Vətəndaşların bank kartlarından İyunun 14-də və 15-də 5 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır: “Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. İyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb”. Məlumatda qeyd olunub ki, bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və…
Daha çoxİslam İnqilabı Keşikçiləri Korpusu İsraili məhv etmək planlarını açıqlayıb
SEPAH İsrail tamamilə məhv edilənə qədər əməliyyatları davam etdirəcəyini vəd edir İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı əməliyyatların rejim tamamilə məhv edilənə qədər davam edəcəyini bildirib. SEPAH qarşıdakı zərbələrin əvvəlkilərdən daha şiddətli və dəqiq olacağını vəd edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İsrailə qarşı hərbi əməliyyatlar ölkənin hakim rejimi tamamilə məhv edilənə qədər davam edəcək. İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin rəsmi bəyanatında deyilir ki, gələcək zərbələr əvvəlkilərdən daha dəqiq, sərt və dağıdıcı olacaq. Xatırladaq ki,…
Daha çoxTehrandakı mülki obyektlərə zərbələr endirilə bilər
İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib. SİA xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq. “Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər”, – o vurğulayıb. Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.
Daha çoxXəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. SİA xəbər verir ki, nu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, zəlzələnin maqnitudası 3,1, dərinliyi 20 km olub. Yeraltı təkan yerli vaxtla 10:32-də qeydə alınıb.
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanıldı
İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.
Daha çoxUkrayna pilotsuz təyyarələri Oreldakı neft anbarına hücum edib
Yerli sakinlər çaxnaşmaya düşüblər..? Bazar ertəsi, iyunun 16-da Rusiyanın Orel şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Yerli sakinlər silsilə partlayış səsləri eşidiblər. SİA xəbər verir ki, bu barədə yerli Telegram kanalları hücumun videosunu dərc edərək məlumat yayıb. Yerli sakinlər bildirirlər ki, bölgədə 10-13 partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir. Yerli sakinlər həmçinin neft anbarının ərazisində bir neçə çaxnaşma gördüyünü iddia edirlər. Əli Babayev
Daha çox12 investisiya şirkətinin məcmu xalis mənfəəti 16 %-ə yaxın azalıb
Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin 2024-cü ildə məcmu xalis mənfəəti 7,11 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,5 % azdır. İnvestisiya şirkətlərindən 3-ü – “CFI Financial”, “Troni” və “Xalq Kapital” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “Troni”nin zərəri artıb, “CFI Financial” və “Xalq Kapital” isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 8 investisiya şirkətindən isə 3-ü mənfəətini artırıb, 4-ü azaldıb. “MFX Trading” isə zərərdən mənfəətə keçib. Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti…
Daha çoxİran İsrailə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu
İranın Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ istehsalı olan və İsrailə məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) İraqla sərhəddə yerləşən Dehloran şəhəri üzərində vurub. SİA xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının məlumat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl bəyan etmişdi ki, İsrailə qarşı hərbi əməliyyatlar onun tam məhv edilməsinə qədər davam edəcək.
Daha çoxTehranda iki binaya hücumla bağlı maraqlı təfərrüatlar
Səbəb aradan qaldırılan hədəflərin vacibliyidir. …Deməli, dünən Tehranda İsrail qırıcıları tərəfindən dağıdılan iki bina ilə bağlı maraqlı təfərrüatlar. İlk zərbə Kəşfiyyat Nazirliyinin İraq küçəsində yerləşən Video Monitorinq Mərkəzinə endirilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İranın bütün ərazisini əhatə edən mərkəzləşdirilmiş videomüşahidə sistemi üçün avadanlıq, infrastruktur və serverlərin əksəriyyəti burada yerləşirdi. Sistem Dubay ofisi vasitəsilə Kanadanın Genetec şirkətindən alınıb. Əvvəlcə onu Tehran Nəqliyyata Nəzarət Xidməti, daha sonra Kəşfiyyat Nazirliyi ilə birgə idarə etmiş, sonradan onun idarə edilməsi tamamilə məxfi xidmət orqanlarının əlinə keçmişdir. Sistem…
Daha çoxAzərbaycana İsraildən turist axını mayda 98 % artıb
Bu ilin may ayında Azərbaycana 244 079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır. 2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( – 21 %) Hindistan qərarlaşıb. Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10…
Daha çox