Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

[ad_1] BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasının iyunun 4-6-da Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, müqavilə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizmin Baş katibi Zurab Pololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahında keçirilən görüş zamanı təsdiqlənib. Görüşdə Azərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasına üzvlüyə namizədliyi irəli sürülüb, COP29 çərçivəsində “Turizm günü” ilə bağlı ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgə fəaliyyət planları müzakirə…

Daha çox

Şənbə gününün hava proqnozu açıqlanıb

[ad_1] Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq…

Daha çox

Yubiley medalı əcnəbilərə də verilə bilər

[ad_1] “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər. SİA-nın məlumatına görə, bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunub. Əsasnamənin birinci maddəsində deyilir: “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər. [ad_2]

Daha çox

Hikmət Hacıyev Belarus səfirini qəbul edib

[ad_1] Belarusun Azərbaycandakı səfiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. SİA xəbər verir ki, bu barədə Belarus diplomatik xidmətinin sosial şəbəkədəki səhifəsində məlumat yayılıb. A.Ravkov Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə H.Hacıyevlə görüşüb. Qeyd edək ki, yanvarın 14-də Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi Azərbaycana yeni səfir təyin edib. [ad_2]

Daha çox

Üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

[ad_1] Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək. SİA xəbər verir ki, bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət…

Daha çox

Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək

[ad_1] Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. SİA xəbər verir ki, bu, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. [ad_2]

Daha çox

“E-Şikayət”ə edilən müraciətlərin sayı 4500-ə çatıb

[ad_1] “E-Şikayət”ə edilən müraciətlərin sayı cari ilin 1 yanvar tarixinə olan məlumata görə 4500-ə çatıb. SİA-ya İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, şikayətlərin 90,9 faizi ilkin müraciət mərhələsində icra edilib, 6,5 faiz civarında olan müraciətlər subyektlər tərəfindən icra mərhələsindədir. Yalnız müraciətlərin 2,6 faizlik hissəsi vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır. Xatırladaq ki, İKTA 2023-cü ilin sonlarında “E-Şikayət” elektron xidmətini istifadəyə verib. Vətəndaşlar həmin elektron xidmət vasitəsilə xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinə, həmçinin tənzimləyici quruma elektron hökumət portalı üzərindən real vaxt rejimində müraciət edə bilirlər.…

Daha çox

Cinayət məsuliyyəti yaradacaq hallar müəyyənləşir

[ad_1] Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünküiclasında müzkakirəyə çıxarılıb. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən…

Daha çox

“BP-Azərbaycan” “Şahdəniz”də yeni platformanın tikintisini planlaşdırır

[ad_1] “BP-Azərbaycan” şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib. “Bu, tamamilə yeni kompressor platforması olacaq və “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub”, – T.Bayatlı qeyd edib. [ad_2]

Daha çox