[ad_1] Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb. Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb. Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. [ad_2]
Daha çoxHesablama Palatası nöqsanlar aşkar edib
[ad_1] Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindә inzibati binalarının tikintisi başa çatsa da, onlar istismara qәbul edilmәyib. Azərbaycana qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi üçün ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız birində – Qazax rayonundakı “Qırmızı Körpü”də nәzarәt-keçid mәntәqәsi tikilib. Bu isə qida tәhlükәsizliyi istiqamәtindә operativ tәdbirlәr görməyə imkan vermir. Agentlik Dövlәt Proqramının tәlәbinә uyğun olaraq…
Daha çoxBahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib
[ad_1] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib. SİA xəbər verir ki, görüşdə Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılıb. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. [ad_2]
Daha çoxSülh və ya sanksiyalar
[ad_1] Yaxud, Putin üçün Trampın şərtləri Avropalı siyasətçilər prezident Donald Trampın şanssız olduğunu deyirlər. Amma ABŞ prezidenti Rusiya hakimiyyətinə müraciətində onları Rusiya Federasiyası vətəndaşlarına sevgisini və Vladimir Putinə hörmətini təmin edərək, onları danışıqlar masası arxasına oturmağa və Ukrayna ilə münaqişəni dərhal dayandırmağa çağırıb. Əks halda Tramp Rusiyanın ABŞ-a tədarük etdiyi bütün mallara məhdudiyyətlər tətbiq edəcəyini və ya sərtləşdirəcəyini vəd edib. Amerika prezidenti növbəti dəfə seçkiqabağı bəyanatını təkrarlayıb: onun dövründə belə münaqişə ümumiyyətlə baş verməzdi. Eyni zamanda “The Wall Street Journal” (WSJ) Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa münaqişəni 100…
Daha çox“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
[ad_1] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. SİA şirkətə istinadən xəbər verir ki, AZ5800 indeksli poçt filialı Şuşa şəhəri, Zəfər küçəsindəki Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq. Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib. Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə…
Daha çoxŞöhrət ata olacaq
[ad_1] Şöhrət ata olacaq [ad_2]
Daha çoxSahibə Qafarova Belarus səfiri Andrey Ravkovu qəbul edib
[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib. SİA xəbər verir ki, görüşdə Andrey Ravkovun səfir kimi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb. O cümlədən, ölkələrimizin…
Daha çoxBədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb
[ad_1] Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, Akademiyada üzgüçülük hovuzu fəaliyyət göstərməsə də, həmin sahədə çalışan işçilərə əməkhaqqı ödənilməsi davam etdirilib. Ödəniş 2022-2023-cü illəri əhatə edib və 55,7min manat təşkil edib. Akademiyanın maliyyə və idarəetmə sahəsində digər ciddi nöqsanlar da olub. Belə ki, Akademiyanın Nizamnaməsi 2019-cu ildə təsdiq edilmiş “Dövlət və bələdiyyə ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə uyğunlaşdırılmayıb, bu da maliyyə və…
Daha çox“Bunun arzuolunmaz nəticələri Rusiya üçün qaçınılmaz olacaq”
[ad_1] “Rusiyada bir sıra mərkəzlər və medianın Azərbaycan kampaniyası davam edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan Prezidentinin bizim sərnişin təyyarəsinin vurulması ilə bağlı Kremlə konkret tələbləri var. Üzrxahlıqdan sonra kompensasiya ödənilməli və günahkarlar cəzalandırılmalıdır. Nə kompensasiya, nə də günahkarların cəzalandırılması barədə Rusiyanın siyasi dairələrində heç bir müzakirə getmir. Bunun əksinə sanki Kremldən komanda verilib ki, Azərbaycan və Azərbaycanın dövlət başçısı əleyhinə qara təbliğat kampaniyası başlasın. Lakin bu qara təbliğat kampaniyası ikitərəfli münasibətlərə təsir edəcəyini anlamır”. Bu sözləri politoloq Elxan Şahinoğlu SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan qonşu…
Daha çoxYanğınlar daha çox nədən baş verir?
[ad_1] “Ümumiyyətlə bütün təyinatlı obyektlər, yəni turizm məkanları və kompleksləri, otellər, sənaye müəssisələri, iş yerləri yanğın təhlükəsinə dair olan tələblərə, təlimatlara, həmçinin təchizat ilə təmin olunmasına, bu barədə rejimin yaradılmasına, işçilərin yanğın təhlükəsinə dair olan bilik və bacarıqların formalaşmasını təmin etməlidir. Yanğınlardan heç kim sığortalanmayıb, lakin önləyici tədbirlər görməklə, yanğın təhlükəsizliyinə aid olan təchizatı saz vəziyyətdə sağlamaqla, obyektin norma və standartlara cavab verməsini təmin etməklə vaxtında baş verən yanğınların və hadisənin daha geniş miqyasda yayılmasının qarşısını almaq olar. Bununla yanaşı söhbət həmçinin obyektin quruluşundan gedir. Əgər turizm obyektidirsə, orda yanğın…
Daha çox