[ad_1] “2011-ci ildə icbari sığortalar haqqında yeni qanunun qəbul olunması Azərbaycanda sığorta sektorunun inkişafına böyük təkan verdi. Bu dövrdən başlayaraq Azərbaycanda bir çox sığorta şirkətləri fəaliyyətə başladı. Avtonəqliyyat vasitəsi sürücüsünün mülki məsuliyyətdən icbari sığortası çox geniş populyarlıq tapdı. Bu məqamda qeyd edim ki, Azərbaycan sığorta sektoru həyat və qeyri-həyat siniflərinə bölünməklə icbari və könüllü sığorta növlərindən ibarətdir. Bugünkü gündə ən çox populyarlıq qazanmış sığorta növləri icbari sığortalar üzərindədir. Çünki icbari sığortalar üzrə xüsusi ciddi nəzarət mexanizmi mövcuddur. Bu icbari sığortası olmayan avtomobil sürücüləri yaxud vətəndaşlar xüsusi qaydalarla cərimələnirlər. Bu halda…
Daha çoxAzərbaycanda təhlükəsiz tullantıların idarə olunmasında nöqsanlar aşkarlanıb
[ad_1] Hesablama Palatası Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini üzə çıxarıb. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak edib və “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Qeyd olunub ki, audit Ekologiya və Təbii Sərvətlər…
Daha çox“Forumda iştirak etmək Azərbaycanın maraqlarına uyğundur”
[ad_1] “Davos İqtisadi Forumu əhəmiyyətli tədbirlərdən biridir və Azərbaycanın burada iştirakı da önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Tural Abbaslı sözlərinə belə davam edib: “Burada adətən bir çox dünya liderləri, böyük biznes sahibləri, iş adamları, eyni zamanda elm adamları və böyük texnologiya şirkətlərinin rəhbərləri iştirak edirlər. Hər bir dövlət çalışır ki, özünün bu və digər formada maraqlarını təmin eləsin, əlaqələr qursun, öz yanaşmalarını sərgiləsin. Davos İqtisadi Forumunun müsbət tərəfi həm də bizim üçün ondan ibarətdir ki, burada bir çox dünya liderləri ilə qısa zamanda ünsiyyətdə…
Daha çox“Obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır”
[ad_1] “Mülkiyyət formasından asılı olmayaraq bütün obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalı və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib. Orxan Musayev sözlərinə belə davam edib: “Mehmanxanalar və ictimai iaşə obyektlərində baş verə biləcək yanğın hadisələri nəticəsində təkcə orada işləyənlər deyil, orada olan qonaqların da həyatı üçün təhlükə yaranmaqdadır. O səbəbdən də mehmanxana və iaşə obyektlərində yanğın təhlükəsizliyi tədbirlərinin işlək vəziyyətdə olmasına mütəmadi müəssisə rəhbərləri tərəfindən nəzarət olunmalıdır. Çünki obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına müəssisə rəhbəri cavabdehlik daşıyır. Bu obyektlərdə yanğına…
Daha çoxDaxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
[ad_1] Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 24-də Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hesabat ilində də etibarlı qorunub. Qeyd olunub…
Daha çox“Maliyyə bazarlarının əlçatanlığı və kreditlərin əlçatanlığı” işçi qrupuna yeni rəhbər
[ad_1] “Maliyyə bazarlarının əlçatanlığı və kreditlərin əlçatanlığı” işçi qrupuna yeni rəhbər seçilib. SİA xəbər verir ki, bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun iclası”nda bildirilib. Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev işçi qrupunun yeni rəhbəri seçilib. Xatırladaq ki, işçi qrupunun əvvəlki rəhbəri AMB-nin keçmiş sədr müavini Rəşad Orucov olub. [ad_2]
Daha çoxSahibə Qafarova Cahit Bağçını qəbul edib
[ad_1] Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib. Söhbət zamanı səfir C.Bağçının Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli…
Daha çox“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
[ad_1] İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi “Bakcell” ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub. Tədbir çərçivəsində “Bakcell”in baş icraçı direktoru Klaus Müller, Korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, İB-in Valideyn Məşvərət Şurasının sədri Natəvan Məmmədova və millət vəkili Nigar Arpadarai çıxış ediblər. Tədbirə diplomatik nümayəndəliklərdən, qeyri-hökumət təşkilatlarından (QHT) və media sektorundan olan…
Daha çoxSülh naminə güzəşt, yoxsa?
[ad_1] Ermənistan yollar axtarır, hansı istiqamətə gedəcəyini müəyyənləşdirmək üçün gah Qərbə, gah da Şimala tərəf boylanır. Amma hər iki istiqamətdən ona gözlənilən dəstək verilmir, çünki özlərinin başı başqa işlərə qarışıb. Şimal – Rusiya Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ı danışıqlar başlayana qədər əhəmiyyətli nəticəyə yaxınlaşdırmaq istəyir. Qərb isə Rusiyanı müharibədə məğlub duruma gətirmək üçün bütün imkanlarını hələlik səfərbər edir, əsas “kartlarını” isə açmaq istəmir. Əslində hər kəs, bu müharibədə “tərəf” statusunda olanlar bu oyunda gücünün nə qədər olduğunu gizli saxlamağa üstünlük verirlər. Ona görə də, onsuz da dalana dirənmiş, xarici aləmlə…
Daha çox“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib
[ad_1] Mətbuat Şurasında Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub. SİA xəbər verir ki, təlimlər Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika (BDU) fakültəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda…
Daha çox