Bu şəxslər yalnız bir dəfə uçota alınacaq

[ad_1] Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək. SİA xəbər verir ki, bu, Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunan məsələ ilə bağlı məcəlləyə yeni madd əlavə olunması təklif edilir. Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və…

Daha çox

Azərbaycanda kadr ehtiyatının yaradılması prioritetdir

[ad_1] Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində müasir tələblərə cavab verən kadr ehtiyatı yaradılması, davamlı olaraq təkmilləşdirilməsi və innovativliyi stimullaşdıran ekosistemin qurulması prioritet təşkil edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “24 yanvar – Beynəlxalq Təhsil Günü bu il süni intellekt və təhsil mövzusuna həsr edilib. Rəqəmsal transformasiyadan qaynaqlanan çağırışlar şəraitində yüksək peşə bacarıqlarına malik insan kapitalının formalaşması zəruridir”, – nazir qeyd edib. [ad_2]

Daha çox

Parlament könüllüləri layihəsinə başlanılması təklif olunub

[ad_1] Azərbaycanda parlament könüllüləri layihəsinə başlanılması təklif olunub. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında çıxış edib. Onun sözlərinə görə, Milli Məclis əvvəlki çağırışında da bununla bağlı təkliflər var idi, lakin pandemiya səbəbindən reallaşdırıla bilmədi: “Eyni zamanda idman sahəsinin maliyyələşdirilməsi, buna investisiya cəlb edilməsi ilə əlaqədar Milli Məclisdə dinləmələrin keçirilməsini məqsədəuyğun hesab edirəm. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universitetinə səfəri, orada tələbələrlə görüşlərin keçirilməsi də var. Yaz sessiyası müddətində səfərin reallaşdırılması doğru seçim olardı”. [ad_2]

Daha çox

SOCAR Yaponiya bankı ilə tərəfdaşlığın gücləndirilməsini müzakirə edib

[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında yazıb. O bildirib ki, JBIC-nin idarəedici direktoru Nobumitsu Hayaşi ilə məhsuldar görüşü olub: “Müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) imzalanmış Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişinin əhəmiyyətini vurğulanıb. Biz innovativ “yaşıl həll”ərə dəstək vermək, bərpa olunan enerji layihələrini təşviq etmək, yeni biznes imkanlarını araşdırmaq və…

Daha çox

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

[ad_1] Aprelin 24-25-də Azərbaycan növbəti kosmik tədbirə – Kosmik Texnologiyalar Konfransına (Space Technology Conference STC-2025) ev sahibliyi edəcək. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbir nazirliyin yanında Kosmik Agentliyin (“Azərkosmos”) “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək. Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün unikal bir platformadır. Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu…

Daha çox

“Ülviyyə Namazovanın Allahdan başqa heç kimdən qorxusu yoxdur!”

[ad_1] Müğənnilər Ülviyyə Namazova ilə Aysun İsmayılovanın qalmaqalına Rəqsanə İsmayılova da qoşulub. SİA-nın əldə etdiyi məlumata görə, Rəqsanə sosial media hesabında açdığı canlı yayımda qəzəblənib. O, qızı ilə dava edən həmkarına ismarıc göndərib: “Aysun uşaq deyil. Dünən Şəbnəm deyir ki, Aysun uşaqdır. Ülviyyə 100 ilin sənətkarıdır ki, Aysun onun yanında uşaq olsun? Ülviyyə kimdir ki? Üç gündür oxumağa gəlib. Ülviyyə Moskvaya gəlsə, onun üstündən sürüb keçərəm. Bilirlər ki, hər şeyə qadir insanam. Hansı ana övladını ata, arxasında durmaya bilər? Hansı ana deyə bilər ki, uşağım haqqında yaxşı edirlər, belə danışsınlar.…

Daha çox

“21 yaşlılara silah hüququ tanımaq kimlərinsə “silah biznesinə” dəstəkdən başqa bir şey deyil…”

[ad_1] İkinci, Sabitlik və təhlükəsizliyin az qala 100 faizlik şkalada olduğunu qəbul etdiyimiz ölkədə insanların kütləvi silah sahibi olmasına nə ehtiyac var? İnsanların bu təhlükəsiz şəraitdə kimlərdənsə özünü müdafiəyə ehtiyacı olmadığı üçün əlllərdəki silahların başqaları üçün təhlükə yaratmaq risqi daha böyükdür. Üçüncü, Hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar. Dördüncü, 21 yaşlı gənclərin…

Daha çox