İsveçdə zərgərlik əşyaları olan vikinq xəzinəsi tapılıb…

İsveçdə, Stokholm yaxınlığında arxeoloqlar təsərrüfatları və vikinqlər məzarlığını qazıblar. Onlar 34 binanın qalıqlarını və təxminən 1450 artefakt aşkar ediblər. Gümüş zinət əşyaları – bilərziklər və boyunbağılar, gümüş amuletlər, mirvarilər və kulon kimi istifadə edilən sikkələr xüsusi dəyərlidir. SİA-nın məlumatına görə, bu kəşf vikinqlərin tarixinə və mədəniyyətinə işıq salır. Qazıntıların aparıldığı ərazidə təxminən 500 il məskunlaşmış, sakinləri əkinçilik, heyvandarlıq və dəfn işləri ilə məşğul olmuşlar. Təsərrüfat fəaliyyəti son Dəmir dövrünə (təxminən 500-1050-ci illər) aiddir və qısa müddət ərzində Yüksək Orta əsrlərə qədər davam etmişdir. Bu barədə “Planet-today.ru” yazıb. 2020–2021-ci illərdə aparılan…

Daha çox

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. SİA xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Obamız, yuvamız, göz bəbəyimiz Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edir, bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamını və sevgilərini çatdırıram”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Daha çox

İran Rusiya ilə mümkün təxliyə ilə bağlı gizli danışıqlara başlayır..?

İsrailin baş naziri daha əvvəl bildirmişdi ki, İranın ali rəhbərliyi artıq “çantalarını yığır”… İranın ali dini lideri Əli Xamneyinin administrasiyası rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmək barədə Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır. SİA-nın məlumatına görə, bu barədə İran İnternational məlumatlı mənbələrə istinadən xəbər verir. Nəşrin məlumatına görə, yüksək rütbəli rus məmurlarından biri Hicaziyə şəxsi zəmanət verib: İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək. Mənbələr bildirirlər ki,…

Daha çox

Tramp İsrailin Ayətullah Xameneyini öldürmək planına veto qoyub..?

Daha əvvəl bildirilmişdi ki, Xamneyi İsrailin zərbələri üçün potensial hədəf kimi istisna edilmir SİA-nın məlumatına görə, Reuters iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneini öldürmək planına “veto qoyub”. …İranlılar artıq amerikalı öldürüblər? Xeyr. Onlar bunu etməyənə qədər biz siyasi rəhbərliyin arxasınca getməkdən belə danışmırıq, – mənbələrdən biri deyib. Tramp deyir ki, o, İsrail və İran arasındakı münaqişəni “asanlıqla” bitirə bilər. ABŞ prezidenti həmçinin İranı Amerika hədəflərinə zərbə endirməkdən çəkindirib. …WSJ qəzeti daha əvvəl…

Daha çox

“Şuşa böyük bir zəfərin adıdır”

“Şuşa böyük bir zəfərin adıdır”. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu yeni dünyada Türk dünybunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Unal Üstel tədbir iştirakçılarını salamlayaraq konfransa ev sahibliyi edən Şuşa şəhərini dirənişin adı adlandıraraq deyib. O bildirib ki, Şuşa bir millətin yenidən ayağa qalxmasının nümunəsi, adıdır: “Şuşa böyük bir zəfərin adıdır. Şuşanın zəfərini bir daha təbrik edirik. Şimali Kipr Türk Cümhuriyyəti olaraq can Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik…

Daha çox

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

İyunun 15-də Ukrayna ərazisinə daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb. Bu, İstanbulda keçirilən danışıqlardan sonra həyata keçirilən dördüncü repatriasiya mərhələsidir. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahına istinadla xəbər verir. “Ukraynaya daha 1200 cənazə qaytarılıb. Rusiya tərəfinin iddialarına əsasən, qaytarılan cənazələr Ukrayna vətəndaşlarına, o cümlədən hərbi qulluqçulara aiddir”, – deyə məlumatda bildirilir. Cənazələrin kimliyinin müəyyən edilməsi üzrə ekspertiza işləri Ukraynanın hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin müvafiq ekspert qurumları tərəfindən aparılacaq. Repatriasiya prosesi Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi,…

Daha çox

“Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir”

15 İyun – Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm dönüm nöqtəsidir. Bu gün, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkənin məhv olmaqdan xilas edildiyi gündür. Bu tarix təkcə siyasi qayıdış deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təməl daşıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də, daxili çəkişmələr, siyasi xaos və Qarabağda davam edən müharibə nəticəsində ölkə iflic vəziyyətinə düşmüşdü. Dövlətçilik təhdid altına düşmüş, vətəndaş qarşıdurmaları təhlükəli həddə çatmışdı. Belə bir məqamda xalqın yeganə ümidi Naxçıvanda siyasi fəaliyyət göstərən…

Daha çox

78 milyard dollarlıq nəhəng qızıl yatağı tapılıb…

Yeni texnologiyalardan istifadə edərək heyrətamiz bir kəşf edildi… …Çinin mərkəzində heyrətamiz qızıl yatağı aşkar edilib. İlkin hesablamalara görə, qiymətli metal ehtiyatları təxminən 78 milyard dollar dəyərindədir. Bu gün bu, dünyanın ən böyük yataqlarından biridir. SİA-nın məlumatına görə, bu barədə Jasondeegan resursu yazır. Qeyd olunur ki, kəşf Çinin mərkəzi, Hunan əyalətindəki Vanqu qızıl yatağında edilib. Bu, artıq qazma işlərinin ilkin mərhələsində geoloqları təəccübləndirib: yerin iki min metr altında qızıl ehtiyatları 300 ton qiymətləndirilib. Amma üç min metr ərzində ümumi qızıl ehtiyatı 1000 tona çata bilər. Mütəxəssislərin fikrincə,…

Daha çox

“Yeni istiqamət və strategiyalar müəyyən olunmuşdur”

“Mənim mövqeyim ondan ibarətdir ki, dövlətlərimiz bir-birinə yaxınlaşmalıdır. Bu istiqamətdə bizim “Amanat” Partiyası daim türk dünyasının inkişafı üçün çalışmış və türk dövlətləri arasında partiyalararası əlaqələrin möhkəmləndirilməsi yönündə böyük işlər görmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında Qazaxıstanın Amanat Partiyasının siyasi şurasının üzvü Deulet Garvik deyib. Onun sözlərinə görə, bizim əsas məqsədlərimizdən biri məhz bu dialoq vasitəsilə ölkələrimiz arasında münasibətlərin daha da güclənməsinə töhfə verməkdir: “Bildiyiniz kimi, 2024-cü ildə Qazaxıstan Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirəcək. Bu çərçivədə böyük işlər görülmüş, bildiyiniz kimi, yeni istiqamət və strategiyalar müəyyən olunmuşdur. Bu istiqamətdə biz Azərbaycan…

Daha çox

Azadlıq heykəlinin su altında qalacağı tarix açıqlanıb…

ABŞ-da bir çox sahilyanı ərazilər dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və iqlim dəyişikliyi səbəbindən 2050-ci ilə qədər su altında qalacaq. SİA xəbər verir ki, bu barədə “Daily Mail” “Climate Central” qeyri-kommersiya təşkilatına istinadən məlumat yayıb. Nəşr risk altında olan bir neçə şəhəri sadalayır. Onların arasında Yeni Orlean, Atlantik Siti, Çarlston və s. …Yeni interaktiv xəritə 2050-ci ilə qədər çoxunun su altında qalacağı gözlənilən sahilyanı Amerika şəhərləri üçün dəhşətli ssenarini təsvir edir, – nəşr yazır. Son məlumatlar göstərir ki, Luiziana, Corciya, Florida və Nyu-York ştatlarının bir neçə böyük şəhəri tədricən su…

Daha çox