Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil olunub. SİA xəbər verir ki, budəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilib. Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlı sosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumat verilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansı hallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir və məbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”, “Nəqliyyat vasitəsi yardımın verilməsində…

Daha çox

Putin ABŞ-la münasibətlərin gələcəyini bir cümlə ilə təsvir edib

…ABŞ-la münasibətlərdə vəziyyət dəyişməyə başlayır, görək nə baş verəcək. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskva ilə Vaşinqton arasında münasibətlərin gələcəyini belə təsvir edib. “Ümumiyyətlə, vəziyyət dəyişməyə başlayır, görək bundan nə çıxacaq. Biz bu gün bu məsələ ilə məşğul olacağıq, – deyə Rusiya lideri Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib. Əli Babayev

Daha çox

“Tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq…”

Biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib. Onların mövqeyinin bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.

Daha çox

“…“Bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 14-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və…

Daha çox

58 hərrac keçirilib

2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, nəticədə 4 790 milyon manatlıq dövlət istiqrazı “Bakı Fond Birjası” QSC-də yerləşdirilib. Bundan başqa, hesabat dövründə tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Ötən il 1, 2 , 3 və 5 illik dövlət istiqrazları emissiya edilib.

Daha çox

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, gündəliyə 14 məsələ daxil edilib. “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi; “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun…

Daha çox

2025-ci ildə Rusiya miqrantların üzünə bağlansın!

…Rusiya və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Rusiya Liberal Demokrat Partiyası (LDPR) ən azı bu ilin sonuna qədər miqrantların ölkəyə girişinə tam qadağa tətbiq edilməsinin tərəfdarıdır. SİA-nın məlumatına görə, bu barədə partiyanın lideri Leonid Slutski RİA Novosti-yə müsahibəsində bildirib. O, mümkün kütləvi iğtişaşların və gələn dini ekstremistlər tərəfindən terror fəaliyyətinin artmasının qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiyada miqrantların sayı kritik həddə çatıb. Rosstatın məlumatına görə, 2024-cü ildə miqrantların artımı rekord 568,5 min nəfər təşkil edib ki, bu da 1995-ci ildən bəri maksimum göstəricidir. Slutski…

Daha çox

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı da danışıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A.Harutyunyan onu çox yaxşı tanıdığını bildirib: “Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım – üç ay müddətində “dövlət naziri” olub. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və…

Daha çox

2 ayda elektrik enerjisi istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat olub. Bu barədə SİA Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon kVt/saat və ya 3,8 % çoxdur. Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 100,5 milyon kVt/saat və ya 4,4 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon…

Daha çox