[ad_1] Bu gün energetika naziri Pərviz Şahbazov Qobustanda vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, kabelləşmə, elektrik xətlərinin istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qazlaşdırma, qaz kəmərinin yenilənməsi, qaz sayğacının yerdəyişməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Qobustan, Göyçay, Sabirabad, Ağsu, Xəzər və Biləsuvar rayonlarından olan 20 vətəndaş iştirak edib. [ad_2]
Daha çoxSOCAR Oman İnvestisiya Qurumu ilə əməkdaşlıq imkanlarını araşdırır
[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Oman İnvestisiya Qurumu (“OQ Group”) ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır. SİA xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “OQ Group”un Baş icraçı direktoru Əşrəf Əl Məmari ilə görüşü barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, Əşrəf Əl Məmari ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırılan səmərəli görüş keçirilib: “Müzakirələrimiz kəşfiyyat, hasilat və emal layihələrində, alternativ enerji və dayanıqlı infrastrukturda birgə təşəbbüslərin irəli aparılmasına yönəlib. Biz enerji təhlükəsizliyini artırmaqla yanaşı, balanslaşdırılmış və ədalətli enerji keçidinə dəstəyimizi təsdiq etdik”. R.Nəcəf…
Daha çoxAvropa İttifaqının Ali nümayəndəsi Ermənistana səfər edəcək
[ad_1] Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edəcək. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Məlumata görə, səfər yaxın həftələrə planlaşdırılıb. [ad_2]
Daha çoxƏlcəzair strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib
[ad_1] Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ərəb dünyasında sülh və təhlükəsizliyi gücləndirmək üçün Ərəb Dövlətləri Liqası ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında strateji tərəfdaşlıq əlaqələri qurmağa çağırıb. SİA xəbər verir ki, iki təşkilat arasında əməkdaşlığa həsr edilmiş BMT Təhlükəsizlik Şurasının iclasına sədrliyi zamanı Attaf regional sabitliyin əsaslarını dəstəkləmək üçün məqsədli və səmərəli tərəfdaşlığın zəruriliyini vurğulayıb. O, Fələstin probleminin ədalətli və yekun həlli, ərəb ölkələrinin işlərinə kənar müdaxilələrin dayandırılması və ərəb dünyasını sarsıdan böhranların həllinə yönəlmiş siyasi proseslərin canlandırılması da daxil olmaqla, bir sıra əməkdaşlıq sahələrini müzakirə edib. Nazir, həmçinin…
Daha çoxHəssas əhali qruplarından olan şəxslərə hansı xidmətlər göstərilir?
[ad_1] Bildiririk ki, ölkəmizdə həssas əhali qruplardan olan şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm addımlar atılır. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial reabilitasiyası istiqamətində davamlı olaraq sosial layihələr icra edilir, həmçinin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yaşamaları üçün tədbirlər görülür. Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin SİA-ya verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərə sosial xidmətlərin göstərilməsi davam etdirilir. Agentlik tərəfindən sosial xidmətə ehtiyacı olan bütün…
Daha çoxTatlıses qızının anası ilə tətilə yollanıb
[ad_1] İbrahim Tatlısesin kiçik qızı Elif Ada atası və anası Ayşegül Yıldızla birlikdə Boduma tətilə yollanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elif ada ailə fotolarını sosial media hesabından paylaşıb. O, fotolara “Bodrumun gözəl havasında ailəmlə gözəl səhər yeməyi yedik” qeydini yazıb. [ad_2]
Daha çoxXİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb
[ad_1] Yanvarın 23-24-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub. Xarici İşlər Nazirliyindən SİA-ya bildirilib ki, yanvarın 23-də İslamabadda Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər. Məsləhətləşmələr zamanı siyasət, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm sektorlarında və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə…
Daha çoxRöya yeni mahnısını təqdim etdi
[ad_1] Pop kraliça Röya Ayxan “Sevgin yaşayır” adlı yeni sinqlını təqdim edib. SİA xəbər verir ki, mahnının sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Ağaya məxsusdur. Bəstənin aranjimanı və miksi üzərində Caner Tepecik, masterinqi üzərində isə Çağlar Türkmen çalışıb. “Sevgin yaşayır” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. [ad_2]
Daha çoxAZAL təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək məbləğ AÇIQLANDI
[ad_1] Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə 5 milyon təngə (təxminən 16 min manat) veriləcək. SİA xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. O bildirib ki, həmin ailələrə sosial yardımlar göstərilib və lazım məbləğlər verilib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar…
Daha çoxXalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
[ad_1] Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib. Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb. Bir sıra məruzələr dinlənilib. Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir. [ad_2]
Daha çox