[ad_1] Tatarıstanda həyəcan təbili çalındı [ad_2]
Daha çox“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
[ad_1] “Boko Haram” silahlıları Nigeriyanın şimal-şərqindəki Borno əyalətində azı 20 nəfəri öldürüblər. SİA xarici mediaya istinadla xəbər verir ki, silahlılar tərəfindən Gədan Qarı kəndinə qəfil hücum nəticəsində ölənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hücumla bağlı hələlik şərh verməyiblər. Qeyd edək ki, 2009-cu ildən “Boko Haram” qruplaşması əvvəlcə Nigeriya, daha sonra Niger, Çad və Kamerun ərazisində fəaliyyətə başlayıb. Yaraqlılar islam dövlət yaratmaq məqsədilə hərbi postlara və polis məntəqələrinə, mülki şəxslərə hücum edirlər. [ad_2]
Daha çoxXəyalə plastik əməliyyat etdirəcək
[ad_1] Aktrisa Xəyalə Quliyeva gözəlləşmək üçün bıçaq altına yatacaq. SİA xəbər verir ki, aktrisa plastik əməliyyat etdirəcək. O əvvəlcə səhhətində problem yaradan göbək yırtığından xilas olacağını, daha sonra isə bədənində plastik əməliyyatla bəzi dəyişikliklər etdirəcəyii deyib. Xatırladaq ki, aktrisa 2021-ci ildə də artıq çəkidən xilas olmaq üçün bıçaq altına yatmışdı. [ad_2]
Daha çoxBu günə olan hava PROQNOZU
[ad_1] Yanvarın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.…
Daha çoxMaya Sandu Avropa və G7 ölkələri səfirləri ilə enerji böhranını müzakirə edib
[ad_1] Moldova Prezidenti Maya Sandu Avropa dövlətlərinin və G7-yə üzv ölkələrin, o cümlədən ABŞ, Kanada və Yaponiyanın Moldovada akkreditə olunmuş səfirləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Maya Sandu ölkəsinin qarşısında duran əsas problemləri, enerji böhranının vətəndaşların həyat səviyyəsinə birbaşa təsirini qeyd edib. Bu baxımdan o, Moldovanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz səylərini yönəltdiyini vurğulayıb. Prezident beynəlxalq tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, bu yardımın Moldovanın sabitliyi, eləcə də bütün regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Maya Sandu ədliyyə islahatları məsələsinə də toxunaraq, bunun təkcə Avropa İttifaqına…
Daha çoxTürkiyə Ordusunun zabiti İraqda həlak oldu
[ad_1] Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda həlak olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Pənçə-Kaplan” əməliyyat bölgəsində ağır yaralanan kiçik zabit Ufuk Akıncı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Nazirlik şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib. [ad_2]
Daha çoxMyanmada 5,2 maqnitudada zəlzələ olub
[ad_1] Myanmada 5,2 maqnitudada zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Hindistanın İmphal şəhərindən 120 km şərqdə, ocağı 126 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. [ad_2]
Daha çoxTramp dərhal Putinlə görüşmək istəyir
[ad_1] ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dərhal görüşmək istədiyini bildirib. SİA xəbər verir ki, onun sözlərindən Reuters agentliyi sitat gətirib. Təfərrüatlar hələlik məlum deyil. Bundan əvvəl Tramp Ukraynanın müqavilə bağlamağa hazır olduğunu açıqlamışdı. Amerika lideri vurğulayıb ki, onun dövründə Ukrayna ilə Rusiya arasında münaqişə ümumiyyətlə başlamazdı. O, həmçinin Ukrayna münaqişəsinin həllinin “asan və ya çətin yolla” mümkün olduğunu bildirib və birinci variantın “həmişə daha yaxşı” olduğunu vurğulayıb. Bundan əlavə, Ağ Ev rəhbəri bildirib ki, vəziyyətin həlli mümkün qədər tez baş verməlidir. [ad_2]
Daha çoxTuranə Hüseynli Türkiyədəki tamaşadan kənarlaşdırıldı
[ad_1] Aktrisa-aparıcı Turanə Hüseynli “Gergedan Yapım” şirkətinin dəvəti ilə Türkiyədə fəaliyyət göstərmək üçün İstanbula yollanmışdı. SİA xəbər verir ki, o, daha öncə 5 il dayanmadan səhnə alan “Yetersiz Bakiye – Hesap kesim” tamaşasının yeni quruluşunda rol alacağını açıqlamışdı. Hətta aktrisa, İstanbulda tamaşanın ssenarisinin oxuma məşqlərinə qatılmış və fotolarını sosial media hesabında paylaşmışdı. Tamaşa ilə bağlı maraqlı məqam diqqətdən qaçmayıb. Belə ki, yayımlanan posterdə Turanə Hüseynlinin fotosunun və adının olmaması ilə aktrisanın layihədən kənarlaşdırıldığı məlum olub. [ad_2]
Daha çoxABŞ-da Con Retklif Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru oldu
[ad_1] ABŞ-da Con Retklif Mərkəzi Kəşfiyyat İdarəsinin növbəti direktoru olub. SİA-nın məlumatına görə, Senatda keçirilən səsvermə zamanı onun namizədliyi 72 səs lehinə, 25 səs əleyhinə olmaqla təsdiqlənib. Con Retklif Baş katib Marko Rubiodan sonra Tramp administrasiyasının irəli sürdüyü namizədlərdən təsdiqlənən ikinci şəxsdir. [ad_2]
Daha çox