Axtarışda olan iki cinayətkarTürkiyəyə ekstradisiya edilib

[ad_1] İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan cinayətkar qruplaşmanın başçısı Ercan Yılmaz və qruplaşma üzvü İbrahim Kaymak Türkiyə polisi tərəfindən Ermənistandan ekstradisiya edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, Ercan Yılmaz Türkiyə tərəfindən 15 il, İnterpol səviyyəsində isə 14 il axtarışda olub. Digər cinayətkar, İbrahim Kaymak isə 6 il Türkiyə və bir ildir İnterpol tərəfindən axtarılıb. Cinayətkarların Türkiyəyə ekstradisiyası bu ölkə ilə İnterpol və Ermənistanın müvafiq qurumlarının əməkdaşlığı nəticəsində baş tutub. Rəsmi Ankara Ermənistan tərəfinin cinayətkarların təhvil verilməsi istiqamətində göstərdiyi əməkdaşlığı yüksək…

Daha çox

“Biz Donald Trampı dəyişməyəcəyik, lakin ona cavab verə bilərik”

[ad_1] Merkel Trampla ünsiyyətə dair məsləhətlərini bölüşür Almaniyanın keçmiş kansleri Angela Merkel avropalı siyasətçilərin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla necə ünsiyyət qurması ilə bağlı tövsiyələrini paylaşıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, onun sözlərini Frankfurter Allgemeine Zeitung (FAZ) yayıb. …Biz Donald Trampı dəyişməyəcəyik, lakin ona cavab verə bilərik. Bunu Merkel qeyd edib. Onun sözlərinə görə, avropalı siyasətçilər birləşməli və yeni Amerika liderinin inauqurasiyasından sonra Birləşmiş Ştatlara qarşı daha inamlı davranmalıdırlar. Keçmiş kansler həmçinin Trampı ölkəsinin maraqlarını müdafiə edən qeyri-adi prezident adlandırıb. Merkelin fikrincə, Tramp hər…

Daha çox

“Hər kəsin hüquq və azadlıqlar çərçivəsində inancını yaşamaq haqqı var”

[ad_1] Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Avropada və dünyanın müxtəlif bölgələrində islamofobiya yanaşmalarının artdığını vurğulayıb. O, Türkiyənin Almaniyanın Düsseldorf şəhərindəki baş konsulluğunda türk qeyri-hökumət təşkilatları və dərnək nümayəndələri ilə bir araya gəlib. SİA-nın məlumatına görə, Baş müşavir burada çıxışı zamanı insanların yaşadıqları yerdə öz dini inancını istədiyi şəkildə yaşama və qoruma haqqının vacibliyinə diqqət çəkib. Avropada və dünyanın müxtəlif yerlərində islamofobiya yanaşmalarının artdığını qeyd edən Kılıç “Buna qarşı mübarizəmizi qətiyyətlə aparmalıyıq. Çünki insanların inancına görə ayrı-seçkiliyə məruz qalması həm humanist, həm də İslami…

Daha çox

Roqozin Putini yalan danışmaqda ittiham edib

[ad_1] Və özü də bunu kobud şəkildə edib… …Dmitri Roqozin əslində Putini yalan danışmaqda günahlandırıb və bildirib ki, cəbhədə Rusiya ordusu hər şeyin tam çatışmazlığı ilə üzləşir. …Orduda hər şey var deyənlər isə sadəcə olaraq yalançılardır. …Bəli, mən də arxadakılara müraciət etmək istədim: yalançılara və televiziya şamanlarına inanmayın ki, bizim cəbhədəki oğlanların heç nəyə ehtiyacı yoxdur. Bəzi məmurlar bunu müxtəlif səbəblərdən özlərini yanğından qorumaq üçün edirlər. Amma əslində hazırda döyüşçülərin hər şeyə ehtiyacı var. SİA-nın əldə etdiyi məlumata görə, bunu Roqozin yazıb. Xatırladaq ki, Putin…

Daha çox

“Bayraktar Kızılelma” növbəti uçuş testini də uğurla tamamlayıb

[ad_1] Test zamanı həyata keçirilən sistem identifikasiyası fəaliyyəti də uğurla tamamlandı Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın istehsal prototipi daha bir uçuş testini uğurla tamamladı. SİA-nın məlumatına görə, “Baykar” tərəfindən milli və orijinal olaraq hazırlanmış “Bayraktar Kızılelma”nın inkişaf prosesi planlaşdırılmış test cədvəlinə uyğun davam edir. “Bayraktar Kızılelma PT-3” Tekirdağın Çorlu rayonunda həyata keçirilən bir uçuş testini daha uğurla başa vurdu. Test zamanı həyata keçirilən sistem identifikasiyası fəaliyyəti də uğurla tamamlandı. Təyyarənin inkişaf fəaliyyəti çərçivəsində ilk prototiplərdən əldə olunan təcrübələr sayəsində istehsal prototipində mühüm dəyişikliklər aparıldı.…

Daha çox

Nigeriya da BRİCS-ə qoşulub…

[ad_1] BRİCS üzvləri ilə konstruktiv bir əməkdaşlıq qurmağı səbirsizliklə gözlədikləri bildirilib Afrikanın ən sıx məskunlaşmış ölkəsi olan Nigeriya BRİCS-ə “ortaq ölkə” olmaq dəvətini qəbul edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin sözçü müavini Kimiebi İmomotimi Ebienfa verdiyi yazılı açıqlamada bu addımın Nigeriyanın beynəlxalq əməkdaşlığı təşviq etmək və iqtisadi imkanlardan faydalanmaq məqsədləri ilə uyğun olduğunu vurğulayıb. O, Nigeriyanın inkişaf hədəfləri çərçivəsində strateji tərəfdaşlıqları irəlilətməkdə qətiyyətli olduğunu ifadə edərək BRİCS-in üzv ölkələrlə ticarət, investisiya və sosial-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ölkəsinə unikal bir platform…

Daha çox

Suriya Rusiyadan mal idxalına qadağa qoyub

[ad_1] Yeni hökumət ölkədə dolların dövriyyəyə buraxıldığını elan edib …İran, İsrail və Rusiyadan gələn mallar artıq Suriyaya daxil ola bilməz. Suriyanın yeni hakimiyyət orqanları müvafiq idxal qadağası elan ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Alarabiya məlumat yayıb. Nəşrin məlumatına görə, Suriya diktatoru Əsəd rejiminin süqutundan sonra Suriya yerli bazarlara idxal olunan malların müxtəlif axınının şahidi olub. Xüsusilə paytaxt Dəməşqdə mağazalar türk şüşə suyundan və Səudiyyə Ərəbistanının qida məhsullarından tutmuş Twix və Snickers kimi şokoladlara, həmçinin Pepsi və digər beynəlxalq içkilərə qədər hər şeylə…

Daha çox

İsrailli nazirlər birgə istefa verib

[ad_1] İsrailin milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir istefa verib. SİA-nın məlumatına görə, Ben-Qvir və rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının nazirlərinin kabinetdəki vəzifələrindən istefa verdikləri bildirilib. Partiyanın açıqlamasına görə, Ben-Qvir Milli Təhlükəsizlik Nazirliyindən, Yiçzak Vasserlof Neqev və Qalile İnkişaf Nazirliyindən, Amiçai Eliyahu isə İrs Nazirliyindən istefa edib. Ben-Qvir “Həmas” ilə atəşkəs və əsir mübadiləsi razılaşmasının tətbiqinə başlanılması ilə Yəhudi Gücü Partiyasının kabinetdəki digər nazirləri ilə birgə istefa verəcəyini açıqlamışdı. Xatırladaq ki, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının 6 millət vəkili var. [ad_2]

Daha çox

Türk Silahlı Qüvvələri uğurlu antiterror əməliyyatı keçirib

[ad_1] Türk Silahlı Qüvvələri davamlı və hərtərəfli əməliyyatlarla terroru mənbəyində məhv edir. SİA-nın məlumatına görə, son olaraq, İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb. Bildirilib ki, İraqın şimalındakı “Pəncə Kilidi” əməliyyatı bölgəsində 3 PKK terrorçusu, Suriyanın şimalındakı “Sülh Çeşməsi” bölgəsində isə 1 PKK/YPG terrorçusu müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Nazirlik açıqlamasında “Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs alma imkanı tanımır” ifadəsi işlədilib. “Əziz vətənimizi terror bəlasından xilas etmək üçün mübarizəmizi böyük bir iradə və qətiyyətlə davam etdiririk, etdirəcəyik”, – deyə vurğulanıb.…

Daha çox