yönəldilib və hazırda 12…

Daha çox

Tramp ilk fərman və sərəncamlarını imzaladı

[ad_1] ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra administrasiyasında yeni təyinatlarla bağlı fərmanlar imzalayıb. SİA xəbər verir ki, imzalama yerli televiziyalar vasitəsilə canlı yayımlanıb. O, həmçinin andiçmə mərasimi zamanı dövlət binaları üzərindəki bayraqların bundan sonra yarıya qədər endirilməməsini əks etdirən sərəncam imzalayıb. [ad_2]

Daha çox

ABŞ-ın Donald Trampın rəhbərliyi ilə çiçəklənəcəyinə ümidvaram

[ad_1] ABŞ-ın fürsətlər ölkəsi olmasını və hamı üçün “xoş gəlmisiniz” deməsini arzulayıram. SİA xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi münasibətilə ünvanlandığı məktubda yer alıb. “Ümid edirəm ki, onun rəhbərliyi ilə Amerika xalqı nifrət, ayrı-seçkilik və təcridə yer olmayan daha ədalətli cəmiyyət qurmaq üçün səy göstərəcək. ABŞ-ın yeni prezidentinə yüksək funksiyalarını yerinə yetirməkdə müdriklik, güc və qüvvət arzu edirəm. Ümidvaram ki, onun rəhbərliyi altında ABŞ çiçəklənəcək. Tanrı ona xalqlar arasında sülh və barışığı təşviq etmək səylərində istiqamət göstərsin”, –…

Daha çox

Zelenskidən Trampa təbrik mesajı

[ad_1] Ukrayna sülhə nail olmaq üçün ABŞ-ın yeni prezident administrasiyası ilə işləməyə hazırdır. Bu, istifadə edilməli olan bir fürsətdir. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində deyib. Ukrayna dövlətinin başçısı Trampın güclü insan olduğunu vurğulayıb. Zelenski, Amerikanın yeni prezidentinə və bütün Amerikaya uğurlar arzulayıb: “Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar. Prezident Trampı və Amerika xalqını Birləşmiş Ştatların 47-ci prezidentinin andiçmə mərasimi münasibətilə təbrik edirəm. Bu gün dəyişiklik günü olmaqla yanaşı, bir çox problemin, o cümlədən qlobal çağırışların həllinə ümid günüdür”. [ad_2]

Daha çox

İtaliya, Sloveniya və Xorvatiya qanunsuz miqrasiya ilə mübarizədə səylərini gücləndirir

[ad_1] İtaliya, Sloveniya və Xorvatiya qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə səylərini gücləndirəcək. SİA xəbər verir ki, bu barədə Sloveniyanın Nova Qoritsa şəhərində üç ölkənin daxili işlər nazirlərinin görüşündə qərar qəbul olunub. Görüşdə ölkələrin qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığının daha da gücləndirilməsi və sərhəddə birgə patrulların təşkili qərara alınıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi deyib ki, üçtərəfli format həm Avropa səviyyəsində, həm də Balkan regionunda ümumi strategiyanı irəli sürməyə imkan verən birləşdirilmiş təşəbbüs və əməkdaşlıq modelidir. Birgə patrulların təşkili Balkan marşrutu boyunca insan alverçiləri və qeyri-qanuni miqrasiya ilə mübarizədə…

Daha çox

Ağdamda “Şəhidlər” abidə kompleksinin önünə tər qərənfillər düzülüb

[ad_1] Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib. SİA xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri “Şəhidlər” abidə kompleksinin önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub. Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən…

Daha çox

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

[ad_1] Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub. Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov 20 Yanvar tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışıb, Yanvar hadisələrinin ölkəmizin müstəqilliyinə gedən yolda xüsusi yeri olduğunu bildirib. Diplomat 1990-cı il yanvarın 20-də Sovet imperiyasının Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz olaraq küçələrə toplaşan, azadlıq, müstəqillik və suverenlik ideallarını müdafiə edən insanlara qarşı dəhşətli cinayət törətdiyini, sovet qoşunlarının Bakıya və ölkəmizin digər…

Daha çox

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

[ad_1] Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, nazirlik bu barədə rəsmi “X” sosial media hesabında post paylaşıb. “Qardaş Azərbaycanda baş verən və “Qara yanvar” kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı ehtiramla yad edirik. Yaxşı gündə də, pis gündə də “bir millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla bir yerdə olmağa davam edəcəyik”, – paylaşımda vurğulanıb. [ad_2]

Daha çox