[ad_1] ABŞ-ın yeni prezidentinin digər yeni sərəncamı da reaksiya yaradıb Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın “anadangəlmə vətəndaşlığ”ın dayandırılmasını təklif edən sərəncamına ilk maneə məhkəmə sistemindən gəldi. SİA-nın məlumatına görə, Federal hakim qərarın müvəqqəti dayandırılmasına qərar verdi. D.Trampın fərmanı ABŞ Konstitusiyasına 14-cü düzəlişinə zidd sayılıb. Maddədə Birləşmiş Ştatlarda doğulan hər kəsə vətəndaşlıq verilir. Fərmanda isə fevralın 19-dan etibarən bu təcrübənin dayandırılması nəzərdə tutulur. 22 ştatın baş prokuroru nizamnaməyə qarşı 5 ayrı iddia qaldırıb. Onlar anadangəlmə vətəndaşlığın konstitusiya haqqı olduğunu bildirərək reqlamentin ləğvini istəyiblər. Vaşinqton ştatının…
Daha çoxDonald Tramp Şimali Koreya lideri ilə əlaqə saxlayacağını açıqlayıb
[ad_1] Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə əlaqə saxlayacağını açıqlayıb. Bu barədə Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib. “O, ağıllı adamdır. Onunla əlaqə saxlayacağam”,-deyə ABŞ prezidenti qeyd edib. SİA xatırladır ki, Donald Tramp 2019-cu ilin iyun ayında yarımadanı Şimali və Cənubi Koreyaya sbölən “demilitarizasiya zonasında” Kim Çen In ilə görüşüb. Qeyd edək ki, Donald Tramp Şimali Koreya torpağına ayaq basan ilk ABŞ prezidenti olub. [ad_2]
Daha çox“Azərbaycanın regionda artan nüfuzu Rusiya rəhbərliyini narahat edir”
[ad_1] “Rusiya mətbuatı Azərbaycana qarşı açıq-aydın kampaniya aparır və bu da Rusiyanın xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Təsadüfi deyil. Dekabrın 25-ə qədər də bu proseslər müəyyən qədər gedirdi. Amma dekabrın 25-də Azərbaycan təyyarəsinin vurulmasından sonra və Azərbaycan Prezidentinin sərt açıqlamalarından sonra Rusiya mətbuatına komanda verildi və Azərbaycana qarşı olan bir yürüşə başladılar”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Akif Nağı sözlərinə belə davam edib: “Burada həm o günahı ört-basdır eləməyə çalışırlar. Azərbaycan tərəfini müəyyən mənada reallıqla barışdırmağa çalışırlar, məqsədlərindən biri bundan ibarətdir. Digər tərəfdən…
Daha çoxAMB hesabatlılıqla əlaqədar iki şirkəti cərimələyib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “Merano-Baku” ASC və “VMF” şirkətinin hər birini 2 000 manat cərimələyib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. [ad_2]
Daha çoxBakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib
[ad_1] Hesablama Palatası ı “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib. Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib. Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə…
Daha çoxƏli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
[ad_1] Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Ə.Əsədov Azərbaycan və Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib. Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. [ad_2]
Daha çox“Azəriqaz”ın rəhbəri Salyan sakinləri ilə görüşüb
[ad_1] Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb.…
Daha çoxDavos Forumu dünya iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayır
[ad_1] Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə dövrün aktual məsələləri ətrafında geniş müzakirələr aparıldı Bu gün 55-ci Dünya İqtisadi Forumu öz işini başa çatdırır. Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Forum qlobal çağırışları müzakirə edib ortaq mövqeyin ortaya qoyulması, səylərin birləşdirilməsi üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir araya gətirdi. Ümumilikdə Davos İqtisadi Forumunun iqtisadi xarakter daşıdığını nəzərə alsaq bu mötəbər beynəlxalq tədbirin hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında, dövrün…
Daha çox“Turan Bank” və onun vəzifəli şəxsi cərimələnib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “Turan Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə, Bank 20 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib. [ad_2]
Daha çoxAzərbaycan və Səudiyyə Ərəbistanı arasında müzakirə
[ad_1] Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb. Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub. Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində…
Daha çox