“Bir oğlanla qucaqlaşdıqları fotolar yerləşdirirlər”

“Bəzən olur ki, insanın ekrana qoyduğu şəkillərdən onu yanlış anlaya bilirik. Amma demək olar ki, 80-85% hallarda — xüsusilə də vurğulayıram — yeni yetmələrin paylaşdığı şəkillərdə onların daxili dünyasını, xarakterini, obrazını və hətta gələcək həyat tərzlərini (əgər müdaxilələr olmasa) görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, bəzən elə yeniyetmə var ki, mən ilk olaraq onun valideyni ilə söhbət edərkən, valideyn deyir: “Heç bilmədim bu nə vaxt oldu, nə zaman baş verdi, niyə baş verdi, mən harada səhv etdim?” O səhv valideyn o zaman buraxır…

Daha çox

Xarici diplomatlar Azərbaycanda məcburi köçkün probleminin həlli barədə məlumatlandırılıb

Xarici diplomatlar Azərbaycanda məcburi köçkün probleminin həlli və Böyük Qayıdış prosesi barədə məlumatlandırılıb. SİA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) məlumat verilib. Qeyd olunub ki, Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsində keçirilən sessiyada “Qaqçqınkom” sədrinin müavini Fuad Hüseynov çıxış edib. O, 27 ölkəni təmsil edən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə…

Daha çox

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı İsmayıllıda 29, Zaqatalada 11, Sarıbaşda (Qax) 10, Astarada 9, İmişlidə 8, Lənkəran, Lerik, Şamaxı, Qəbələ, Şəki, Yardımlı, Oğuz, Ağdam, Göyçay, Ağstafa, Mingəçevir, Balakən, Ordubad, Daşkəsən, Qobustan, Altıağac, Qrız, Şahdağ, Tərtər, Bərdə, Sabirabad, Beyləqan, Biləsuvar, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1-7, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 25, Naftalanda 20, Goranboyda 19, Ağdamda…

Daha çox

Məcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

İyunun 20-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsəndə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, vətəndaş qəbulu Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında baş tutacaq. Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Daha çox

“Tərəvəzlər sağlam qidalanmanın ayrılmaz hissəsidir”

“Tərəvəzlər sağlam qidalanmanın ayrılmaz hissəsidir. Onların tərkibində müxtəlif vitaminlər, minerallar, lif və antioksidantlar mövcuddur. Ancaq tərəvəzlərin faydalılığı onların necə qəbul olunmasından – bişmiş, yoxsa çiy halda yeyilməsindən – asılı olaraq dəyişə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, bəzi tərəvəzlər var ki, bişirildikdə daha faydalı olur. İstilik təsiri nəticəsində bu tərəvəzlərin tərkibindəki bəzi maddələr daha aktiv hala keçir və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Məsələn, pomidor bişdikdə onun tərkibindəki likopen adlı güclü antioksidantın miqdarı artır: “Bu maddə ürək xəstəliklərinə və bəzi növ xərçənglərə…

Daha çox

Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə Çərçivə Sənədi imzalayıb

İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, sənəd OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə imzalanıb. Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.…

Daha çox

29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 9 müəssisənin idxal etdiyi 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub. “İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başa düşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından…

Daha çox

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin milli gücünü daha da artırır”

“2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi: “Bu sənəd, təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda Türk Dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi…

Daha çox

“Ölkələrdə baş verən siyasi gərginlik turizmin statistikasına ciddi təsir göstərir”

“Bir çox ölkələrdə baş verən siyasi gərginlik, müharibə turizmin coğrafi mövqeyinə ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Onun sözlərinə görə, belə ki müharibə dövründə, yəni Rusiya- Ukrayna, İran-İsrail kimi ölkələrin müharibə apardığı dövrdə Azərbaycanın 10 milyonluq əhalisinin mehriban şəraitdə yaşaması turistlərin marağına səbəb olur: “Hesab edirəm ki, bu gün ölkəmizə Gürcüstandan yaxud başqa ölkələrdən gələn turistlər, müharibə edən ölkələri yox, Azərbaycana üstünlük verməsi statistikadan məlumdur. Bu gün Azərbaycanda siyasi sabitlik, həmçinin siyasi asayişin yüksək səviyyədə qorunub saxlanması əsasə verir ki, ölkəyə gələn turist…

Daha çox

Azərbaycan və ICAO Aktaudakı təyyarə qəzasına dair araşdırmaların gedişatını müzakirə edib

Fransanın paytaxtı Parisdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo arasında görüş keçirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, görüşdə ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişatı müzakirə olunub, aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının artırılması, o cümlədən ölkəmizdə sahə üzrə tənzimləyici…

Daha çox