Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müzakirə

[ad_1] Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universitetinin prorektoru Abdulrazaq Al-Morjanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov qonaqlarla görüşüb. Nümayəndə heyətinə Azərbaycan Ordusunda hərbi təhsil sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat verilib. Qonaqlara Vətən müharibəsindən bəhs edən videoçarx təqdim olunub. Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində…

Daha çox

Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib

[ad_1] Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb. SİA quruma istinadən xəbər verir ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaş qəbulu başa çatdıqdan sonra V. Əhmədov Qəbələ rayonu Qəmərvan kəndində görülən işlərlə yerində tanış olub. Kənd sakinləri ilə görüş zamanı onların fikirləri dinlənilib. “Azərişığ”ın…

Daha çox

Qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənildiyi aşkarlanıb

[ad_1] Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sosial təminat xidmətləri çərçivəsində dövlət büdcəsi hesabına artıq xərcləmələrə yol verilib. Sanatoriya-kurort yollayışları üzrə dövlət vəsaitlərindən 1 040 manat artıq vəsait sərf olunub, bəzi şəxslərə isə qanunvericiliyə zidd olaraq təkrar yollayışlar verilib. Həmçinin, aktiv əmək müqaviləsi olan şəxslərə və ya sosial sığorta haqqı ödəyən vətəndaşlara qanunsuz olaraq yollayışlar təqdim…

Daha çox

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

[ad_1] Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib. O, iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb. Komitə sədri, əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə…

Daha çox

Ən çox hansı mövzuda film və seriallara ehtiyac var?

[ad_1] Film və seriallar cəmiyyətin maraq göstərdiyi və ən sevdiyi sahələrdən biridir. Hər il müxtəlif mövzularda filmlər və seriallar səhnəyə qoyulur. Sosial şəbəkələrdə də bu sahəyə maraq böyükdür. Bəs vətəndaşlar ən çox hansı mövzuda film və seriallara üstünlük verir? SİA bu barədə vətəndaşların fikirlərini öyrənib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova: “Son zamanlar televiziyada gedən bəzi film və seriallar məni qane etmir. Yaxşı olar ki tərbiyəedici, bizim mentalitetimizə uyğun mövzularda ailələrin qorunması ilə bağlı film və seriallar çəkilsin. Şou-biznesdən çox bu mövzulara üstünlük verilsə daha yaxşı…

Daha çox

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Məlumata görə, müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. https://youtu.be/2d7LBNC7SHE [ad_2]

Daha çox

Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib

[ad_1] Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb. “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış…

Daha çox

Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

[ad_1] Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Komissiyanın həmsədri, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistanda rəsmi səfərdədir. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya bildirilib ki, səfər çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari müdafiə sənayesi naziri V.Mustafayev ilə görüşüb. Görüşdə Komissiyanın üzvləri – xarici işlər nazirinin müavini Elnur Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, energetika nazirinin müavini Kamal Abbasov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər. Pakistanın prezidenti Azərbaycan nümayəndə heyətini Pakistanda salamlamaqdan…

Daha çox

“Ermitaj” muzeyi təxliyə edildi

[ad_1] Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyi təxliyə olunub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, muzeyə gələn ziyarətçilər və işçilər evakuasiya edilib. Buna səbəb isə muzeyə ziyarətçilərin təhlükədə olması barədə məlumatın daxil olması olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları binanı yoxlayır. Qeyd edək ki, evakuasiya səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər. [ad_2]

Daha çox